Ət xalları

Ət xallar nədir? Onları kəsdirmək, götürmək olarmı?
Xallar bədənin hər yerində rast gəlinə bilər, daha çox qəhvəyi rəngdə olur, yumru, ovalvarı şəkildə nöqtələrdir. Bu nöqtələr dərinin rəngini təmin edən Melaninin yaradılmasına iştirak edən xüsusi növ hüceyrələrin – melanositlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır.

Bəs ət xalı nədir, adi xaldan necə fərqlənir?
Ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd və qırmızı rəngdə ola bilirlər. Ölçüləri 1 mm-dən 5-6 sm-ə qədər dəyişir.

Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 70-80-e arta bilir. Əsasən də çox kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil.

Adətən insanlar ət xalların götürülməsindən ehtiyyat edir və qorxurlar. Belə bir fikir formalaşıbki əgər ət xallar götürülərsə xərçəngə və yaxud hansısa bir xoş olmayan xəstəliyə çevrilə bilər. Ümumiyyətlə, ət xallarının insan səhhəti üçün heç bir qorxusu yoxdur. Onlar sadəcə qıcıqlanmaya qarşı dərinin verdiyi bir reaksiyadır. Ət xalı kəsdirmək qətiyyən təhlükəli deyil. Əksinə, bəzən estetik baxımdan xoş təsir bağışlamır, kompleks yaradır. Onu kəsdirməklə kompleksdən azad olmaq olar. İstənilən xalı kəsdirmək olar.

İlk öncə Dermatoskop böyüdücü cihazla baxılır. Ehtiyyac olarsa analiz götürülür. Ümumiyyətlə, ət xallarından qurtulmaq klinikamızda (İstanbul NS Klinika) xüsusi metodlardan istifadə olunur. Bura krioterapiya, fraxel lazer daxildir. Fraksel lazer Asclepion MCL-30 vasitəsilə boyunda, üz nahiyyəsində, qoltuq altında olan xalları bir seansa tam ağrısız götürmək olur.

Dr. Yusif Rüstəmov

0 şərh