Kommunizmi təbliğ edən "Şirinlər"

Şirinlər həqiqətənmi kommunist ideologiyanı mühafizə edən bir cizgi serialıdır?


İllərdir bu mövzu mövzu üzərində müxtəlif müzakirələr aparılmaqdadır. Əlavə olaraq, bu mövzu bir çox universitetlərdə cizgi film, serial, reklam vəfilm ilə birlikdə „media və mədəniyyət“, „mədəni imperialzm“ kimi dərslərdə dərs mövzusu olaraq keçirlir. Beləliklə, həqiqətən də şirinlər kommunistdir, yoxsa son illərdə italyan araşdırmacı Antonio Soronun bildirdiyi kimi massonmu? Yaxşı, dayanın, beyniniz qarışmasın!

„Necə yəni, illərcə izlədiyimiz və hələ bu gün də izləməkdə olduğumuz məsum şeylər, yəni şirinlər əzazil kommunistdirlərmi?“ (bu sual kommunizm fobiası olanların beynində çoxdan peyda oldu belə, məncə). İlkin olaraq, şirinləri analiz edərlən hansı üsuldan istifadə dəcəyimizi bəlli etməliyik. Həll üçün istifadə edəcəyimiz üsul mətn oxumaq olacaq. Yəni şirinlərin yaşayışı, davranışı, şəxslər, əslində nələri təmsil etdiyinə baxacayıq.

Mövzunun daha aydın olması üçün bir misalla başlayaq ki, İkinci Dünya Müharibəsi zamanı Hitler həm radionu, həm də kinomotoqrafiyanı özünün istədiyi kimi mesajlarla bəzəyərək alman xalqını uyuşdurmuşdu. Hitlerin dövründə Almaniya kinofilmlərinə nəzər yetirildikdə görülür ki, o dövrdə çəkilən bütün filmlərdə rol alan aktyor və aktirisalar sarışın və mavi gözlüdür. Burada məqsəd saf alman irqini təmsil etmək, tamaşaçının başında alman təsvirini formalaşdıraraq beyin yıxmaqdır (baxmayaraq ki, tamaşaçının sistem xaricində, televiziya və filmlərdə kodlaşdırılmış alt mətnlərə məruz qalmasına dair yazılacaq çox şey var, lakin burada qısa olaraq yalnız bir misal vermək istədim, çünki mövzu şirinlərdir).

İlkin olaraq serialın mahiyyətinə və yaradıcısına diqqətinizi yönəltmək istərdim. „Şirinlər“ belçikalı rəssam Peyonun məşhur əsəridir. 1958-ci ildə Peyo Kullifors tərəfindən cizgi romanı olaraq ortaya çıxan „Şirinlər“ 1981-ci ildə televiziyada göstərilərkən çox böyük maraqla qarşılandı. Əsl adı „Schtrumpf“ (ingiliscə „Smurf“) olan „Şirinlər“ 256 seriyadan ibarətdir. İngiliscə adı olan SMURF kəlməsinin „Socialist Men Under Red Flag“ (Qızıl Bayraq Altındakı Sosialist Adamlar) olduğu da iddia olunur. „Şirinlər“ cizgi filminin yaradıcısı Peyo sosialistdir. Şirinləri ortaya çıxartdığı zaman ikiqütblü bir dünya var idi: bir tərəfdə ABŞ, digər tərəfdə SSRİ. Sosialist olan Peyo hazırladığı cizgi filmində bir mesaj vermək və imperialist ABŞ-a qarşı bu yolla propoqanda etmək istəmişdir. „Şirinlər“ ABŞ-da kommunizm təbliğatı apardığı üçün uzun illər qadağan olunmuşdu.

İndi isə keçək, filmi alt kodları ilə oxumağa:

Şirinlərin təməl dayaqları pul olmadan kommunal bir həyat yaşamaqları, Şirin atanın Karl Marksa bənzəməsi və qızıl papaq geyinməsidir.

Hər kəs öz işini görür və xoşbəxtdir. Hər kəs eyni şeyi geyinir. Cizgi filmdəki şirinlərin düşməni Qarqamel keşiş paltarı geyinən və dini təmsil edən biridir. Qızıl və pul hərisi (kapitalizm) olan Qarqamel şirinləri yemək (misyonerlik) kimi bir çox gizli nüansları özündə cəmləşdiryi iddia edilmişdir.

Şirinlər meşədə yaşayırlar və mülkiyyət haqqları yoxdur. Hər şeyi paylaşılır, pul isə keçmir. Aşbaz şirin belə hazırladığı yeməkdən hamı qədər götürür. Hətta bələdiyyə başçısı olan Şirin ataya da eyni pay düşür, özünə pay ayırmır. Ailə anlayışı yoxdur, hər kəs qardaşdır. heç nə səbəblədirilmir. Bundan öncə də bildirdiyimiz kimi, tamamilə kommunal bir həyatın tərəfi tuturlar. Bu yöndən baxıldıqda anarxiya ilə qarşılaşdırılması qaçılmazdır. Amma xarakterlərin ümumi özəllikləri lazımi ayırmanı etməkdə yardımcı olur.

Şirinlərin təmsil etdiyi çox fərqli ünsürlər də vardır. Buna misal olaraq, Şirinə feminizmi, Bəzəkli şirin bərabərcinsliyi, Güclü şirin maço kişini təmsil edir. Şirin ata kimi tanına „Schtroumpf” Karl Marksdır. Şirinlər şəhərindəki çiyələr sahələri bir tək şirinə deyil də, hər kəsə aiddir. Hər kəs öz işini görür və xoşbəxtdirlər. Şəhərdə heç bir ibadət yeri yoxdur. Əks tərəfi göstərən Qarqamel isə, daha öncə də bildidiyimiz kimi kapitalizmi təmsil edir (dinlə birlikdə). Pul düşkünür, eqoistdir və qarşısındakılara zərər vermək istəyir. Ona itaət edən yandaşları da var. Yanında gəzdirdiyi Əzrail adlı pişik isə, hegemon kapitalizmin arxasıyca düşən pereferik kapitalist ölkələrini göstərir.

