Рейтинг
+60.44

dəri-zöhrəvi xəstəliklər

32 üzv, 34 topik

Zöhrəvi xəstəliklər-sifilis və süzənək

Süzənək — əksəriyyətlə sidik — cinsiyyət üzvü yolunu zədələyən ümumi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi — qonokokkudur. İnkubasiya dövrü orta hesabla 3-6 gün davam edir. Xəstəlin istər kişilərdə və istərsə qadınlarda siyimək zamanı sidik kanalına kəskin ağrı və sidik kanalından çoxlu irinli ifrazatın çıxması ilə başlanır. Müalicə olunmadıqda və ya o kifayət qədər edilmədikdə xəstəlik uretranın arxa hissəsinə yayılır. Bu zaman siyimənin sonuna yaxın ağrılar şiddətlənir və tez-tez işəmə meyli hiss edilir.
Şəxsi profilaktika aşağıdakı qayda üzrə keçirilir. Kişilərdə:


Ardı →

Göbələk xəstəlikləri

GÖBƏLƏK XƏSTƏLİKLƏRİ dərini, saçları və dırnaqları zədələyən göbələklər tərəfindən törədilir. Bunlar yoluxucu xəstəliklərdir. Xəstəliyi yoluxduran göbələk sporları isə epidermis pulcuqları, tökülmüş tük və saçlar vasitəsilə keçirilir. Bu xəstəliklərin yayılmasında heyvanlar (pişiklər, siçanlar, qaramal, davar, atlar) da böyük rol oynayır.
Mikrosporiya xüsusilə çox yoluxucudur. O əsasən uşaqlar arasında yayılmışdır. Başlıca yoluxdurucu pişiklərdir.


Ardı →

dərinin parazit xəstəlikləri

Dərinin parazit xəstəlikləri başlıca olaraq qoturluq gənəsi tərəfindən (qoturluq xəstəliyi) və bitlərlə (bitlilik) törədilir. Yoluxucu xəstəliklərdir. Yoluxma bilavasitə xəstə ilə təmasa olduqda, habelə onun yataqda camaşırından və paltarından istifadə etdikdə keçir. Parazit xəstəlikləri baş verməsinə natəmizlik, sanitariya-gigiyena qaydalarının pozulması, adamların sıx toplanması (vağzal, körpü və b. yerlərdə), ayrı-ayrı şəxslərin mədəni səviyyəsinin alçaqlığı və sanitariya-maarifi işlərinin zəif quruluşu səbəb olur.
Qoturluq — bədənə qoturluq gənəsinin dişisi düşdükdə baş verir (gənənin erkək dişini mayaladıqdan sonra məhv olur). Dişi gənə dərini sancmaqla dəridə onun səthinə paralel («tunel» — qoturluq yolu açır. Bunun əsas subyektiv əlaməti əksəriyyətlə gecə vaxtı bərk geyişmədir. Dəri səthində qeyd olunan obyektiv əlamətləri dəri üzərində yayılmış düyünlü-qovuqcuqlu səpgilərdir. Bunlar (gənənin hərəkət yolu boyunca) qaşınma xətti üzrə yerləşir.
Müalicə. Qoturluğun müalicəsi üçün kükürd məlhəmindən istifadə edilir. Bu məlhəmi 4-6 gün ərzində gündə 1 — 2 dəfə bədənə sürtürlər. Bütün müalicə günləri alt paltar və yataq camaşırı dəyişilmir və yuyunmaya icazə verilmir. Göstərilən müddət keçdikdən sonra xəstə isti su və sabunla yuyunur və onun alt paltarı, yataq camaşırı dəyişilir (bunlar dezinfeksiyaedici məhlulla dərmanlanmalı və ya suda qaynadılaraq təmizlənməlidir).
Demyanoviçin metodu6 %-li natrium-tiosulfat və 6 %-li hidrogen-xlorid turşusu tətbiq edilməsinə əsaslanır. Natrium-tiosulfat boşqaba və kasaya tökür və buradan fırça ilə götürüb 10 dəqiqə ərzində bədənin bütün zədələnmiş sahələrinlə sürtürlər. Bundan sonra 5 dəqiqə fasilə verərək yenidən dərmanı sürtürlər.Dərman sürtülmüş yerlər quruduqdan sonra 6 %-li hidrogen-xlorid turşusunu sürtməyə başlayırlar. Müalicə başa çatdırıldıqdan sonra xəstə təmiz paltar geyir, bir sutka keçdikdən sonra yuyunur, sonra isə yenə həmin proseduru təkrarlayır.
Müəllif: tibb elmləri doktoru B.A. Berenbeyn
Davamı →