Рейтинг
+60.44

dəri-zöhrəvi xəstəliklər

30 üzv, 33 topik

Ət xalları

Ət xallar nədir? Onları kəsdirmək, götürmək olarmı?
Xallar bədənin hər yerində rast gəlinə bilər, daha çox qəhvəyi rəngdə olur, yumru, ovalvarı şəkildə nöqtələrdir. Bu nöqtələr dərinin rəngini təmin edən Melaninin yaradılmasına iştirak edən xüsusi növ hüceyrələrin – melanositlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır.

Bəs ət xalı nədir, adi xaldan necə fərqlənir?
Ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd və qırmızı rəngdə ola bilirlər. Ölçüləri 1 mm-dən 5-6 sm-ə qədər dəyişir.

Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 70-80-e arta bilir. Əsasən də çox kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil.
Davamı →
 

Üzdəki səpkilər nədən xəbər verir?

Üzün fərqli hissələrində çıxan sızanaqların səbəbi daxildəki xəstəliklərdir. Aparılan araşdırmalar üzün müxtəlif nahiyyələrində çıxan sızanaqların sağlamlıqla bağlı yaranan problemlərin xəbərçisi ola bildiyini aşkarlayıb.

Bu sızanaqlar hansı xəstəliyin əlamətidir və çıxma səbəbi nədir?
Stress, yuxusuzluq, həzm sistemi, qaraciyər ilə problem yaşayan insanlarda sızanaqlar daha çox alında müşahidə edilir.
Davamı →
 

Baş qaşınmasının səbəbləri

Başın qaşınmasına səbəb tük diblərində olan müxtəlif problemlərdir. Baş qaşınması ən çox yeniyetmələrdə və yaşlılarda rast gəlinir. Bu zaman baş dərisində bəzi əlamətlər meydana çıxır:
* gözlə görülən qızartılar
* bəzi hissələrdə sızanaqlar
* saç dərisində olan kəpəklər.

Əlamətlər birdən-birə başlayır və insana narahatçılıq hissi verir. Bəzən bunun səbəbini yağlı dərinin həddindən artıq yağlanmasıdır. Bu zaman başın dərisində kəpək, infeksiyalar, iltihabi ocaqlara rast gəlmək olur. Bəzi vaxtlar autoimmun xəstəliklər də baş qaşınmasına səbəb ola bilir. Amma əsasən başın qaşınmasına aşağıdakılar səbəb ola bilir:
Davamı →
 

Kürək və çiyinlərdəki sızanaqların səbəbləri

İnsanın demək olar bütün bədəni piy vəziləri ilə örtülür. Bu vəzilərin ifraz etdiyi dəri piyi dərinin sağlamlığı üçün olduqca vacibdir.

Lakin bəzən müxtəlif səbəblərə görə dəri piyi daha çox miqdarda ifraz olunmağa başlayır ki, piy məsamələri tıxanır, burada mikroblar sürətlə artmağa başlayır. Nəticədə iltihab və sızanaqlar əmələ gəlir.
Davamı →
 

Ziyil

Ziyil – dərinin qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşyalarından istifadə vasitəsilə yayılır.

Ziyillərin bir neçə növü var:
Sadə ziyillər – kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.
Yastı ziyillər – xırda, yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.
Ayaqaltı ziyillər – məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir
Qocalıq ziyilləri – yaşlı adamlarda sinənin, qarnın, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur Ziyillərin aparılmasında dərman bitkiləri ilə müalicə yaxşı səmərə verir.

Gülümbahar çiçəyinin tozu
Qurudulmuş gülümbahar çiçəyi əzilib toz halına salınır və ziyilin üzərinə tökülür. Tənzif və ya parça ilə bintlə bağlanaraq bir gecə saxlanılır.
Davamı →
 

Dərinin piqmentləşməsi

Piqmentləşmə dəri toxumasında piqment ləkələrinin əmələ gəlməsidir. Piqmentləşmənin dərəcəsi dəridə melaninin az və ya çox olmasında asılı olur. Dəridə piqmentləşmə dərinin fizioloji müdafiəsi kimi qiymətləndirilir. Piqmentləşmə, düz düşən günəş şüaları dəriyə təsir edən zaman, kimyəvi maddələrin təsirindən (yod) və dərinin gün şüalarına qarşı həssaslığından əmələ gəlir.

