Рейтинг
+141.85

Böyük insanlar,şəxsiyyətlər

132 üzv, 206 topik

Lütfi Zadə ― Dünyaya milyardlar qazandıran azərbaycanlı

 Dünyanın Lütfi Zadə kimi tanıdığı məşhur şəxsiyyət 4 fevral 1921-ci ildə Bakıda Rəhim Ələsgərzadə və yəhudi əsilli pediatr Fania Korimanın ailəsində dünyaya gəlmişdir.

 Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri ziyalı insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbildən Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burda kommersiya ilə məşğul olmaq qərarına gəlmişdir.

İranda qohumları və dostları vasitəsilə külli miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burda satışını təşkil etməklə özünə mükəmməl biznes yaradıb. Biznes fəaliyyəti ilə yanaşı indiki Bakı Dövlət Universitetində şərqşünaslıq ixtisası üzrə təhsil alıb və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışıb.

Bakıda 16 saylı məktəbin şagirdi olub. Elə uşaqlıqdan bütün gününü kitablarla keçirirmiş. Evlərindəki böyük kitabxana onun ən sevimli yeri olub. Ailənin yaxın insanları bütün gününü kitab oxumaqla keçirən bu istedadlı oğlanın böyük gələcəyi olacağına inanırmış. 9 yaşı olanda ailəsi ilə birlikdə Bakını tərk etmək məcburiyyətində qalıb. Ailəsinin təkrar İrana qayıtmasına səbəb 1932-ci ildə SSRİ-nin tətbiq etdiyi yeni qaydalar olub. 


Ardı →
 

Yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı - İdi Amin

Dada İdi Amin — 1971-1979-cu illərdə Uqandanın prezidenti olmuş, Afrikada ən totalitar və qəddar rejimlərdən birinin əsasını qoymuşdu. O, XX əsrin ən qorunxc və qəddar siyasətçilərindən hesab edilir. Onu məşhurlaşdıran təkcə öz xalqına qarşı etdiyi vəhşiliklər deyildi. Müxtəlif “oyunlar” və qəribə bəyanatlar İdu Amin siyasətinin ayrılmaz hissəsi idi.

İdi Aminə müraciəti mütləq bu cür etmək lazım idi: “Zati-ailələri, ömürlük prezident, feldmarşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı, Britaniya İmperiyasının ümumi olaraq Afrikada, xüsusilədə Uqandada fatehi, “Viktoriya xaçı”, “Hərbi xaç”, “Döyüş fəaliyyətinə görə” ordenlərinin sahibi”. Müraciəti tam şəkildə düzgün edə bilməyən ölümə məhkum idi.

Onun hakimiyyəti dövründə 300-500 min arası insan qətlə yetirilmişdi. Deyilənlərə görə, 2 minə yaxın insanı İdi Amin şəxsən o dünyaya göndərmişdi.

Vətəndaş müharibəsi zamanı İdi Amin özü-özünü general elan edir. O, öz əsgərlərinə “dəyərli” məsləhətlər verirdi, məsələn, əgər acsansa və yeməyə heç bir şey yoxdursa, öz silahdaşını yeyə bilərsən.

2 fevral 1971ci ildə İdi Amin özünü ali baş komandan və prezident elan edir. Bu münasibətlə ziyafət təşkil edən diktator, xarici səfirlərə qarşılayaraq onlara bu gün menyuda  insan ətinin olmayacağını söz vermişdi.


Ardı →
 

Cordano Bruno kim olub ?


Böyük İtaliya mütəfəkkiri Cordano Bruno 1548-ci ildə İtaliyanin kiççik bir şəhəri olan Nola şəhərində dünyaya göz açıb. Brunonun valideynləri onu yeniyetmə ikən Müqəddəs Dominiko monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi… Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu.Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu. Bruno gözəl mühazirəçi və istedadlı yazıçı idi.Kopernik təlimini inkişaf etdirən Bruno göstərirdi ki, Kainatın hüdudu, ölçüsü və sonu yoxdur. Nəinki Yer, hətta Günəşin özü də dünyanın mərkəzi deyil. Kainat saysız-hesabsız ulduzlardan ibarətdir; onlardan hər biri bizdən uzaqda olan günəşdir. Bu günəşlərin hər birinin ətrafında öz planetləri fırlanır.


