Рейтинг
+60.44

dəri-zöhrəvi xəstəliklər

32 üzv, 34 topik

Dəri infeksiyaları

Tetanus ağır kəskin infeksion xəstəlikdir.
İnfeksiyanın giriş qapılarını nəzərə almaqla aşağıdakı tetanus növləri ayırd olunur: 1) travmatik tetanus; 2) iltihabi proseslərin nəticəsi olan tetanus.
Tetanus zamanı inkubasion dövr 5 gündən 14 günə qədər davam edir. Bir sıra hallarda 1 — 4 günədək qısalır və ya 30 günə qədər uzanır. Xəstəlikdən əvvəl başağrısı, yüksək dərəcədə əsəbilik, çox tərləmə, yara ətrafında gərginlik, yüngül ağrı və əzələ dartılmaları şəklində prodromal hallar ola bilər.
Xəstəlik çox vaxt kəskin başlanır.


Ardı →

Çiban

Furunkul və ya ÇİBAN tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir.
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.

Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.

Furunkul deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-çıxıntılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi (furunkulun özəyi) ilə örtülü olur. Sonralar xora tədricən böyüyür, irinaxma artır. Nəhayət, furunkulun özəyi xaric olur, qısa müddətdə çapıqlaşma ilə qurtarır.

Gedişi. Furunkulun inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti aylarla uzana bilər.
Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində adətən çapıq qalır.

Müalicəsi. Ümumi müalicə üsulu follikulitdə olduğu kimidir: penisillin, biomisin, oksimetilpenisillin. Bioloji vasitələrdən stafilokoklu anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və s. məsləhət görülür. Xarici müalicə üsullarından təmiz ixtiol, 10 %-li ixtiol məlhəmi, 10 %-li sintomisin emulsiyası, civə kvars lampası ilə şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 %-li spirtlə yaxud odekolonla təmizlənir.
Davamı →

Cinsi yolla keçən infeksiyalar

Antibiotik əsri olan dövrümüzdə cinsi yol ilə keçən infeksiyalar çox zaman gizli şəkildə, aşkar əlamətlər olmadan keçir. Bu, ikiqat təhlükə yaradır: bir tərəfdən belə xəstələr öz tərəf müqabilləri üçün yoluxma mənbəyinə çevrilir, digər tərəfdən infeksiya xəstənin özünə çoxsaylı fəsadlar törədir. Cinsi yol ilə keçən in- feksiyalar (CYKİ) — zöhrəvi xəstəliklərdən daha geniş anlayışdır.


«Cinsi yol ilə keçən infeksiyalar» anlayışına zöhrəvi xəstəliklərdən başqa, onlar qədər ağır fəsad törətməyən, lakin kişi və qadınlarda çoxsaylı fəsadların yaranmasına səbəb olan bir çox digərləri də daxildir. Bütün bu infeksiyaların fərqli cəhəti onların çox zaman simptomsuz keçməsi və insanın öz tərəf müqabilləri üçün yoluxma mənbəyi olaraq qalmasından ibarətdir.


Ardı →

Cinsi əlaqə vasitəsi ilə yoluxan xəstəliklər

Dövrümüzün ən vacib problemlərindən biri olan çox əlaqə, yalnız əlaqələri deyil həyatı da təhdid edir. Dünyada hər il təxminən 330 milyon adam, cinsi təmasla keçən xəstəliklərə tutulur.

Bu xəstəliklərin çox sürətli yayılmasının ən əhəmiyyətli səbəbi, indiki vaxtda çox yoldaşlı bir cinsi həyatın sürətlə mənimsənir olması və cinsi əlaqə əsnasında prezervativ istifadə edilməməsidir.