Bəzi hallarda isə endokrin sistemi xəstəlikləri, xroniki infeksia xəstəlikləri (vərəm, malyariya), vitamin çatışmazlığı (Pellaqra), qaraciyər funksiyasının pozğunluqları, müxtəlif kimyəvi-toksiki faktorların (mişyak, xinin) orqanizmə daxil olması, dərinin piqmentləşməsinə səbəb ola bilir. Piqmentləşmə insanlarda xoşagəlməz duyğu yaradan xəstəlikdir. İnsanlar buna məruz qaldıqda çox narahatçılıq hissi keçirirlər.
Davamı →
 

Ayaq xəstəlikləri

Döyənək: Əgər ayaqlarınızda döyənək (mazol) varsa sintetik sirkə (uksus) ilə unu qarışdırıb xəmir formasına salıb döyənəyin üstünə qoyun, 2-3 dəfədən sonra döyənək düşəcəkdir.

Daban mahmızı: Bu zaman ağrıdan ayaqları aşağı basmaq olmur. Təzə gicitkəni əzib mahmızın üzərinə qoyun, bir müddət bunu mahmız sağalana qədər edin.

Göbələk: Ayaq barmaqlarınızda göbələk varsa, təbii alma sirkəsi ilə gündə iki dəfə ayaqlarınızı silin, sonra ayaqlarınızı yumayın. Ayaqlarınız tam sağalsa da buna davam edin, çünki göbələk sporları gec məhv olur.
Davamı →
 

Dərinin qaşınması və onun səbəbləri

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır.

Bu səbəbdən əgər sizi «səbəbsiz» qaşınma narahat edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Müayinədən sonra həkim əlavə müayinələri və analizləri təyin edə bilər və ya xəstəni digər mütəxəssislərə (dermatoloq, endokrinoloq, allerqoloq və s.) göndərə bilər.

Beləliklə, qaşınmaya səbəb olan xəstəliklər və pozulmalar:

— Allergiya dəri qaşınmasının əsas səbəblərdən biridir. Həkimlərin müşahidələrinə görə, Yer kürəsində yaşayan insanların əksəriyyətində bu və ya digər formasında allergiya var. Bu zaman allergik reaksiyasına səbəb olan amil (bu heyvanların tükü, yün, yuyucu vasitələr, hər hansı qida və s. ola bilər) təyin olunmalı və allergiyadan əziyyət çəkən insan bu maddə ilə təmasda olmamalıdır (əgər bu mümkündürsə).


Ardı →
 

Göbələk xəstəliyi

Ayaqda göbələk infeksiyaları çoxlarını narahat edən problemdir. Bu xəstəlik çox geniş yayılıb və yaranma mənbəyi də natəmizlikdir. Qulluq olmayan, natəmiz saxlanılan ayaqlar birbaşa xəstəlik mənbəyidir.

Yoluxucu xəstəlik olan ayaq göbələyi əsasən barmaqların arasında əmələ gəlir. Tez-tez tərləyən, immuniteti zəif olan adamlar, diabetli xəstələr və idmançılarda göbələk infeksiyası riski daha çoxdur. Tibbi dildə “pəncə mikozları” adlanan bu problem əsasən natəmizlikdən yaranırsa, bəzən də burada ətraf mühitin, ayaqqabıların böyük təsiri olur.

Dermatoloq Azər Qocayevin sözlərinə görə, əgər insan uzun müddət çimmirsə, ayağı tərləyirsə, geyindiyi ayaqqabı keyfiyyətsiz istehsalçı tərəfindən istehsal olunubsa, yaxud köhnə ayaqqabını üç-dörd il geyinirsə, həmin adamlarda pəncə mikozu yaranma riski olur. İctimai yerlərdə, ümumi hamamlarda, saunalarda, idman zallarında, spa mərkəzlərində olan adamlar daha çox ehtiyatlı olmalıdırlar.

Göbələk bakteriyaları ətraf mühitdə hər yerdə mövcuddur. Bu canlıların yaşayıb çoxalması üçün rütubət və isti yerler əlverişlidir. Tərləyən ayaqlar isə bu baxımdan ideal məkandır.


Ardı →
 

Kuperoz

Kuperoz üz dərisində qırmızı kapilyarlar torunun olmasıdır. Kuperoz əksər hallarda dərisi nazık, ağ və həssas olan insanlarda müşahidə olunur.
Adətən kuperoz burun və yanaqlar, bəzən alın və çənə nahiyəsində olur. Kuperoz bədən dərisində də ola bilər.
Kuperoz bir çox hallarda heç bir ciddi xəstəliyin əlaməti olmur və yalnız kosmetik defekt yaradır. Bir çox hallarda kuperozun səbəbi irsiyyat olur. Belə insanların damarları zəif, kövrək olur və bu varikozun inkişafına səbəb ola bilər. Bu halda kuperoz uşaq vaxtında əmələ gəlməyə başlayır və ailənin bir çox üzvlərində müşahidə olunur.
Davamı →