Azərbaycanda əczaçılığın tarixi

Azərbaycan xalqının dərman vasitələrindən istifadə etməsi tarixi ən qədim
dövrlərdən başlayır. Dərman vasitələrinin müxtəlif xəstəliklərdə işlədilməsi, yeni
müalicə vasitələrinin axtarışı və aşkar edilməsi, xəstəliklərə qarşı dərmanlarla mübarizə üsullarının müəyyənləşdirilməsi və s.bu kimi məsələlər uzun müddət sufi fikirlərin və baxışların təsiri altında olmuşdur. Lakin bu maneələrə baxmayaraq təbiətdə yeni müalicə vasitələrinin və eləcədə onların daha əlverişli dərman formalarının və tətbiq üsullarının axtarışı davam edirdi.
Öz coğrafi yerləşməsinə və mövqeyinə görə Azərbaycan tarix boyu başqa xalqların və dövlətlərin,xüsusilə işğalçı dövlətlərin mədəniyyəti, elmi,eləcə də təbabəti ilə təmasda olmaq məcburiyyətində qalmışdır.Bu isə öz növbəsində Azərbaycanda təbabətin inkişafına öz təsirini göstərməyə bilməzdi.
Məsələn, Ərəb xilafətinin hakimiyyəti dövründə ərəblərin inkişaf etmiş mədəniyyəti, elmi və təbabəti xilafətin bütün ərazisində, o cümlədən Azərbaycan ərazisində də qəbul olunmuşdur.
Həmin dövrdə Azərbaycanda təbabət və dərmanşünaslıq sahəsində baş vermiş
əlamətdar hadisələrdən , primitiv də olsa, ilk müalicə-profilaktika ocaqlarının yaradılması olmuşdur. Bunlardan xəstəianaları (dərüş – şəfa),aptekləri (əczaçıxana, tibb tədris müəssisələrini (tibb mədrəsələri) göstərmək olar. Bu dövrlərə aid aşkar edilmiş tarixi məlumatlar və əlyazmaları Azərbaycanda ilk dərmanşünaslıq ocaqlarının meydana gəlməsi ilə iarakterizə olunur. Bu dərmanşünaslıq ocaqlarına əttarlar rəhbərlik edirmişlər.Əttarlar əsasən dərman bitkilərinin toplanması , qurudulması və emalı, eləcədə özlərinin primitiv şəkildə təşkil olunmuş kiçik dükanlarında dərman vasitələrinin satışı ilə məşğul olurmuşlar.
Həmin dövrlərdə fəaliyyət göstərmiş əttarlardan və həkimlərdən qalmış əlyazmalarından məlum olur ki, Azərbaycanın xalq təbabətində bir çox otlardan, müxtəlif bitkilərin çiçəklərindən, köklərindən, toxumlarından, meyvələrindən, qabığından, kökümsov gövdəsindən, yarpaqlarından dərman vasitəsi kimi geniş istifadə edirmişlər, eyni zamanda müxtəlif dərman formaları (dəmləmələr, bişirmələr, aromatik sular, məhlullar və s.) uğurla tətbiq olunurmuş.
Ərəb xilafəti hakimiyyəti dövründə orta əsrlərdə təbabət və dərmanşünaslıq elminin inkişafında bir çox ərəb, fars, tacik və özbək alimləri (İbn Rüşd, Əlkəndi,
İbn-Zöhrəndəlüsi, Səbri-İbn-Səhi, Biruni, İbn-Sina və s.) ilə yanaşı azərbaycanlı
həkimlərindən Fərrabinin, Razinin, Qurqaninin, Hirovinin,Ömər -İbn Osmanın və
digərlərinin də böyük xidmətləri olmuşdur. Bu baxımdan X XI əsrlərdə yaşamış
Zəkəriyyə Razinin və Ömər Osmanın dərmanşünaslığın inkişafında xidmətləri xüsusilə qeyd edilməlidir.
