Рейтинг
+75.68

Nə? Harada? Nə zaman? (ЧГК)

69 üzv, 87 topik

"Renessans" komandasının sualları ( VI hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. Uzun müddətli ayrılıqdan sonra yenidən suallarımızı yerləşdirirəm. Ümidvaram ki, bəyənəcəksiniz.


26.   Şeirə diqqətlə qulaq asın.

Sən dünyalar gözəlisən,                                                       Azadlıqlar diyarında

Uşaq kimi qəribəsən,                                                           Ya da başqa kainatda

Mənə hər an gərəklisən,                                                       Iğdır, İzmir nə Ankara

Qəlbimin bir küncündəsən                                                    Təksən inan bu dünyada


Həvəskar şair Vüqarın ilham mənbəyini bir dəqiqə ərzində cavab kartınıza yazın....


Müəllif:Vüqar Ağayev


Ardı →

Sakura 18 aprel turniri

1. Keçmiş MDB-ə ancaq Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. Sonuncu dəfə Çində olub. Allah qoysa bəlkə Böyük Britaniyada olacaq:) Bəs ən çox harda olub?
Cavab. Əlbəttə ki, Yunanıstanda. Söhbət Olimpiya oyunlarından gedir.


2. Bir rus inancına görə bu amerikan firmasını əslən rus olan Davıdov və Xarlamov yaradıb. Əslində gop olsa da,Rusiyada hələ də çoxları buna inanır.
: Harley-Davidson (motosikl istehsalında dünya liderlərindən biri)


3. Kral Artur,Herakl, Fateh Vilhelm,Leonardo Da Vinçi, aktyor Cek Nikolsonu məhz bu xüsusiyyət birləşdirir. Onların sayı getdikcə artır. Fahişəlik, çətin həyat tərzi, sevgidə xəyanət və s. onların sayının artmasında böyük rol oynayır.


Cavab: qeyri-qanuni uşaqlar(Дети вне брака)


Ardı →

Sakura-11 aprel

Turnirdəki sualların cavabları:

1.  Qraf de la Fer,baron Dü Vallon de Brassye de Pyerfon, abbat D’erble. Dördüncünün kim olduğunu yazın.
Cavab: Dartanyan.

2. Şou-biznesdə Platin-disk o deməkdir ki,diskin milyon ədəd surəti(kopyası) satılıb. Bəs qızıl-disk nədir?
Cavab: Satılan disklərin dəyəri milyon dollardır.


3. York şəhərindən olan ən məşhur dənizçi kimdir?
Cavab: Robinzon Kruzo


4. Berlin,Venesiya,Kann şəhərlərini nə birləşdirir?
Cavab: Ən məşhur kinofestivallar burda olur.



Ardı →

NHN üçün sual qəbulu

Sakura turnirində verilməsi üçün kim istəsə artıq sual verə bilər.Şəxsi mesajla və kontakt-formla sayta edilən müraciətlərdən sonra belə qərara gəldik ki,artıq istifadəçilər özləri sual verə bilsinlər. suallar bu səhifədə qəbul olunur. Əgər burada yazmaqda çətinlik yaransa
Ardı →

Sakura 4 aprel turniri-cavablar

1.Pablo Pikasso- 290, Mark Şaqal — 220, Salvador Dali — 128, Albrext Dürer — 116. Burdakı ədadlər nə qədər çox olsa,rəssamın başı bir o qədər uca olar))) Bu ədədlər nəyi ifadə edir?
Cavab: oğurlanan rəsmlərin sayı


2.optimist təyyarə haqqında fikiləşir,bəs pessimist?
Cavab: paraşüt haqda


3.Napoleon deyirdi ki,… bir fahişədir və onunla istədiyi kimi rəftar edəcək. Hitler deyirdi ki,ona sahib olmaqdan ötrü əvvəlcə onu zorlamalıdır. Amma hər ikisinin arzusu ürəyində qaldı:-))) qədim yunan əfsanəsinə görə Zevs onu Finikiya çarının sarayından oğurlayıb Krit adasına qaçırtmışdı. Nöqtələrin yerinə hansı coğrafi obyekt yazılmalıdır?
Cavab: Avropa


4.  1  və 2 məhz bizə məxsusdur.3 və 4 havanın soyuq olduğu üçün istəyir ki,qapını örtülsün. 5 və 6 geoloji tədqiqat üçün daşın altına baxmaq lazımdır.7 və 8 hansı qıza aiddir?
Cavab: bir,iki,bizimki
Üç,dörd-qapını ört,
Beş,altı-daşaltı
Yeddi,səkkiz-Firəngiz
Doqquz,on-qırmızı don


5. diplomat,filosof,kimyaçı,həkim,fizik,mexanik,linqvist və əlbəttə ki riyaziyyatçı. Norbert Viner deyirdi ki, kibernetika elminin atası o sayıla bilər.Öz vətənində şərəfinə heykəl ucaldılmış ilk mülki şəxs odur. 1646-cı ildə anadan olmuş bu şəxs kimdir?
Cavab: Vilhelm Leybnits


Ardı →

Sakura 4 aprel turniri

Bugün də Nə?Harada?Nə vaxt? üzrə Sakura turniri olacaq. Saat 18:00 yarış başalyır və 10 dəqiqə davam edir. Saat 18:10 sonra veriləcək suallar qəbul olunmayacaq. Hansı səhifədə yarışın keçiriləcəyi isə bu topikdə 17:50 sonra qeyd olunacaq. Suallar yenə də müxtəlif mövzulara aiddir və maraqlıdır:-)
Hamıya uğurlar.

Yarış xxx132x ünvanında olacaq.

Davamı →

"Renessans" komandasının sualları ( V hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.


21. Diqqət, Duplet — sual 

1.İki əsrin qovşağında Oskar mükafatına layiq görülən bu film özünün inanılmaz dərəcədə hazırlanmış səhnələri, aktyor oyunu, hətta soundtereki ilə milyonların qəlbini fəth etdi. Lakin bu film də digərləri kimi kinotənqidçilərin qınaq obyektinə çevrilməkdən canını qurtara bilmədi.Belə ki, səbəblərdən biri filmin müəyyən yerlərində səslənən İspaniyalı, ispaniyalı” xitabları idi.Çünki, filmin bəhs etdiyi dövrdə İspaniya və ispaniyalı kimi anlayışlar hələ mövcud deyildi.Əgər filmin adını müəyənləşdirə bildinizsə, cavab kartınıza baş rolun ifaçısının adını qeyd edin…


Ardı →

Loqo təklifi

Yadımdadır ki, mən bu sayta I dəfə girəndə Nə harda nə zaman bloqunda Sakura intellektual klubuna loqo fikirləşmək təklifi var idi. o zaman Başım suallara qarışdığı üçün önəm vermədim Bu gün birdən yadıma düşdü və iki variant düzəltdim.


Ardı →