Marsel Prust

Marsel Prust haqqında Marsel Prust
Marsel Prustun “İtirilmiş Zamanın Arxasında” adlı romanını oxumağa cəhd etməmisinizsə, bu yazının yazılmasının səbəbini tam anlaya bilməniz mümkün deyil.

Oxumasanız belə, kitabı əlinizə götürmək kifayətdir ki, Prustun qısa yazmağa alışıq olmadığını anlayasınız. 

Ümumiyyətlə, Prusta qədər böyük romanlar yazmaq ruslara xas idi, amma Prustdan başlayaraq uzun roman yazmaq yarışına fransızlar da qatıldılar.

“Səhər gimnastikası” 
Prustun romanı əlinizə götürüb bir neçə dəfə qaldırmağa çalışın. Əminəm ki, bundan sonra ştanq qaldırmaq üçün səhərlər gimnastika salonuna getmə ehtiyacınız qalmayacaq.

Uzun səfərə yollanarkən onun kitabını özünüzlə götürməyə cəhd etməyin. Çünki aeroportda təyyarəyə mütləq gecikəcəksiniz. Kitabın əlavə ağırlığı ucbatından təyyarənin qapısına qədər qaça bilməniz mümkün deyil. “Yanımda daşımayım” deyib baqaja vermək istəsəniz, onda da ağırlığına görə əlavə pul ödəyəcəksiniz.

İndi deyəcəksiniz ki, görəsən, Prustun nə qədər söyləyəcək sözü vardı ki, bu qədər uzun yazmaq məcburiyyətində qalmışdı. İşin qəribə tərəfi də budur ki, o, deməyə sözü ən az olan yazıçılardan biriydi. Amma təəssüf ki, xırdaçılığa çox meyli vardı. Başqa yazıçılar “Burda bir keks var” deyərək nöqtəni qoyarkən, Prust “burada” dediyi yerin bütün detallarını tarixinə qədər izah edir, sonra keksi təsvir etməyə başlayar, daha sonra həmin keksin ona xatırlatdıqlarına keçərdi. 100 səhifəlik köhnə xatirələrini yazdıqdan sonra o, mövzunu bitirər və nəticədə digər yazıçılarla eyni şeyi söyləmiş olardı. Yəni o da “Burada bir keks var” deyirdi, amma başqalarından 200 səhifə çox yazaraq…

Adam normal deyil ki…
Prust kitabında yatan bir adamın sağdan sola dönməsini ancaq 30 səhifədə izah edə bilirdi. Bu, dünya rekordudur.

“Bir adamın çarpayıda dönməsi kimi sadə olan bir hadisəni bu qədər uzun izah edə bilən bir adam yaxşı ki, seksi izah etməyib”, — deyə düşünə bilərsiniz. Və tam haqlısınız. Əgər Prust sevişmə səhnəsini yazsaydı, yəqin ki, mövzuya yüzüncü səhifədə başlayar, iki yüz əllinci səhifədə isə ancaq alt paltarını çıxarardı. Ondan sonrakı 200 səhifədə də qadının soyunması reallaşardı. Sevişmə səhnəsinə isə beşyüzüncü səhifədə çatmaq ehtimalı vardı.

Uzun izah etməsi bir tərəfə, Prustun seksə yanaşması da qəribədir. Bunu kitabından görürük… Daha üçüncü səhifədə xoşlandığı bir qadınla tanış olur və ona yaxınlaşmağı düşünür, 70-ci səhifəyə çatır, amma hələ onu öpə bilməyib. Halbuki normal bir fransız kişisi beşinci səhifənin sonunda qadınla yaşamağa başlayar və hətta özünə bir aşna da tapardı.

Prust bir türk kişisindən yazmış olsaydı, üçüncü səhifənin sonunda qadınla adamın 4 və ya 5 uşağı olar, beşinci səhifədə isə adam qadını öldürərdi.

Ölü qadınla romantizm
Beşinci aydan sonra isə romantizm başlardı. Bilmirəm son trendin fərqinə vardınızmı? Axı türk kişiləri öldürdükləri sevgililəriylə sonradan müdhiş romantika yaşayırlar. Son xəbər, qadını boğub öldürdükdən sonra “alma sevirdi” deyə meyitini alma bağçasına basdıran adamla əlaqədar idi.