Zəkəriyyə Razi 200-dək əsərin müəllifi olmaqla, bu əsərlərdə kimyaya və
dərmanşünaslığa mühüm yer vermişdir. Razi su hamamının ilk banilərindən biri sayılır. Onun “ Yoxsullar üçün təbabət “, “Həkim olmayanda “ və başqa təbabətə və dərmanşünaslığa aid əsərləri böyük şöhrət tapmışlar.
Azərbaycanlı həkim Ömər Osman tərəfindən bi çox olduqca maraqlı və effektli
dərman reseptləri tərtib edilmişdir. Ömər Osmanın ürək iəstəliklərində təklif etdiyi xüsusi pəhriz rejmi böyük maraq doğurur. Ömər Osman öz xəstələrinə şirin pəhriz təyin edirmiş: şərbətlər, şirin şərablar, bal, bəhməz və s. Böyük xəstəliklərinin müalicəsində Ömər Osman balqabaq və yerkökü bişirmələrini uğurla tətbiq
edirmiş.
XI və XII əsrlərdə Azərbaycanda bir sıra görkəmli və istedadlı alimlər, şairlər,
filosoflar, həkimlər meydana gəlmişlər. Onların bu diyarda mədəniyyətin və elmin
dahada inkişaf tapmasında böyük xidmətləri olmuşdur .Bu dövrün ən məhşur, mərkəzi simalarından biri dahi azərbaycan şairi şeyx İlyas İbn Yusif Nizami Gəncəvi olmuşdur. Hərtərəfli, zəngin, ensiklopedik biliyə malik Nizami Gəncəvi təbiətşünaslıq, fəlsəfə, astranomiya, təbabət elmlərinin bir çox məsələləri ilə yaxşı tanış idi. Şairin təbabətə dair mülahizələri və baxışları demək olar ki, onun bütün əsərlərində öz əksini tapır.
Tibb elminin problemlərinə dair Nizaminin dedikləri müassir dövrdə elə də qeyri-adi və dəyərli görünməsə də , onun özünün yaşadığı zamanda bunlar kifayət qədər əhəmiyyətli olmuşlar. Şairin “ Xəmsə “ əsərində dərmanşünaslıq və səmərəli
qidalanmaya dair çox ağıllı və maraqlı məlumatlara və məsləhətlərə rast gəlinir.
Nizaminin qızılgül suyunun (gülabın) ağrıkəsici xassəsi barədə məlumatları
Onun “ İsgəndərnamə “ əsərində əksini tapmışdır. Belə ki, şair bu əsərində göstərir ki, baş ağrıları zamanı gül suyu, yəni gulab yaxşı müalicəvi təsir göstərir.
Ümumiyyətlə , qeyd edilməlidir ki, qızılgül ləçəklərindən ilk dəfə Şiraz şəhərində hazırlanmış gülab içkisi , qədim zamanlardan şərq xalqları arasında müalicə vasitəsi kimi çox yayılmışdır. Bu ətirli içki Azərbaycan xalq təbabətində də tez – tez istifadə olunan müalicə vasitələrindən olmuşdur və indi də əhali arasında sevilən və geniş istifadə olunan vasitələrdəndir. Yeri gəlmişkən , gülabın hazırlanma üsulu əczaçılıqda dərmanların alınması prinsiplərinə əsaslanır.
Bir sıra digər şərq ölkələri ilə sərhədə malik Azərbaycanda xalq təbabətinin özünəməxsus cəhədləri olmuşdur. Burada təbabətin, dərmanşünaslığın inkişafında iki istiqamət ayırd etmək olur.
Birinci istiqamət ondan ibarət idi ki, şəhərlərdə, şəhərətrafı və sərhəddə yerləşən
yaşayış ərazilərində yerli dərman vasitələri ilə yanaşı habelə qonşu ölkələrdən və
digər inkişaf etmiş dövlətlərdən gətirilən dərman vasitələrindən də geniş istifadə
olunurmuş.Şəhərlərdə bu işlə xüsusi adamlar, bu sahənin peşəkarları, ərəb təbabətini yaxşı bilən təbiblər və həkimlər məşğul olurmuş. Bunlar ərəb təbabətlərinin nailiyyətlərinə əsaslanmaqla, dərmanşünaslığa və əczaçılığa aid olan ərəb kitablarından (“Qərabəddini “)farmakopeyalarından istifadə edirmişlər.
