"Xəmsə" sualları
Xəmsə intellektual verilişində verilən suallara nümunələr
1-ci Mövzu: “Namələr”
- Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə).
- Füzulinin bu əsərinin 2-ci adı “Nişançi paşaya məktub”dur. (Şikayətnamə).
- Nizami Gəncəvinin “İsgəndərnamə” poeması bu 2 hissəyə bölünür. (şərəfnamə, iqbalnamə).
- Fəzlullah Nəiminin son əsəri məhz, belə adlanır. (Vəsiyyətnamə).
- İsmayıl bəy Qutqaşınlının avtobioqrafik səciyyəli əsəri belə adlanır. (Səfərnamə).
Davamı →