Ardı →
 

Tanınmış şəxslərin imzaları

Ernesto Che Guevara


Ardı →
 

Xoşbəxt olmağı öyrədən Karneqinin bədbəxt taleyi

Deyl Karneqi 24 noyabr 1888-ci il Missurinin ştatında fermer Ceyms Uilyam Karneqi və Amanda Elizabet Haribsonun ailəsində doğulub. Atasının qazancı az idi — ailə bəzən çörək və suya keçinməyə məcbur olurdu. Karneqi cütlüyünü sevindirən tək şey kiçik oğulları Deyl idi. Oğlan bir yerdə qərar tuta bilməyən və ünsiyyətcil uşaq idi. O nəinki sinif yoldaşlarıyla, hətta müəllimləri ilə də hər cür mövzuda müzakirə aparmaqdan çəkinmirdi. Onlar da öz növbələrində Deyli böyük gələcəyin gözlədiyinə inanırdılar.

Amma məktəbi bitirən bu ünsiyyətcil oğlan uzun müddət cəmiyyətdə mövqe qazana bilmir. Əvvəlcə kuryer işləyir, sonra aktyor olur və yalnız bundan sonra natiqlik dərsləri vermək qərarına gəlir. Amma əvvəl kollec bitirmək lazım idi.

Oğlanları Uorrensberq pedaqoji kollecinə daxil olsun deyə valideynləri bütün pullarını xərclədilər. Kolleclər o vaxtlar tələbələri yataqxana ilə təmin etmirdi, hətta ən ucuz otaq tutmaq belə Karneqi ailəsi üçün böyük pul idi. Buna görə Deyl fermada valideynlərilə yaşamağa məcbur olur. O, hər gün xoruz banından əvvəl durur, pəyəni təmizləyir, bəzən səhər yeməyi yeməyə vaxt tapmadan atla altı mil çaparaq dərsə getməli olurdu.

Bu hələ dərdin yarısı idi. Kollecdə, əlbəttə, yoxsul tələbələr də oxuyurdular, amma onların sayı heç on nəfər də deyildi. Bütün qalan tələbələr təmin edilmiş ailələrdən çıxmışdılar. Onlar çox gözəl binalarda özlərinə mənzil tutur, dəbdə olan paltarlar geyinib sinifdə lovğalanırdılar. Deyl isə fermada da, evdə də, məktəbdə də eyni geyimdə olurdu-böyük qardaşının köhnə paltarlarında-onun sadəcə geyiniləsi başqa paltarı yox idi. Məlumdur ki, sinif yoldaşları kasıb, yaraşıqsız, yöndəmsiz və özünə tamamilə inamsız olan, kompleksli Karneqini bəxtsiz cavan hesab edirdilər.


Ardı →
 

Heydər Əliyev-Həyat Xronologiyası

Heydər Əlirza oğlu Əliyev1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O,1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Bütün ömrünü Azərbaycana həsr etmiş desək, heç də səhv demiş olmarıq.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmişdir
Davamı →
 

Vəzifə başında ölən dövlət başçıları

Bəzən əcəl dövlət başçılarını da vəzifə başında yaxalayır. Bütün insanlar kimi dövlət başçıları da müxtəlif xəstəliklərdən, sağlamlıqları ilə bağlı problemlərdən əziyyət çəkirlər. Daim həkim nəzarətində olmalarına, çoxsaylı tibbi müayinələrdən keçmələrinə baxmayaraq, bəzən əcəl dövlət başçılarını da vəzifə başında yaxalayır. 

