Рейтинг
+75.68

Nə? Harada? Nə zaman? (ЧГК)

70 üzv, 87 topik

Bədii sual...

Topikin adından göründüyü kimi sual haqqında biraz bədii düşünün.
Sual: (Sualda əvəzetmə var)
{Sifət + Xüsusi isim} -bu toplamaya həm vətənimdə, həm qonşuluğumuzdakı «böyük qardaşımız»-da rast gəldim. Maraqlıdır ki,hər iki halda Xüsusi isim toponimdir. Vətənimin toplaması «böyük qardaşımız»-ın toplamasından həm yaşca kiçikdir, həm də ondan ilhamlanaraq yazılıb. Kim Vətənimin toplamasını «böyük qardaşımız»-ın toplamasından ilhamlanaraq yazıb?
Davamı →

Azero qalib elan olunsun ya yox?

Bütün istifadəçilər cəmi bir suala düzgün cavab yazıblar. Azero isə 8 suala cavab verib,lakin səsvermə başa çatandan sonra. Onun qeydiyyat tarixinə baxanda 18.15 tarixi görürük.Yəni ki,qısa müddət ərzində qeydiyyatdan keçmək,e-mail aktivasiya etmək və sualla düzgün cavab vermək çətindir. Sizcə o qalib olmağa layiqdirmi?

Westsider-in sualları. II cild

6. Perunun qərbində Çimbote — El-Peurtos marşrutu ilə hərəkət edən qatarda sərnişinlərə digər xidmətlərin arasında, demək olar ki, daha heç yerdə görə bilməyəcəyiniz biri də var. Bəs bələdçilər bu zaman hansı əşyadan istifadə edirlər?

7. Peşəkar boksda idmançının fiziki xüsusiyyətlərini 4 əsas parametrə görə ölçürlər: Yaş, çəki, boy və… Dördüncünü siz deyin.

8. Məşhur ingilis şairi Con Miltonun həyatı hadisələrlə zəngin idi. Bunlardan birindən sonra o, özünün məşhur "İtirilmiş Cənnət" poemasını, digərindən sonra isə birincisindən geri qalmayan "Əldə Edilmiş Cənnət" poemasını yazdı. Hər iki hadisəni deyin.

9. H. Senkeviçin səlibçilər romanından Tevton ordeninin magistri və polşalı cəngavərin dialoquna qulaq asın. Onlar ordenin paytaxtı Makdeburqda olarkən cəngavərləri şəhərin böyüklüyü və əzəməti ilə qorxutmaq istəyirdilər.
Magistr:
— Deyirlər ki, Makdeburq Vaveldən 6 dəfə böyükdür.
Polşalı:
— Orada qayanın başında burada düzəndəkindən daha az yer olduğu üçün. Ancaq Vavelin ürəyi 3 dəfə böyükdür.
Magistr təəccüblə qaşlarını qaldırdı:
— Mən sizi başa düşmürəm.

Bəs polşalı cəngavər şəhərin ürəyi dedikdə nəyi nəzərdə tuturdu?

10. Əyri, dar küçələri və çoxsaylı barlarına görə yerli əhali Vyana şəhərinin Şvedenplats, Hohermarket və Mortsinplats arasında yerləşən ərazisini zarafatca ilk dəfə 1964-cü ildə Vinsent Qeddis tərəfindən işlədilən ifadə ilə adlandırır. Necə?
Davamı →

Daha 3 NHN sualı

1.Bu musiqi 19-cu əsrdə ispan musiqiçisi Françisko Tarreqo tərəfindən yazılmış, Gran Vals-in gitara ilə səsləndirdiyi bir melodiyaya əsaslanır. Birinci dəfə 1994-cu ildə istifadə edilən zaman əsərin ilkin adını daşıyırdı, lakin 1998-ci ildə adı dəyişdirilərək bu musiqini istifadə edən şirkətin adı ilə bağlı bir ad verildi. Buna səbəb artıq bu əsərin onu istifadə edən şirkəti assosiasiya etməsi idi.
Sual: Söhbət hansı şirkətdən gedir?

2.12 avqust 2009-cu ilde Israilin «Jerusalem Post» qezeti xeber verdi ki, liman şəhəri olan Hayfa yaxinligindaki Kiryat Yam yaşayış mənqətəsi onun movcudlugunu subut edecek shexse 1 million ABŞ dolları pul ödəyəcək. O həm də 1837-ci ilde Hans Kristian Andersenin qeleme aldigi nagilin adidir. Onu tapin

3.Bu işarəni ilk dəfə istifadə edən 1971-ci ildə BBN Technologies-in mühəndisi olub. Onu tairxi isə ta, XV əsrə gedib çıxır. Danimarkalılar onu «fil xortumu», çinlilər «siçancıq», finnlilər «pişik», yəhudilər "ştrudel", isveçlilər isə onu «darçınlı bulka» adlandırırlar. Mən sizdən onun Azərbaycanda necə adlandırıldığını soruşmayacam, sadəcə bu işarəni yazın.

PS: sual kolleksiyamdandır.


Davamı →