Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

150 üzv, 218 topik

Nəriman Nərimanov

Nəriman NərimanovNəriman Nəcəf oğlu Nərimanov 1870 – ci il aprelin 14- də Tiflis şəhərində anadan olmuşdur.
Doğulduğu və gənclik illərini keçirdiyi Tiflis mühiti onun əqli və mənəvi inkişafında böyük rol oynamışdır.O zaman Dağıstan və Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların az – çox mədəni – maarif ocaqlarını idarə edən təşkilatlar burada yerləşirdi.

Odur ki, dövrün qabaqcıl fikirli ziyalıları burada yerləşən gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək qabaqcıl mədəniyyəti, dünyəvi elmləri yaymaqla məşğul idilər. Bütün bunlar kiçik Nərimanın dünya görüşünün təşəkkülünə müsbət təsir göstərməyə bilməzdi. N.Nərimanov 1890 – cı ildə Qori seminariyasını bitirərək elə həmin il Tiflis Quberniyası Borçalı qəzasının Qızıl Hacılı kənd məktəbində pedaqoji fəaliyyətə başlayır.

1891-ci ildə Bakı şəhərinə köçür və burada əməli pedaqoji fəaliyyətilə məşğul olur, bazar günü məktəblərində və axşam kurslarında dərs deyir. Daha sonra o, böyük pedaqoq S.M. Qənizadənin köməyi ilə A.İ. Pobedanostev 6 sinifli gimnaziyasının hazırlıq şöbəsinin aşağı sinfinə müəllim təyin edilir, 5 ildən sonra isə çoxdankı arzusuna çatır, həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyasını təşkil edir. Bu məktəblərdə ancaq Daxili İşlər Nazirliyinin razılığı olan şəxslər işləyə bilərdilər.
Ardı →

Bax, belə bir hissdir!...

Bir gün Napoleon Bonapart (1769-1821) düşmən əsgərlərindən qaçarkən bir dükana girdi və satıcıya onu gizlətməyi əmr etdi. Satıcı Napoleonu gizlətdi və onu axtaran düşmən əsgərlərinə:
— Bir az əvvəl bir nəfər bu tərəfə qaçdı, – dedi.
Nəhayət, bir az sonra Napoleonun mühafizəçiləri gəldilər. Satıcı, bəlkə də, ömründə bir daha görməyəcəyi Napoleondan soruşdu:
— Cənab imperator, mənim üçün çox maraqlıdır, ölümlə üz-üzə gəlmək necə bir hissdir?..

Napoleon birdən qəzəbləndi və:
— Sən kimsən ki, mənimlə belə danışırsan? – deyə qışqırdı.

Və öz əsgərlərinə satıcını güllələməyi əmr etdi. Əsgərlər, əvvəlcə, satıcının gözlərini bağladılar, sonra da sıra ilə qarşısına düzüldülər. İndi artıq onlar Napoleondan “atəş” əmrini gözləyirdilər. Satıcı içindən dərin bir ah çəkdi və:
— Gör bir sən nə etdin? Boş bir həvəs üçün özünü oda atdın? – deyə düşündü.

Bu vaxt arxadan bir cüt əl uzandı və satıcının gözlərindəki bağı açdı. Qarşısında Napoleon var idi. Və Napoleon tək bir cümlə ilə bu cavabı verdi:
— Bax, belə bir hissdir!..
Davamı →

Ruhi xəstə olmuş 10 dahi

Bu şəxslər dünyada öz sözünü demiş, dünya ədəbiyyatının, fəlsəfəsinin xəzinəsini dəyərli ideyaları, əsərləri ilə zənginləşdiriblər.

1. Edgar Allan Poe — Amerika yazıçısı (1809-1849)
Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü.

Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona «yox» cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.

Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.
Ardı →

Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor

Gunduz AbbasovDağlı balası Gündüz
Tamaşaçılar onu istedadlı kinoaktyor, oxucular isə yazıçı və tərcüməçi kimi tanıyır. Üstəlik peşəkar jurnalist və rəssam kimi də özünü sınayıb. Amma tamaşaçıların sevimlisi Gündüz Abbasov çox nadir hallara mətbuatın, televiziyaların yadına düşür. Çünki onun heç bir fəxri adı, təltifi yoxdur. Sevilən kinoaktyorun, istedadlı yazıçının 65 illik həyatında yeganə qazancı tamaşaçı diqqəti və oxucu sevgisi olub.

Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında çəkdiyi «Bir qalanın sirri» film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyoru yaşlı və orta nəsil tamaşaçılar daha yaxşı xatırlayırlar.

Yəqin ki, siz də Göygöz Kosaya qalib gəlib sevgilisi Mətanəti xilas edən, kitabların köməyi ilə heyvanların quşların dilini öyrənən, Həkim babanın qollarını açan, dağları yaran Elşəni tanıdınız.
Ardı →

Doğuşdan Kuba vətəndaşı – Çe!

Che GuevaraOna “Çe” təxəllüsü Kuba partizanları tərəfinnən verildi. Çe argentinalıların xarakterik çağırış formasıdı, “hey”, “dost” mənası daşıyır. Beləcə Ernesto, Ernesto Çe Gevara oldu. Qısa zamanda dünyaya səs salan inqilabçı, siyasətçi kimi şöhrət qazandı.

Çe Gevara 14 iyun 1928- ci ildə ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlib. Gevara uşaqlığından astmadan əziyyət çəksə də, mükəmməl bir atlet olur. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı. Gevara həyatı boyu Latın Amerikasında məşhur olan şeir yazma sənətinə meyl göstəirr. Bir çox mövzularla maraqlanan həvəsli oxucu olur Yetkinliyinin son dövrlərində fotoqrafiyaya maraq saldı və vaxtının əhəmiyyətli qismini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi.

Gevara tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil olur. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu alır. Gevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxır. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif dir. Qısa müddət sonra, “La Poderosa II” (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxırlar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü olaraq bir neçə həftə keçirməyi düşünürdülər. Gevaranın bu səfərini izah etdiyi səyahət qeydləri 2004-cü ildə Motosiklet gündəlikləri adı ilə kinoya uyğunlaşdırılıb.


Ardı →

Eynşteynin vərdişləri

Albert Eynşteyn elmə çoxlu yeniliklər gətirmiş ən məşhur alimlərdəndir.

O, həm də özünün yaxşı qulluq olunmuş bığları ilə də məşhur olmuşdur. Çox az adam bilir ki, o, insan huquqları müdafiəçisi olub. Maraqlı olanı da budur ki, məşhur dahi heç vaxt corab geyməmişdir.

Məşhur alimin niyə corab geyməməsi, yəqin ki, hər kəsi maraqlandırır. Məlum olanı budur ki, alim ikinci arvadı Elzanın vəfatından sonra öz geyiminə, ümumiyyətlə fikir verməmişdir. Halbuki, alim gənc yaşlarında öz xarici görünüşünə çox diqqətli və səliqəli idi. Deyilənlərə görə, onun öz xarici görkəminə bu cür diqqət yetirməsinə əsas səbəb, istəklisi Elza imiş.

İkinci arvadı Elzanın vəfatından sonra alimə Prinston Universitetinin fəxri professoru adı verilir və o, təqaüdçü müəllim kimi çalışmağa başlayır. Boş vaxtlarında daim universitetin həyətində özü üçün gəzişərmiş. Bu zaman o, səliqəli və yaraşıqlı olmayan, özü üçün rahat olan nimdaş paltarlar geyərmiş.

Enli, düyməsiz, həddən artıq uzun köynəkdə, ayağı corabsız və çox köhnə sandallar geymiş alimi univetsitetin həyətində boş-boş veyillənən görən müəllim və tələbələr mat-məhəttəl qalırdılar. Çünki, dünya şöhrətli dahinin bu görkəmdə universitetin həyətində gəzməsinə təəccüb edirdilər. Dahi alim isə, tələbələrin və müəllimlərin təəccüblənməsinə əhəmiyyət verməzmiş.
Ardı →

Kraliça II Yelizavetanın 50 illik sirri

II Yelizavetanın 50 ildir simvoluna çevirilən dəri ayaqqabılarının sirri açılıb.

