Müdriklər və fatehlərin həyatından

     Soyuq suda bişən balıq. Qədim yunan filosofu Ksenofon öz hazırcavablığı ilə məşhur idi. Bir dəfə kimsə ona deyəndə ki, qaynar suda yaşayan balıqlar görüb, Ksenofon dərhal cavab verir:«Onda gərək onları soyuq suda bişirək».

    Dialoq. Qədim Çin filosofları Çtuan-Tszi və Xuçşi çayın üzərində salınmış körpüdə gəzişirmişlər. Çtuan-Tszi deyir: «Bu balıqlar suda necə böyük ləzzətlə oynaşırlar, balıq həyatının həzzi bundadır». Xuçşi deyir: «Sən ki balıq deyilsən, balığın nədən həzz aldığını hardan bilə bilərsən?». Çtuan-Tszi dərhal cavab verir: «Sən ki mən deyilsən, hardan bilə bilərsən ki, mən balığın nədən həzz aldığını bilmirəm!»

    Köpək. Bir nəfər Diogeni izdihamlı bir yerdə oturub çörək yediyini gördükdə filosofa demişdir: -Sən evdə deyil, köpək kimi meydanda, adamların arasında yeyirsən. Diogen deyir: -Qardaş, köpəklər, adətən, çörək yeyən adamların yanını kəsdirib durduqları kimi sən də mənim yanımda şöngəyib durmusan.

    Lovğa. Bir dəfə istedadsız, lovğa bir şair «Gələcək nəsillərə» adlı əsərini oxumaq üçün Volterə gətirir və bir müddətdən sonra Volterdən əsəri haqda nə düşündüyünü soruşur. Volter deyir: -Heç nə düşünmürəm. Lakin mənə belə gəlir ki, əsəriniz öz ünvanına yetişməyəcək .

    Vaxt və əbədiyyət. Amerika jurnalisti missis Tompson Albert Eynşteyndən müsahibə alır: -Sizcə, vaxtla əbədiyyət arasında hansı fərq var? -Mənim balam, -Eynşteyn mülayimliklə deyir, — bu fərqi sizə izah etmək üçün mənim imkanım olsaydı, siz bunu başa düşənə qədər aradan əbədiyyət qədər vaxt ötmüş olardı. 

    Dünya və Şalvar. Bir dəfə məşhur kinoaktyor Adolf Menju ən yaxşı Nyu-York dərzisinə şalvar sifariş verir. Dərzi tikdiyini bir neçə dəfə Menjunun əynində ölçüb-biçdikdən sonra yalnız bir aydan sonra şalvarı hazır edir. Menju əsəbi-əsəbi deyir: -Bu dünyanı yaratmaq üçün Allaha cəmi yeddi gün bəs elədi, sizsə bir şalvarı otuz günə tikdiniz! -Bu belədir. Lakin siz bu dünyaya da baxın, bu şalvara da!

    Nəzakət. Gövdəcə çox yoğun olan ingilis yazıçısı Çesterton dostları ilə söhbət zamanı demişdir: «Mənim yoğunluğum nəzakətli olmağıma kömək edir. Bu günlərdə tramvayda gedərkən durub yerimi üç adama verdim».

    Çin dili və Pikasso. Pikassonun dostlarından biri onun rəsm əsərlərinə tamaşa etdikdən sonra etiraf etmişdir: -Bağışla, lakin mən sənin çəkdiklərini başa düşmürəm. Bu cür şeylər mövcud deyil. -Bəs sən çin dilini başa düşürsən? — Yox. — Bununla belə o mövcuddur.

    Çəkmə. Bir ingilis diplomat “Ağ ev”ə gələrək prezident Linkolnun öz çəkmələrini sildiyini görüb təəccüblə soruşur: -Hörmətli prezident, siz öz çəkmələrinizi silirsiniz? –Əlbəttə, öz çəkmələrimi! Yoxsa siz başqalarının çəkmələrini təmizləyirsiniz?

    Axmaq. Məşhur ingilis satirik yazıçısı Conatan Svift bir gün şəhərdə gəzərkən qarşısına çıxan bir nəfər: “Mən yoldan çəkilib hər bir axmağın qabaqca keçməsinə razı olub yol verə bilmərəm”, -dedikdə, yazıçı: “Mən isə məmnunuiyyətlə yol verərəm, -deyib yoldan çəkilmişdir.

   Çılğın demokrat. Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədə bir “Mən demokratam!” bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:  -Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız? –Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.  –Yaxşı… əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız? –Onda mən respublikaçı olardım! –deyə Ruzveltin oponenti söz altında qalmır.

   Gün və il. Tanınmış alman rəssamı Mentselin yanına bir gənc gəlib çəkdiyi rəsmi ona göstərir: “Maestro! Hanı ədalət? Bu rəsmi mən bir günə çəkmişəm, lakin bir ildir ki, onu sata bilmirəm”, -“Əziz dostum, əgər siz bu rəsmi bir ilə çəksəydiniz, yəqin ki, onu bircə günə sata bilərdiniz”.

   İt sümüyü sevər. Ekranlarda zavallı adam rollarında çıxış edən Çarli Çaplin həm də öz müstədib xarakteri və acıdilliyi ilə məşhur idi. Bir dəfə o, öz itini gəzintiyə çıxarır. İt yaxınlıqda durmuş son dərəcə arıq bir qadına “sarmaşaraq”, onu yalamağa başlayır. Çarli Çaplin qadından guya üzr istəyir: — Bağışlayın, madam, mənim itim heç vaxt bu qədər sür-sümüyü bir yerdə görməyib.

   Rəy. Gənc bir dramaturq Bernard Şounu özünü çox ciddi pyesinin ilk tamaşasına dəvət edir. Tamaşa zamanı Şou əsasən yatmaqla məşğul olur. Tamaşa qurtardıqdan sonra gənc dramaturq səsi inciklikdən titrəyə-titrəyə: -Siz necə yata bilərdiniz! –deyir. –Axı siz yaxşı bilirdiniz ki, sizin rəyinizin mənim üçün nə qədər böyük əhəmiyyəti var idi.  –Mənim yatmağım elə mənim rəyim idi.

«Xəzinə» kitabından.

9 şərh

seyidova
maraqlı idi teşekkürler.en yaxşısı axırıncı idi)))
reality_man
Ruzveltin bashina gələn əhvalat da maraqlı idi.
pascal
Yorğun idim. Oxudum, xoş təsir bağışladı, yorğunluğum azca da olsa çıxdı. :) Təşəkkür. 
tarixci1919
Şərhlərə görə çox sağ olun, əziyyət çəkib oxudunuz. 
gulwan
dahilər bir az qəribə olure) hərdən adamın dahı deməyi gəlmir))
WinRar

Yəqin elə buna görədir ki, respublikaçılar partiyasının qeyri-rəsmi simvolu EŞŞƏKDİR :)

 

P.S Demokratçılar partiyasının qeyri-rəsmi simvolu FİLDİR.

SHATENKA407
KÖPƏK məsələdi ləzzət elədi ;) müəllifə təşəkkürlər
Solmaz_Rzayeva
müəllifə  çox təşəkkürlərdemək olarki hamısı maraqlı idi ən çoxda köpək məsələsi çox maraqlı idi hə birdə gün və il 
tarixci1919
Bütün oxuyub dəyərləndirənlərə təşəkkürlər.