Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

150 üzv, 218 topik

İosif Stalin

Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili ( onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffü olunur ), qısaldılmış formada isə — Sosodur.Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır,ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çxan «Koba» olmuşdur.
Adətən ona adı və atasının adı və ya hərbi rütbəsi («yoldaş Sovet İttifaqı Marşalı (Generalissimus)»)ilə yox sadəcə «yoldaş Stalin» kimi müraciət etmişlər.


Ardı →

Stalin Iosif Vissarionoviç

«Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək»

(Uinston Çörçill)

Ziqmund Freyd yazırdı ki, vaxtilə anasının əsil sevimlisi, əziz-xələf olmuş şəxslər bütün həyatları boyu özlərini bir növ fateh kimi hiss edirlər və bu duyğu əlavə stimul rolu oynayaraq, onların uğur qazanmasına kömək edir. Bu sözləri Stalinin şəxsiyyətinə də aid etmək olar. Hitlerə isə şəksiz-şübhəsiz aid edilə bilər. Fərq orasındadır ki, Stalin anasının onun naminə qatlaşdığı məhrumiyyətləri, getdiyi qurbanları lazımınca qiymətləndirmirdi və 1936-cı ildə anasının dəfninə gəlməməklə gürcülərin milli heysiyyatını təhqir etmişdi. Hitler isə 1907-ci ildə anasının xəstələndiyindən xəbər tutan kimi dərhal Lintsə qayıtmış və ömrünün neçə ayını anasına qulluq etməyə həsr etmişdi.
Ardı →

Ağa Musa Nağıyev

1919-cu ildə Musa Nağıyevin varisləri onun əmlakını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Digər tərəfdən Ruhani cəmiyyəti də tələb edir ki, Musa Nağıyev şiə məzhəbinə mənsub olduğu üçün sərvətinin 10-da bir hissəsi məscidə verilməlidir və məhkəməyə rəsmi iddia da təqdim etmişdi. Varislər ruhani cəmiyyətini bu bölgüdən kənarlaşdırmaq üçün sübut etdilər ki, vaxtilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırıb, Bəhayi kitabına əl basıb and içib. Məhz bu fakt da Ağa Musanın adının sonradan xalq arasında nisbətən hörmətsizliklə çəkilməsinə səbəb oldu…


Ardı →

Napoleon Bonapart

Fransanın görkəmli yazıçısı Anna Luiza Stal bir gün Napoleona rast gəldikdə: «İmperator həzrətləri, portretinizi mənə yadigar olaraq verməyinizi xahiş edirəm.» Napoleon üzərində öz şəkli olan pulu cibindən çıxarıb ona vermiş və demişdi: «Buyurunuz, bu da mənim portretim!»
Bir dəfə Taleyrana xəbər verdilər ki, Napoleonun oğlu artıq özü yeriyə bilir, hətta hərdənbir qaçmaq da bacarır. Bu hadisə, Napoleon ordusunun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812-ci ilin axırında baş vermişdir. Taleyran bu xəbəri eşidib demişdi: — Çox qəribə hadisədir ki, ata ilə oğul eyni zamanda qaçmaq öyrənirlər.
Boyda kiçik olan (164 sm) Napoleon dəmir iradə sahibi kimi hamını özünə tabe edə bilirdi. Öz qüvvəsinə inam o qədər güclü idi ki, nəyi isə bacarmayacağı, nəyin isə öhdəsindən gələ bilməyəcəyi fikri onun üçün ağlasığmaz idi.


Ardı →

Məhəmməd peyğəmbərin həyatı

Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»
Davamı →

Teymurləng

Deyirlər ki, Teymurləng döyüşlərin birində məğlub olur, qoşunu pərən-pərən düşür. Teymurləng özü də canını güclə qurtarıb, bir kolun dalında gizlənir. Bu vaxt onun gözü yarğana çıxmaq istəyən bir qarışqaya sataşır. Qarışqa apardığı dənlə yarğana çıxmağa çalışır və hər dəfə yolun müəyyən bir hissəsində sürüşüb aşağı düşür. Bir az sonra yenə çıxmağa başlayır, yenə də aşağı sürüşür və yenə təzədən çıxmağa çalışır. 69 dəfə sürüşüb düşəndən sonra qarışqa, nəhayət, 70-ci dəfədə yarğana dırmaşıb gedir. Teymurləng öz halından utanıb gizləndiyi yerdən çıxır və pərən-pərən düşən qoşununu toplayıb, yenidən hücuma keçir. Belə bir həmləni gözləməyən düşmən ağır məğlubiyyətə uğrayır və Teymur qələbə qazanır. Belə döyüşlərdən birində budundan yaralanan Teymur axsamağa başlayır və o vaxtdan Teymurləng adını alır.
Davamı →

Gilani

Əbdül Qadir Gilani (1077-1166) Allah-təalanın böyük övliyalarındandır. O, hər əsrdə möminlər tərəfindən sevilmişdir. Əbdül Qadir özü onunla baş verən möcüzələri belə danışır: «Uşaq idim. Bir gün anamın yanına gedib dedim ki, məni haqq-təalanın yoluna istiqamətləndir və izn ver Bağdada gedib elm öyrənim, saleh adamları və övliyaları ziyarət edim. Anam ağladı, sonra qalxıb atamdan miras qalmış 80 qızıl gətirdi. 40-nı qardaşıma ayırdı, 40-nı da libasımın qoltuğunun altına tikdi.


Ardı →

Çörçill Uinston-şlyapalı adam

Cənab Uinston Çörçill (Sir Winston Leonard Spencer-Churchill) həqiqətən da sitayiş olunası şəxsiyyətdir və onun — Nyuton, şahzadə Diana, Şekspir, Darvin və Con Lennon kimi görkəmli ingilislərlə bir sırada durması labüddür. Özünün 90 illik ömründə, o, bənna və bağ memarının yanında öyrənmiş, zabit və hərbi müxbir, redaktor və rəssam, yazıçı və tarixçi olmuş, 25 yaşından isə siyasi yola qədəm qoymuş, yarım əsr Britaniya Krallığı hökumətinin həyatını müəyyən etmişdir. O, dünya tarixinin görkəmli siyasi simalarından biri və bütün XX əsrin aqibətinə təsir göstərən siyasətçi olmuşdur.
Ardı →

Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar

Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar:
Hara belə, Aleksandr Porfiyeviç?
— Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. 
Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.
Ardı →

Dahilik dəlilikdirmi?

Böyük çatışmamazlıqlar ancaq böyük insanlarda olur. (Laroşfuko).
Dahilik, bacarıq, istedad və s. və i.a. Maraqlısı budur ki, insanlar fərqli olduğu kimi sadaladığım anlayışları da hərə özünə görə bir rəylə izah edir və bu təbiidir. Məsələn çox yerdə oxumuşam ki, dahiliyin nə olduğunu öyrənməyə çalışır və onu dəlilik kimi də adlandırıblar və bunları özün də araşdıran zaman görürsən ki, deyəsən bunun həqiqətən də doğruluq payı var. Hər halda bu bütün yaradıcı şəxslərə şamil edilmir.

Dahilik bir dəlilikdirmi?!


Ardı →