Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

145 üzv, 213 topik

Güldürən düşündürən insan- Molla Nəsrəddin

Səkkiz əsrə yaxındır ki, onun adı gələndə Anadoludan tutmuş, Çinə qədər uzanan böyük bir ərazidə yaşayan türklər istər-istəməz gülürlər. Çünki onun adını eşidən kimi adamın yadına özündən asılı olmayaraq, onunla bağlı hansısa lətifə düşür. Bu gün Orta Asiya adlandırılan qədim Türküstanda və Azərbaycanda,Tatarıstanda, Başqırdıstanda, Xakasiyada, Krımda, Kabarda-Balkarda, Qaraçay-Çərkəsdə, Balkan ölkələrində, bir sözlə, hər yerdə kimdən lətifə soruşsan, həmin şəxsin söylədiyi ilk lətifə Molla Nəsrəddinlə bağlı olacaq.
Ardı →

Leonardo da Vinçi

Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam və «Mona Liza» əsərinin müəllifi kimi tanınan da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir. 

Nikahdankənar övlad
Leonardonun atası Pyero Vinçi yetərincə varlı adam idi. Onlar bir neçə nəsil notarius kimi çalışırdılar. Son dərəcə diribaş və bic olduqlarından xeyli torpaq sahələri də vardı. Pyero eyni zamanda boylu-buxunlu, qadınlara qarşı biganə olmayan bir kişi imiş. Ən azı dörd dəfə evli olmuşdu və on iki uşağı vardı. Leonardo 15 aprel 1452-ci ildə Katerina adlı bir kəndli qızından olub. Katerina Vinçi şəhərciyinin yanında yerləşən üzüm bağları və zeytunluqlarla əhatə olunmuş Ankiano kəndindən idi. Onun gözəl, ya çirkin, ağıllı və ya yüngülbeyin olması haqda bioqraflar heç nə yazmır. Bəlli olan odur ki, Leonardo qanundankənar övlad olub. Katerina sonradan bir kəndliyə ərə gedib. Deyilənə görə, cənab Pyero da Vinçi Donna Alberiya adlı bir qadınla evlənib, amma dörd il yaşasalar da, uşaqları olmadığından Leonardonu oğul kimi qəbul edib. O vaxt kəbindənkənar övladı olmaq böyük qəbahət sayılmırdı…
Pyero istərdi ki, oğlu da onun kimi notarius olsun. Amma XOŞBƏXTLİKDƏN o vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notarius və həkim ola bilməzdi.
Ardı →

Çarli Çaplin - komediyanın sehrbazı

«Həmin gecə mən Nyu-Yorkun küçələrində avaralanırdım – Çarli Çaplin öz memuarında yazır, — mağazaların vitrinlərini gözdən keçirir, məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi mən — yaxşı geyinmiş cavan oğlan hara gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma mən heç kimi tanımıram. Nədənsə özümə çox yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən «Esseney» firmasıyla kontrakt bağlayıb qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki, filmləri Nyu-Yorkda görünməz dərəcədə məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə bağladığı üçüncü — 670 min dollarlıq kontraktdan sonra kasıblıq və təhqirlərdən canını birdəfəlik qurtarmış olacaqdı.
Davamı →

Atilla- Allahın bəlası

Dünyanın ən məşhur sərkərdələri sırasında böyük bir türkün öz yeri var. Bu, «Avropanın imperatoru» titulunu qazanmış mahir sərkərdə, Napoleonun kumiri, türk oğlu Atilladır. O, Avropa xalqlarının xatirində əfsanəvi sərkərdə və ədalətli hökmdar kimi əbədi olaraq qalıb. Xüsusən german xalqları onu öz şifahi ədəbiyyatlarında həm qəhrəman, həm də ədalətli bir hökmdar kimi anırlar.
Davamı →

Uinston Çörçill

Londonda parlamentin qarşısında abidə dayanıb. Tosqun, bir qədər yöndəmsiz adam enli paltoda, əl ağacına söykənərək gəlib gedənlərə qaşqabaqla baxır. Abidədə nə titul, nə də yazı var. Cəmi bir söz — «Çörçill» yazılıb. 25 yaşından siyasi yola çıxmış Çörçill düz yarım əsr İngilis krallığının dövlət həyatında iştirak edərək, XX əsrin gedişində görkəmli, həlledici fiqur olub.


