Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

148 üzv, 217 topik

Zamanı qabaqlayan ixtiraçı: Nikola Tesla

Teslaİndiki zaman onların ola bilər, amma uğrunda çalışdığım gələcək mənimdir”.
                                                                    Nikola Tesla

Serb əsilli Amerika alimi Nikola Tesla elektrik və elektromaqnetizmə olan anadangəlmə istedadı ilə həm yaşadığı dövrdəki elmə, həm də gündəlik həyatımıza damğasını vurub. Teslanın bir çox icad və inkişaf etdirdiyi prinsiplər indi də istifadə edilməkdədir. 

1856-cı il iyulun 10-da Avstriya İmperiyasının Smiljan qəsəbəsində dünyaya gələn Teslanın təhsil həyatı təbəddülatlı keçib. Keşiş olan və oğlunun da keşiş olmağını istəyən atasının əksinə gedərək Avstriya İmperiyasındakı müxtəlif şəhərlərdə məktəbə gedib, müxtəlif universitetlərdə dərs alıb, işlərdə çalışıb. Bu illərdə əldə etdiyi texniki biliklər və iş təcrübəsi gələcəkdə karyerasına və ən əsası, xəyallarına yön verəcəkdi.
Davamı →

Atatürk barədə xatirə

Ankarada havanın dumanlı, bezdirici noyabr axşamıydı. Avropada savaş rüzgarları əsməkdə, gənc cumhuriyyət isə hələ də özünü möhkəmləndirmək, böyümək, inkişaf etmək mübarizəsi içərisində, hədəflərinə doğru irəliləmək yolundaydı. 

Mustafa Kamal Ankarada həm məhəllədən, həm də məktəbdən dostu olan Nuri Conkerlə söhbət edirdi. Nuri Conker ölənə qədər Mustafa Kamalın ən yaxın dostu olaraq qalmış, təqaüdçü polkovniklikdən, generallığa qədər heç bir rütbəni qəbul etməmiş, onun yeganə əsl dostu və sirdaşı olmuşdu. 

Mustafa Kamal xəstə olduğunu və artıq ömrünün son günlərini yaşadığını sanki hiss edirdi. Köhnə dostu Mustafa Kamalın dövlət məsələləri, şəxsi sıxıntıları, xəstəliyi ilə boğuşduğunu hiss edir.
Davamı →

İkinci vətəninə dünya şöhrəti gətirən Petipa

Əsrlərin ziyası 
«Qoy Tanrı bütün qəlbimlə sevdiyim ikinci vətənimi qorusun». Bu səmimi və ürəkləri riqqətə gətirən minnətdarlıq dolu duanın müəllifi rus baletinə dünya şöhrəti qazandırmış dahi Marius Petipadır. Martın 11-də Marius Petipanın (1818-1910) anadan olmasının 200 ili tamam olur. Hələ 2015-ci ildə Rusiya Federasiyası Prezidentinin imzaladığı sərəncamla bu günlər böyük fransızın yubileyi bütün ölkədə təntənə ilə qeyd edilir. 

Bəs müasir Rusiya baletinin, bununla da keçmiş imperiya ərazisində balet teatrı və fərqli quruluş sisteminin təməlini qoymuş Marius Petipa kim idi? 
Davamı →

Mirzə Kazımbəy: Modernist şərqli

Rus şərqşünaslıq elminin atalarından hesab olunan Mirzə Kazımbəy və ya onun dünyada tanındığı adı ilə desək Aleksandr Kazımoviç Kazımbek 1802-ci ilin 22 iyulunda Rəşt şəhərində ruhani ailəsi olan Məhəmməd Qasımın ailəsində dünyaya göz açıb.

Qazi təyin olunduğu üçün atası Dərbəndə köçür, burada Mirzə Kazımbəy yüksək səviyyədə dini təhsil alır. Hacı Qasımın Dərbənddəki nüfuzu ona xeyli açıq və gizli düşmənlər qazandırır, çar hökuməti onu suçlu hesab edərək bütün əmlakını müsadirə edir, özünü isə Həştərxana sürgün edir. 1821-ci ildə gənc Məhəmmədəli atasının ayrılığına dözməyərək yanına gedir.

Kasıb gəncin zəngin qonaqları
Makferson və Qlen: Bu iki ingilis casusu, missionerlər Mirzə Kazım bəyin həyatını və dinini dəyişdirən şəxslər olublar. Onlar gənc Məhəmmədəlini ən həssas-ən kasıb vaxtında yaxalayırlar. Həştərxana gəldikdən sonra iş axtaran Məhəmmədəli bu iki missionerə türk və ərəb dilindən dərs demək təklifini dərhal qəbul edir. Missionerlərdən biri Kazımbəy haqqındakı məqaləsində yazırdı:
Davamı →

Akademik Cəlil Hüseynov: alim və pedaqoq

Akademik Cəlil Yusif oğlu Hüseynov xalqımızın fəxr etdiyi alimlərdən biridir.
Cəlil Hüseynovun həyatını təbabətin ən çətin və əhəmiyyətli sahəsinə — patoloji anatomiyaya həsr etmiş görkəmli alim idi. Akademik Cəlil Hüseynov təbabətin aktual nəzəri problemlərinə həsr olunmuş samballı əsərlərin müəllifi, milli patoloji anatomiya məktəbinin yaradıcısıdır. Bu sahədə yüksək ixtisaslı mütəxəssislərin, alim və praktiklərin hazırlanmasında onun rolu danılmazdır. Cəlil Hüseynovun adı Sovet İttifaqı ilə yanaşı, dünyanın bir çox ölkələrində çalışan patomorfoloqlar arasında yaxşı tanınlrdı.
Davamı →

Alan Lightman: Mənim şəxsi heçliyim

Alan Lightman Amerikalı fizik və yazıçıdır. O Massachusetts Texnologiya İnstitutu (MIT) professorudur. “Enşteynin yuxuları” kitabına görə dünyaca məşhurluq qazanıb.