Uqo Çaves – yoğun bağırsaq xərçəngi

1999-cu ildə hərbi çevrilişlə hakimiyyəti ələ alan Uqo Çaves 14 il ərzində Venesuelanın prezidenti kürsüsündə qalıb. İlk dəfə 2011-ci ilin iyununda sağlamlığında problemlər yaranan prezident uzun müddət Kubada müalicə alıb. Lakin onun yoğun bağırsağında aşkar olunan metastatik rabdomiosarkom şişi artıq orqanizmin dərinliyinə nüfuz etdiyi üçün yalnız 2 il yaşamaq şansı qalmışdı. 2013-cü il martın 5-də 58 yaşlı Uqo Çaves xəstəliyin doğurduğu ürək tutmasından dünyasını dəyişdi. 


Ardı →
 

Məktəbdə kütbeyin olmuş dahilər

Anton Çexov
Rus yazarları arasında öz dərin intellektiylə tanınan A.Çexov uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi.
Davamı →
 

Nəriman Nərimanov

Nəriman NərimanovNəriman Nəcəf oğlu Nərimanov 1870 – ci il aprelin 14- də Tiflis şəhərində anadan olmuşdur.
Doğulduğu və gənclik illərini keçirdiyi Tiflis mühiti onun əqli və mənəvi inkişafında böyük rol oynamışdır.O zaman Dağıstan və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların az – çox mədəni – maarif ocaqlarını idarə edən təşkilatlar burada yerləşirdi.

Odur ki, dövrün qabaqcıl fikirli ziyalıları burada yerləşən gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək qabaqcıl mədəniyyəti, dünyəvi elmləri yaymaqla məşğul idilər. Bütün bunlar kiçik Nərimanın dünya görüşünün təşəkkülünə müsbət təsir göstərməyə bilməzdi. N.Nərimanov 1890 – cı ildə Qori seminariyasını bitirərək elə həmin il Tiflis Quberniyası Borçalı qəzasının Qızıl Hacılı kənd məktəbində pedaqoji fəaliyyətə başlayır.

1891-ci ildə Bakı şəhərinə köçür və burada əməli pedaqoji fəaliyyətilə məşğul olur, bazar günü məktəblərində və axşam kurslarında dərs deyir. Daha sonra o, böyük pedaqoq S.M. Qənizadənin köməyi ilə A.İ. Pobedanostev 6 sinifli gimnaziyasının hazırlıq şöbəsinin aşağı sinfinə müəllim təyin edilir, 5 ildən sonra isə çoxdankı arzusuna çatır, həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyasını təşkil edir. Bu məktəblərdə ancaq Daxili İşlər Nazirliyinin razılığı olan şəxslər işləyə bilərdilər.
Ardı →
 

Bax, belə bir hissdir!...

Bir gün Napoleon Bonapart (1769-1821) düşmən əsgərlərindən qaçarkən bir dükana girdi və satıcıya onu gizlətməyi əmr etdi. Satıcı Napoleonu gizlətdi və onu axtaran düşmən əsgərlərinə:
— Bir az əvvəl bir nəfər bu tərəfə qaçdı, – dedi.
Nəhayət, bir az sonra Napoleonun mühafizəçiləri gəldilər. Satıcı, bəlkə də, ömründə bir daha görməyəcəyi Napoleondan soruşdu:
— Cənab imperator, mənim üçün çox maraqlıdır, ölümlə üz-üzə gəlmək necə bir hissdir?..

Napoleon birdən qəzəbləndi və:
— Sən kimsən ki, mənimlə belə danışırsan? – deyə qışqırdı.

Və öz əsgərlərinə satıcını güllələməyi əmr etdi. Əsgərlər, əvvəlcə, satıcının gözlərini bağladılar, sonra da sıra ilə qarşısına düzüldülər. İndi artıq onlar Napoleondan “atəş” əmrini gözləyirdilər. Satıcı içindən dərin bir ah çəkdi və:
— Gör bir sən nə etdin? Boş bir həvəs üçün özünü oda atdın? – deyə düşündü.

Bu vaxt arxadan bir cüt əl uzandı və satıcının gözlərindəki bağı açdı. Qarşısında Napoleon var idi. Və Napoleon tək bir cümlə ilə bu cavabı verdi:
— Bax, belə bir hissdir!..