Ardı →

Əmir Teymur

Bir gün Teymur Azərbaycana işğalçı hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, «Ağrıdağdır». Teymur bir də soruşur ki, «Bu çay hansı çaydır?» Vəzir isə cavabında «Əyriçaydır, şah sağ olsun» deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur».
Quran oxumaqla və at çapmaqda keçən uşaqlıq
Teymurilər nəslinin banisi Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında anadan olub. Atası Tuqay Barlas bəylərindən idi.
Davamı →

İbn Sina

Avropada Avitsenna adı ilə tanınan böyük alim, həkim, şair, filosof Əbu Əli Hüseyn ibn Abdulla ibn Sina dünya mədəniyyəti xəzinəsini zənginləşdirən bir irs qoyub gedib.İbn Sina 980-ci ildə Buxara yaxınlığındakı Afşana kəndində anadan olub. Onun istedadı lap uşaqlıqdan üzə çıxıb. Deyilənə görə, balaca Hüseyn bir gün əlində saxsıdan bir oyuncaq oynadırmış. Birdən saxsı əlindən düşüb çilik-çilik olur. Buna çox sarsılan körpə ilk sözü tələffüz edir: «Niyə?» Və bütün ömrü boyu o, müxtəlif «niyə»lərə cavab axtarıb. Valideynləri ondakı istedadı görüb uşağa yetərli tərbiyə vermək üçün Buxaraya köçürlər.


Ardı →

İsaak Nyuton

Başına alma düşəndən sonra Yerin cazibə qanununu kəşf eləmiş Nyutonu kim tanımır ki. O vaxtdan bəri saysız hesabsız almalar başlara düşüb, amma dünya qanunlarını kəşf eləyənlərin sayını artırmayıb. Bizdə Nyutonlar olsaydı,… onların başına düşəcək alma həmişə tapılardı!
Bu yaxında Qüds \«Nyutonun sirləri\» adlı sərgidə alimin 1704-cü ildə yazdığı məktubu nümayiş etdirilib. O, məktubunda dünyanın sonunun 2060-cı ildə olacağını yazıb. Bu proqnozunda İncil mətnlərinə əsaslanan, Daniil peyğəmbərin kitabını dəqiq tədqiq edən alim belə nəticəyə gəlib ki, Böyük Karlın 800-cü ildə yaratdığı frank imperiyasından sonra bəşəriyyətə cəmi 1260 il yaşamaq şansı verilib.


Ardı →

Yuri Qaqarin-ilk kosmonavt

Qaqarin: «Mənim uçmaqdan başqa amalım, arzım yoxdu. Təyyarəçi uçmalıdır. Həmişə uçmalıdır.»
Xruşov demişdi ki, «Bax, Qaqarin kosmosa uçdu, orda Allahı görmədi ki?».


Onlar 20 nəfər idi. Adi, o qədər də güclü olmayan təyyarəçilər. Axı hansı komandir öz yaxşı yetirmələrini başqasına verərdi? Onları birləşdirən bir əlamət vardı, hamısının boyu balaca idi. Kosmonavtın yerləşəcəyi məkan balaca olduğundan raketin baş hissəsində ucaboy insan otura bilməzdi. Axı bu aparat insan üçün yox, kosmosa nüvə silahı daşımaq üçün layihələşdirilmişdi. Bu silah ABŞ üçün nəzərdə tutulurdu.


Ardı →

Ziqmund Freyd

Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından — sayca üçüncü arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək.
3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər.


Ardı →