Əttarlar əsasən dərman vasitələrinin alışı və satışı ilə məşğul olmaqla müalicə
işi ilə nisbətən az məşğul olurdular. Bunlar “ Şərq aptekləri “ adlanan əczaçıxanaların sahibləri olmaqla , el arasında “ nüsxəbəndlər” kimi tanınırdılar (nüsxə resept,məktub kimi başa düşülürdü). Nüsxəbəndlər hazır dərman vasitələrini satmaq və onlardan istifadə etməklə yanaşı, habelə özləri də həkim reseptləri üzrə dəranların hazırlanması ilə məşğul olurdular.
Həmin dövrlərdə tətbiq olunan dərman vasitələtindən bir sıra mədəni şəkildə yetişdirilən bitkilərin (bibər, sumax, zəfəran, cirə , xardal, şüyüd, nar, badam, kamfora, kardamon-hil, darçın və s.) məhlullarını göstərmək olar. Lalə-xaşxaş başcıqlarından tiryəkin alınması və hazırlanması da burada məlum idi.
Xalq təbabətinin ikinci istiqaməti şəhərlərdən uzaqlarda , kənarda ucqar dağlıq
əyalətlərdə inkişaf edirdi. Bu yerlərdə təcrübəli, elmi cəhətdən hazırlıqlı həkimlər,
demək olar ki, olmurdu. Eyni zamanda bu yerlərdə dərman vasitələrini kənardan
da gətirmək çox çətin idi. Ona görədə bu yerlərdə, başlıca olaraq, yerli müalicə vasitələrindən, yəni elə həmin ərazilərdə mövcud olan dərman bitkilərindən və heyvani mənşəlli dərman vasitələrindən müalicəvi məqsədlərlə istifadə olunurdu.
VIII – IX əsrləri əhatə edən ərəb elminin parlaq çiçəklənmə dövründən sonra
ərəb xilafətinin ayrı-ayrı dövlətlərə parçalanması ilə əlaqədar olaraq elmin və təbabətin inkişafında da sönüklük müşahidə olunmağa başlayır. Bununla əlaqədar olaraq Azərbaycanda da dərmanşünaslığın inkişafı nisbətən zəifləyir və sonraki bir
neçə əsr ərzində bu sahədə elə bir nəzərə çarpacaq inkişaf baş vermir.
XII – XIV əsrlərdə Azərbaycan dəfələrlə qanlı və viranedici müharibələr səhnəsinə çevrilir. Çingiz xanın rəhbərliyi ilə monqollar, Cəlaləddinin Xorəzm ordusu,
Teymurləngin qoşunu , qızıl-ordu əsgərləri, osmanlı türk orduları,İran ordusu dəfələrlə Azərbaycana basqınlar etmiş, ölkəni viran qoymuşlar. Bütün bunlar digər sahələrdə olduğu kimi, dərmanşünaslığa da mənfi təsir göstərmişdir. Bu dövrlərdə
də dərmanşünaslıq əvvəllər olduğu kimi həkimlərin, təbiblərin və əttarların ixtiyarında olmaqda idi, lakin onun inkişafı çoi ləng gedirdi. X IV əsrin tarixçisi Rəşadəddinin məlumatlarında göstərilir ki, bu dövrlərdə bir çox təbib və əttarların peşəkarlğının səviyyəsi aşağı düşürmüş. Lakin buna baxmayaraq XVII – XVIII əsrlərdə azərbaycan həkimləri tərəfindən tibbə aid bir sıra kitablar yazılır ki, bu əsərlərdə dərmanşünaslıq məsələlərinə böyük yer verilir. Belə kitablardan Məhəmməd Bərgüşadın “ Tibbi – Nəbati “, Məhəmməd Yusif Şirvaninin “ TibbiNamə”, “Şərq dərmanlarının lüğəti” və digər əsərləri göstərmək olar.