Bir uşaqlıq hallunasiyasından nəzəri fizika salonlarına
Heçlik ilə ən canlı qarşılaşmam doqquz yaşlı uşaqkən yaşadığım əlamətdar bir təcrübə zamanı baş verdi. Bazar günü günortadan sonra idi. Memphis Tennessee-dəki evimin yataq otağında tək başıma dayanmışdım, pəncərədən boş küçəyə baxırdım, qulağıma xeyli uzaqdan keçən qatarın zəif səsi gəlirdi və qəfil hiss etdim ki, özümə vücudumun kənarından baxıram. Hardasa kosmosda idim.

Qısa bir neçə dəqiqə ərzində, məndə elə hiss var idi ki, varlığımdan əvvəl sonsuz bir zaman dilimi və varlığımdan sonra sonsuz bir zaman aralığı ilə, zamanın geniş uçurumunda qısa bir titrəmə kimi bütün həyatımı və əslində bütün planetin həyatını görürəm. Mənim tez-tələsik ötüb-keçən bu hissimə sonsuz boşluq daxil idi.
Davamı →

Leonardo da Vinçidən 7 məhsuldarlıq dərsi

Leonardo da Vinci – Renesans dövrünün ən qabiliyyətli qəhrəmanlarından biridir.« Vitruvian İnsan» və «Mona Lisa»- dan anatomiya, geologiya və mexanika sahəsində elmi kəşfləri – onun mirası bu günə qədər araşdırılır.

Eyni zamanda Da Vincini dəhşətli dahi adlandırmq olmaz: insanlarla ünsiyyət qurmağı sevirdi, işdən tez-tez fikri yayınırdı və başladığı işi yarıda qoya bilirdi. Bir rəssam kimi dedlaynların öhdəsindən gəlirdi, iş siyahısını tərtib edirdi və rezüme hazırlayırdı- T&P «universal insan» kimi ən faydalı verimlilik dərslərini toplayıb.

Hər şey ilə maraqlanın
Da Vincini həyatda hər şeyi maraqlandırırdı: quşların necə uçduğu, yüksələn ayın parlaqlığı, insan üzünün əzələləri, timsahın çənəsinin necə olduğu və s… Daimi müşahidə prosesində özü üçün yeni vəzifələr və suallar hazırlayırdı (məsələn, «ağacdələnin dilini təsvir et») və onları özünəməxsus bir tapşırıqların siyahısında yazırdı. Da Vinci açıq-aydın şərhlərlə kifayətlənmirdi və ən gündəlik hadisələrin səbəblərini anlamağa çalışırdı.
Davamı →

Nikola Tesla | Başı bəlalı dahi

1883-cü ildə serbiyalı elm adamı Nikola Tesla, Continental Edison Şirkətinin Avropa bölümündə işləyirdi.Çok zəkalı bir ixtiraçı idi. Fabrik mü­dürü ve Edisonun dostu Charles Batchelor onu şansını Amerika'da axtarmağa razı salaraq özünü Edisona tanıtmağı üçün məktub verdi. Beləcə Teslanın ölümünə qədər davam edən sıxıntılı və çiləli bir həyat başladı. Tesla, New Yorkda Edisonla tanış olan kimi Edison onu dərhal işə aldı. Tesla gündə on səkkiz saat işləyib Edison'un ibtidai dinamolarını inkişaf etdirməyin yollarını tapdı. Nəhayət onları tamamilə başdan dizayn etməyi təklif etdi. Edison'a görə bu bir nəticəsi olamayan və illərcə üzərində işləməyi tələb edən böyük bir iş idi, amma Teslaya, "Əgər bunu eliyə bilsən sənə 50.000 dollar verəcəm… əgər bacarsan," dedi. Tesla bu proyekt üstündə gecə gündüz işlədi və sadəcə bir il sonra dinamonu avtomatik idarəedicilərlə tamamlanmış ve qüsursuz şəkildə yenilənmiş olarak ortaya qoydu. Yaxşı xəbəri vermək və 50,000 dolarını almak üçün Edisona getdi.
Davamı →

Mir Möhsün Nəvvab

İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir.

Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.

Dahi sənətkarın “Kənzül-mühən” (1864), Bəhrül-hüzən (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi (1895) əlyazmalarına verdiyi tərtibatlar və çəkdiyi illüstrasiyalar, eləcə də “Şuşada aşura mərasimi” (1873), “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.
Davamı →

Anri Dünan

Anri Dünanın həyatı maraqlı bir romanın mövzusu ola bilərdi. O, varlı bir ailədə həyata göz açdı, amma vəfat edəndə çox kasıb idi. Avropanın ən iri kommersiya qurumlarından birinə rəhbərlik etdi, amma dəhşətli müflisləşmə ilə üzləşdi. Nəhayət, adı XIX əsrin sonunda bütün Avropada məşhurlaşan, Cenevrənin fəxri vətəndaşı olan bu şəxs vəfat edəndə, hamı tərəfindən tərk olunmuş, yalqız qalmış və unudulmuşdu.

Dünanın valideynləri çox təhsilli və dindar adamlar idi. Yəqin ki, elə bu səbəbdən də onların oğlu ruhani olmaq haqqında düşünürdü. Lakin 26 yaşı olarkən o, qəflətən kommersiya fəaliyyəti ilə məşğul olmağa başladı. Və onun bu fəaliyyəti kifayət qədər uğurlu oldu.

Davamı →