Ən kasıb prezident

 
Sadəcə söz verən deyil, həmçinin verdiyi sözlərin üstündə duran bir insan!
Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı. Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı “Pejo” markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, üç gitardan və dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu.
Bundan savayı, Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: “mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram”. Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi. O, “Mersedes” markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əv
 
əzinə nazirləri o dönəmdə ölkədə ən ucuz marka olan “Reno” avtomobilləri ilə təmin etmişdi.

Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Həmçinin məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı. Yeni il qabağı Sankara administratorlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir dəfə Sankara nazirlər kabinetinin yarısını işdən çıxardıb kollektiv fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi.
Sankaranın hakimiyyətə gəlməyindən (1986) üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.

4 şərh

pascal
Bir az ətraflı anlatsaq… Burkina Faso — Qərbi Afrikada bir dövlətdir. Afrikada işlənən Yulan dilindən tərcümədə «Burkina» — qürurlü, şərəfli, «Faso» — isə, onların öz dillərində «insanlar» deməkdir. Yəni, "Şərəfli insanların ölkəsi". Ölkə dünyada ən kasıb ölkələrdən biridir. Burda insanların yaş həddi orta hesabla 50 yaşdan aşağıdır. Təhsil pulludur. Buna görə çox uşaqlar oxuya bilmir. Ölkənin əsas gəliri, səhv etmirəmsə, burda çıxarılan dəmir, qızıl və manqan mədən yataqlarından gəlir. Belə bir ölkədə varlı yaşamaq az da olsa çətindir. Amma bunu bu prezidentə nə qədər şamil etmək olar, bilmirəm. Əlbəttə, ölkəsin çapıb-talayan insan hər cür fürsətdən istifadə edər. Sankara isə ölkəsinin adına layiq insan olub yəqin.
Bir faktı da demək istəyirəm. SSRİ dağılmamışdan qabaq Stalin haqqında qəzetlərin birində belə bir məlumat yazılmışdı: «Stalin öləndən sonra onun evindən bir qoşalüləli tüfəng, bir də köhnə samovar tapılmışdı». Bu məlumat Stalinin necə sadə adam olduğunu SSRİ vətandaşlarına çatdırmaq idi. Sovet İttifaqı dağıldıqdan sonra isə, bu səfər, Stalin haqqında yazılan məlumatlarda, onun sərvətinin sayı-hesabı olmadığını yazdılar. Bu faktları yoxlamaq imkanımız olmadığından hansına inanaq indi?
Demək istədiyim budur ki, bəzən belə məlumatlar səhv də çıxa bilir.
Topikə görə təşəkkür. Maraqlı idi. Bu prezidentin sağ əli, bizim, yuxarıdan üzüaşağı oturan bütün məmurların başına. :) 
 
imtogrul
Düzdü, amma bu prezident haqqında yazılanlar, həmin ölkənin mediyası deyil. Xarici mediyanın bu ölkənin prezidenti haqqında yazdıqları heç bir məqsəd daşımır deyə düşünürəm. Bu baxımdan bu insan haqqında yazılanlara səmimiyyətlə inanıram)
Ramil

Belə bir fak da var ki, dünyanın ən kasıb prezidenti Uruquvayın Prezidenti Jose Mujikadır. (Jose Mujica). Bir fermada yaşayan və maaşının çoxunu xeyriyyə təşkilatlarına bağışlayan Mujikanın bütün mal varlığı 2 avtomobil və bir ferma evindən ibarətdir. Eyni zamanda Uruquvay Prezidenti 12 min dollarlıq maaşının 90%-ni xeyriyyə təşkilatlarına bağışlayır.

Hər ikisinə eşq olsun.

Kenan_Elxanoglu
Bizim prezidentimiz də çox səxavətlidir...