Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

151 üzv, 221 topik

Mark Zuckerberg kimdir?

Mark Zuckerberg 14 May 1984-cü ildə ABŞda New York ştatının White Plains şəhərində diş həkimi Edward və psixiatr həkim olan anası Karenin tək oğlan uşağı kimi dünyaya gəlib. Mark kompüter proqramçısı və internet sahəsində fəaliyyət göstərən bir iş adamıdır. Facebookun qurucusu və rəhbəridir.
Həyatı
İlk proqramını 10 yaşında olanda yazıb. Məktəb illərində müxtəlif elm sahələrində bir çox mükafat alan Mark Zuckerberg məktəbdəki müvəffəqiyyətli qiymətləriylə ABŞın ən prestijli universitetlərindən biri olan Harvarda girir və universitetin ilk ilində ən yaraşıqlı və ən gözəl tələbələrin seçildiyi facemash.com saytını yaradır. Sayta qanunsuz şəkildə Hardvarddakı bütün tələbələrin fotoşəkillərini yerləşdirir. Şəkilləri tapmaq üçün universitetin məlumat bazasına girməyi lazım olur. Məlumat bazasına qanunsuz şəkildə girdiyi ortalığa çıxan Zuckerberg məsuliyyətə cəlb edilir və 2004-ci ildə məktəbi tərk edir.

Davamı →

Qəlblərdə həmişə yaşayan - Yaşar Nuri

22 noyabr (1951-2012) unudulmaz aktyor, Azərbaycanın Xalq Artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin vəfat etdiyi gündür. 

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Aktyor səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.


Davamı →

Fateh Teymur - Yeddi dünya hökmdarı

Böyük Çingiz xanın nəslindən olması bütün tarixə və tarix araşdıranlara məlumdur. Onu böyük türk tarixi salnamələrində sevənlər də var, sevməyənləri də az deyil. Tarix təzadlarla doludur, həmin təzadlardan biri də budur ki, bəzən Əmir Teymuru şəxsiyyəti ətrafında mübahisələrdə, onu olduğu kimi qiymətləndirə bilmirlər. Fateh Teymuru qınayanlara, bəzən “qaniçən” adlandıranlara isə üzümü tutub demək istəyirəm ki, hökmdarın bir əli tutub, bir əli kəsməsə, o zaman HÖKMDAR öz dövlətini idarə edə bilməz. 35 illik hakimiyyəti dövründə, elmin texnikanın bugünkü inkişafının olmadığı bir vaxtda, uzaq yolları, ölkələri yaxın edib, dünyanın 27 ölkəsini bir bayraq altında birləşdirə bildi. Bu tarixi şəxsiyyət, zamanında 7 dünya hökmdarı adlandırılan Əmir Teymur idi.
Davamı →