Dərmanşünaslığa və dərman vasitələri ə dair kitablardan Məhəmməd Əli Pişəvarinin “ Məcməül – Gəvamə “ (1829), Səid Məhəmməd Hüseyin Xanın Qrabəddini – Kəbir “ (1830) əsərlərini xüsusi qeyd etmək lazımdır. Bu əsərlərdə bir çox dərman vasitələri , xüsusilə dərman bitkiləri haqqında geniş və ətraflı məlumatlar verilmiş və onların müxtəlif xəstəliklərdə tətbiqinə dair göstərişlər təsvir edilmişdir. Azərbaycan xalq təbabətində dərman vasitələrinin, o cümlədən bitki dərman vasitələrinin tədqiq edilib öyrənilməsində Bakı sakini Əbdül Axundovun böyük əməyi olmuşdur. Əbdül Axundov bitki dərman vasitələrinin botaniki adlarını müəyyənləşdirmiş və X əsrdə Əbu-Mənsur Müvaffaka – BenƏl – Hirovi tərəfindən yazılmış Yaxın Şərqdə fars dilində ilk tibb ədəbiyyatı sayılan kitabı azərbaycan dilinə tərcümə etmişdir. Bu əsərlərdə dərman bitkilərinin qədim adları araşdırılaraq təhlil edilmiş və dəqiqləşdirilmişdir ki, bu da onların elmi cəhətdən daha ətraflı öyrənilməsinə köməklik etmişdir.
Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalq təbabətində istifadə edilən dərman bitkilərinin öyənilib araşdırılması ilə XVIII əsrin sonlarında rus alimləri E. Ştöber və A.Rollov məşğul olmuşlar və bu sahədə böyük maraq doğuran və əhəmiyyətli material əldə etmişlər.

Azərbaycan 1920 – ci ildə sovetləşdirildikdən sonra respublikada dərmanşünaslığın və əczaşılığın inkişafı SSRİ dövlətinin siyasətinə uyğun inkişaf etməklə, əczaçılığın bütün sahələrində elmi əsaslarla inkişafı davam etmişdir. Əczaçılığıın cəmiyyət üçün olduqca vacib və zəruri bir sahə olmasını nəzərə alaraq 1937-ci ildə Azərbaycan SSR-da əczaçılıq üzrə ilk ali təhsil müəssisəsi yaradılır
(Azərbaycan Dövlət Əczaçılıq İnstitutu). 1941 –ci ildən etibarən bu institut Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsi kimi fəaliyyət göstərməklə, respublikamızda əczaçılıq elminin və təhsilinin inkişafına böyük təkan vermişdir. Əczaçılıq fakültəsi hazırda da Azərbaycan Dövlət Tibb Universitetinin tərkibində fəaliyyət göstərməklə, əczaçılıq elmi və təhsili sahəsində aparıcı rol oynayır, respublika üçün yüksək ixtisaslı əczaçı kadrların hazırlanmasını həyata keçirir.
Müasir dövrdə də təbabət, əczaçılıq, baytarlıq, kimya, biokimya və digər təbiət elmlərinin nailiyyətləri sayəsində əldə edilmiş müvəffəqiyyətlər, kimya-əczaçılıq sənayesinin gündən – günə inkişaf etməsi, yeni dərman maddələrinin və dərman formalarının məqsədyönlü sintezi sahəsində həyata keçirilən elmi – tədqiqat işləri, elmi axtarışlar respublikamızda uğurla davam etdirilməkdədir.

Müəllif: Azərbaycan Dövlət Aqrar Universiteti, Əczaçılıq və morfologiya kafedrasının dosenti Akif Əliyev

Ə D Ə B İ Y Y A T
1. İsmayılov Ə., Təhməzov F., Tağıyev S. – Dərman formalarının teinologiyası. Bakı, 1989.
2. Hüseynov D. Ümumi və xüsusi reseptura. Bakı, 1986.
7. Əliyev H. Əczaçılıq kimyası. Bakı, 1989.
8. Dəmirov İ., Manafov Ə. Farmakoqnoziya. Bakı, 1984.
9. Дамиров И., Прилипко Л. – Лекарственные растения Азербайджана. Баку, 1988.
10. Сорокина Т. История медицины. Москва, 1992.

loading...

0 şərh