Öldürdüyü qadınlara bu qədər aşiq olmaları, əslində, türk kişilərinin mahiyyət etibarilə, böyük romantik olduqlarına sübutdur, məncə. Prust da kitabında beşinci səhifədə öldürülən qadına duyulan müdhiş eşqi çox gözəl izah edərdi və bu da təxminən min səhifə tutardı.

Buna görə də Prust, məncə, ciddi ruh xəstəsi idi. Məsələn, düşünün ki, adam yataqda yatır və xidmətçi qız əlində bir nimçəylə içəriyə girir. Nimçədə südlü qəhvə və keks var. Adam hər normal kişinin edəcəyini etmək, yəni qadına təcavüz etməyə çalışmaq əvəzinə, keksin qoxusuna görə anasını xatırlayır. Bu yalnız ruhi xəstəliyin deyil, adamın həm xədim olduğunu göstərir.

Halbuki o, keks, qəhvə və qadınla, “Doqquz həftə yarım” filmində olduğu kimi, bəzi fantaziyalar yaratmalı idi. Bunun əvəzinə qadın orada gözləyərkən, adamın yataqda oturub o anda düşünülməsi lazım olan ən son qadını, yəni anasını xatırlaması mənə son dərəcə kədərli gəlir.

Anasının quzusu
Ana bağlılığı Prustun həyatında tragik miqyasdadır. O, neçədə yatdığını, neçədə qalxdığını anasına ünvanlanan məktublarda yazardı, hətta tualetə neçə dəfə getdiyini barəsində də anasını məlumatlandırardı. Sidiyə çıxarkən yanma hiss etdiyini, buna nəyin səbəb ola biləcəyini xəbər alanda Prustun 31 yaşı vardı. O yaşda anasına belə bir sual verən adamın sekslə məşğul olması bir yana, bunu düşünməsinin belə qadağan olması lazım idi. Buna görə də Prustu dəli hesab edirəm və məncə, seksdən yazsaydı bu kitab on minlərlə səhifəlik olardı. 

Son söz
“Bu yazı haradan çıxdı, ona nə ehtiyac vardı?” deyə soruşursunuzsa, sizə təkcə bunu söyləyəcəyəm: bir gün Alen de Botton London hava limanına gedib, orada bir həftə keçirib niyə kitab yazdısa, mən də ona görə bu yazını yazdım. “Prustu Oxumaq Həyatınızı Necə Dəyişdirə bilər” kitabının müəllifi Alen de Botton qədər, mən də Prustu sevirəm.

Mənbə: «Habertürk» Sərdar Turqut
Tərcümə: Vüqar Qurdqanlı

7 şərh

_BUMERANQ_
Ən nifrət ediyim şey, bir əsərdə uzunçuluq və yoruculuq.
Axı necə olur ki, bunlar məşhurlaşa bilirlər?! 
pascal
Yoruculuq, uzunçuluq, hətta darıxdırıcılıq Dostoyevskidə də var. Sadəcə, tanınmış olduğu üçün, hər kəs onun haqqında mənfi fikir söyləyə bilmir.
_BUMERANQ_
Tamam dərinlik, fəlsəfilik tərəfləri ola bilər, amma uzunçuluq mənlik deyil. Yəni, küləyin əsməsinin, ya da yarpağın titrəməsinin 10 səhifəlik təsviri mənə heç nə vermir, baş ağrısından başqa. Lakoniklik gözəldi. 
pascal
Təbiət, peyzaj təsvirləri nə isə də, bir hadisənin boynuna ip salıb, uzatdıqca uzatmaq… oxucunu yoran haldı. Dostoyevskidə bu əla alınır. ;) )) 
_BUMERANQ_
Hüqoda da pis alınmır, məsələn «Paris Notr-dam» kilsəsi əsərində kilsənin təsvirləri infakt eləmişdi məni :)
SHATENKA407
xırdaçılığa çox yer verilirsə səbrim çatmaz bu cür əsər oxumağa…
gulwan
belə nadir nüsxələr məhşurlaşır elə