Hər hansı bir çətinliyiniz olmasa belə, ən az ildə bir dəfə həkim idarəsindən keçməlisiniz. Xəstəlik ifadə edilərinin ortaya çıxması bəzən aylar, hətta illər müddət bilir. Xüsusilə bu xəstəliklər qadınlarda çox hiyləgər inkişaf edə bilir. Erkən yoxlanıldığında asanlıqla müalicə edilən bəzi xəstəliklər, gecikildiyində ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.
Ardı →

Dərinin göbələk xəstəlikləri

Dərinin göbələk xəstəlikləri patogen göbələklər tərfindən törədilir. Onlar insan və heyvanların dərisini, tüklərini və dırnaqlarını zədələyir. Göbələk xəstəliklərinin əsas xüsusiyyətləri bunlardır: onlar qaşınma törədir, həm dəridə, həm də tüklərdə qabıqlanma verir, kəskin yoluxucudurlar. Göbələklər bədənin istənilən yerini və başın tüklü hissələrini zədələyir. Bu zaman tüklər qırılır (saçqıran dəmrov və b.), dəridə ləkələr, digər səpgilər əmələ gəlir. Göbələk xəstəliklərinin bir qismi yalnız insandan və onun əşyalarından sağlam adamlara yoluxur, bəziləri isə heyvanlardan (it, pişik, mal-qara, at və s.) keçir. Elə göbələk xəstəlikləri də vardır ki, onların törədiciləri ( yəni maya göbələkləri) bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə (əsasən antibiotiklərin nəzarətsiz qəbulu) və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırırlar.


Ardı →

Zinanın cismi zərərləri

zina etməXeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.
Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir. Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.

Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sırası aşağıdakılardan ibarətdir:


1 – Sifilis
2 – Süzənək
3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)
4 – QİÇS (SPİD, AİDS).
Ardı →

Cinsiyyət vəziləri

Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır.


Ardı →

Sızanaqlar

Sızanaqlar haqqında mif və reallıqlar

Birinci mif- «Sızanaq- yeniyetmə dövrünün xəstəliyidir». Bu fikirlə qismən razılaşmaq olar, çünki sızanaqlar yeniyetmənin cinsi yetişkənliyi dövründə daha çox müşahidə edilir. Bununla belə, qeyd olunmalıdır ki, digər yaş qrupundan olan insanlar da sızanaqlardan əziyyət çəkirlər. Məsələn, iyirmi yaşını adlamış qızlarda da sızanaqlar peyda olmağa başlayır. Hətta qırx yaşında olan qadınlarda belə, sızanaq müşahidə etmək mümkündür.


Ardı →

Dəri xəstəlikləri

Dəri xəstəliklərindən bəhs edən elmə dermatologiya deyilir.
Dəri xəstəliklərinin əlamətləri. Yerli — gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmaları və s. ümumi — üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər — ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.
Ləkə. Dərinin və selikli qişanın məhdud bir sahəsinin rənginin dəyişilməsinə ləkə deyilir. Ləkə üç cür olur: iltihab, hemorragiya və piqment ləkələri.
Köpüşük. Xüsusi dəfinin (dermanın) məməyəbənzər təbəqəsində baş vermiş kəskin iltihablı şişkinliklərə köpüşük deyilir. Köpüşüyün xüsusiyyəti ondan ibarətdir ki, o, müəyyən ekzogen və endogen səbəblərdən gözlənilmədən aşkar olur və tezliklə heç bir iz buraxmadan yox olur.


Ardı →

Dəri və dərinin quruluşu

Dəri orqanizmin örtük təbəqəsini təşkil etməklə müxtəlif funksiyaları yerinə yetirir. Quruluşuna görə dəri xarici epitel və daxili birləşdirici toxuma qatlarından təşkil olunmuşdur.
Xarici epitel qatı — epidermis nisbətən nazikdir. Bədənin müxtəlif sahələrində epidermisin qalınlığı eyni deyil. Belə ki, ovucda, ayaq altında və bədənin bel nahiyəsinin aşağı hissəsində epidermis daha qalındır. Dəri örtüyü göz qapaqlarında, qulaq seyvanlarında kişilərə nisbətən qadınlarda nazikdir.


Ardı →