„Şirinlər“ cizgi filminin kommunizm ilə əlaqəli çağırışlar etdiyi aşkar bir gerçəklikdir. Lakin, bu vəziyyət heç bir dövlətin rejim dəyişdirməsinə səbəb olmayacaq qədər zərərsizdir. Yəni, bir çox insanın qorxduğunun əksinə, bu cizgi film uşaqlara sadəcə paylaşmağı və qardaşlığı öyrədir. Dağıdıcı deyil, qurucudur („Pokemon“ kimi misalları düşününcə…)

Son olaraq, lap əvvəldə qeyd etdiyimiz massonluq iddiasına bir baxaq. „Şirinlər“ masson lojasının məhsuludurmu?

İtalyan araşdırmacı Antonio Soro cizgi filmdəki qəhrəmanların və hekayənin arxasında bir masson lojası olduğunu söyləyir. O, „Gerçək bilgi və massonluq“ adlı kitabında hər bir mavi şirinin yaratdığı qnostik (tanrının sirrini elm təməlində ayıran fəlsəfi cərəyan) xarakterində ən gizli masson lojalarının birini saxladığını açıqladı.

Onun sözlərinə görə, Şirin ata bu masson lojasının Böyük Ustadıdır. Şirinlərin rənglərinin isə, massonik bir açıqlaması var: Mavi rəng qnostik anlamda gizli tanrının uşaqlarını, ağ rəng saflığı, Şirin atanın qırmızı papağı isə ruhun atəşini göstərir. Kişi şirinlərin sayının 99 olması massonluq pillələrini təmsil edir. Qarqamel loja xaricində massonluq sirrlərini öyrənməyə çalışan, Şirinə isə „ilahi uyğunluğu“ yıxan qadın nümunəsidir.

İndi yuxarıda sadalanan hər iki tezisdən hansının daha gerçək olduğuna dair nəticəni oxuculara buraxıram. Hər nə olursa olsun, ümumi nətivə olaraq, „Şirinlər“ çox uğurlu, paylaşmağı öyrədən, insani dəyərləri yüksək bir cizgi filmdir. O ki, qaldı şəxsi fikrimə, mənə görə massonluq haqqında hər kəs iddialar edir, saysız-hesabsız  və bir-birinə uyğun gəlməyən kitablar yazılır, lakin onlar haqqında hələ də tam məlumat yoxdur, yalnız miflərə bənzər məlumatlardır. Antonio Soro da onlardan biridir. Kommunizmin real əlamətləri isə „Şirinlər“də var.

Sonda bir məlumatı da nəzərinizə çatdırım ki, 2008-ci ildə „Şirinlər“in 50 illiyi ilə bağlı Avropanın bir çox ölkələrində kompaniyalar keçirdən cizgi film yaradıcıları Birləşmiş Millətlər Uşaqlara Yardım Fonduna (UNICEF) 124 700 avro yardım bağışlamışdır.

 

mənbə: actionmeinhof.wordpress.com/2010/11/11/kommunizmi-t%C9%99blig-ed%C9%99n-%E2%80%9Esirinl%C9%99r%E2%80%9C/

5 şərh

tarixci1919
Maraqlı idi, çox sağ olun. Bu cizgi filmə baxanda heç vaxt belə dərin mənalar axtarmamışdım. Hər dəfə təzə nə isə biləndə daha da çox şeyləri bilmədiyimi başa düşürəm. 1 də axı orda narazı şirin də var, burda deyir hamısı xoşbəxtdi, görəsən o kimləri təbliğ edir?:) 
ctrlA
Narazı şirin pis emperyalistin biridi )
tarixci1919
Nə bilim, mən əminəm ki, bunu izləyən uşaqların 90%-nin belə şeylərdən xəbəri yoxdur. Yazıq narazını imperialist etdin:) Adları kimi şirindilər. Yəqin bundan sonra qabağıma çıxanda hər bölümdə məna axtaracam.
pascal
Bir şeyi qeyd edim ki, indi elə bir zamanəyə gəlib çatmışıq ki, istər hər hansı bir sözdə və ya hərəkətdə olsun, dərin mənalar axtarmağa çalışırıq. Adi bir mahnını «Gangnam style» da şişirdib, altında hansısa gizli mənalar axtarırlar. Bu ya doğurdan belədir, ya da insanlara hər dəqiqə maraqlı, rəngarəng informasiya vermək üçün reytinq xəstəliyidir, ya da… nəsə başqa bir təbliğat vasitəsidir, bilmirəm. Yaxşı ki, uşaqlar bu çizgi filmlərində ancaq xeyir və şər qüvvələri görür, xeyirin şərə qalib gəldiyini də görəndə sevinirlər. 
Maraqlı məqalə idi, təşəkkür. 
istorik_c
Televiziya və internetdə yayımlanan əksər multimedia məlumatlarının insanın təhtəlşüuruna təsiri vardır. Məsələn müasir video formatlarda saniyədə 25 kadr olmalıdır. Amma elə videolar varki onlarda 26-cı kadr da yerləşdirilmişdir və bu da göstərilən informasiya heç bir əlaqəsi olmayan məlumatlar verir. Biz gözlə bunu sezə bilmirik amma göz beyinə ötürür bu məlumatları. Yoxsa dejavu bizə sirli görsənməzdi