2003- cü ildən bəri Kraliçanın paltarlarını dizayn edən  modaliyer Stevard Palvin Kraliçanın demək olar ki, hər fotosunda ən böyük ortaq nöqtə olaraq ortaya çıxan dəri ayaqqabıları ilə bağlı  detalları açıqlayıb.

Məşhur ingilis qəzetinə müsahibə verən Palvin Yelizovetanın ayaqqabılarının Londononun Kensinqton səmtində yerləşən tarixi Anello və David ayaqqabı sexində 4 nəfərlik bir komanda tərəfindən hazırlandığını bildirib. Adını daşıdığı nənəsinin tövsiyəsi ilə bu ayaqqabı sexini seçən Kraliça burdakı ilk ayaqqabısını 1960- cı illərin əvvəllərində hazırladıb. Kraliçanın yeni ayaqqabısıdan narahat olduğu üçün ayaqları Yelizoveta kimi 37 nömrə olan bir saray əyanı tərəfindən Buckingham Saray dəhizlərində geyinilrək, genşləndirildiyini ifadə edən Palvin “Cinders adı verilən saray əyanı yeni ayaqqabıları pambıq corablarla geyinib bir müddət xalçaların üstündə gəzir” deyib.

1922-ci ildə tikilən Anello və David ayaqqabı sexinin ustalarında olan David Hyatt “Kraliça üçün hər il bir, ya da iki ayaqqabı istehsal edirik. Bəzən də köhnə ayaqqabılarının iplərini və topuqlarını dəyişərək onları yeniləyirik. Kraliça qətiyyən müsriflik etmir”.

Ayaqqabıların cütü min sterlinqə başa gəlsə də Kraliça köhnə ayaqqabılarını hələ də təmirə verir.

 


Davamı →

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar 1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun «Bir kərə yüksələn bayraq, bir daha enməz!» ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.
Davamı →

Allahı qəbul edən ateist alim

Məşhur ateist Allahın varlığını qəbul etdi
 
Allahın varlığını inkar edən, kainatın yaranmasını elmi dəlillərə əsaslandıran Hokinq Allah’ın varlığını qəbul etdi.

Yazıları səsə çevirən kompyuterin köməyi ilə danışan və illərdən bəri Allah’ın varlığını inkar edən fikirləri ilə ateistlər arasında məşhur olan fizika alimi Stiven Hokinq 70 yaşına qədəm qoyduğu yaxın günlərdə hamını təəccübləndirən ifadələr işlətdi. Hokinq dedi: “Kainatın yaranması elmi həqiqətə əsaslanır və bu, Allah`ın olmaması demək deyildir”.

 “Kanal D”-nin Londondakı nümayəndəsi Aişəgül Əkinçinin müsahibə götürdüyü Hokinq ilk dəfə Allah’ın varlığını qəbul etdi. Müsahibə əsnasında verilən bir suala Hokinqin verdiyi cavab onun öz işçi heyətini də təəccübləndirdi. Hokinq Allah ilə bağlı verilən sualı belə cavablandırdı: “Kainatın yaranması elmi həqiqətə əsaslanır. Lakin bu qətiyyən elmi qaydaları qoyan və onları yaradan Allah`ın olmaması demək deyildir…”


Ardı →

Bernard Şou-dahi istehza ustası

Onu hamı tanıyır, dünyanın sonluğuna qədər hara barmağını uzatsan və onun adını çəksən üzlərdə, çöhrələrdə bir təbəssümün oyandığını görəcəksən. Yox, o, nə atom bombasını, nə də avtomobili, nə də hər hansı bir fiziki qanunu kəşf etməmişdi. O, hətta hansısa bir müharibədə nə qalib gələn, nə də döyüşü uduzan məşhur sərkərdə, nə də fateh deyildi. Amma onu bu gün hamı tanıyır, hətta sizin özünüz də. Bu böyük insanı çoxdan tanıyırsınız. Onun adını çəkimmi? Qoy siz deyən olsun! Bernard Şou! Gördünüzmü? Yaxşı, gülümsəməyi bir yana qoyun və adını istər-istəməz eşitdiyiniz bu dahi şəxs haqqında nələr bildiyinizi yadınıza salın. Yəqin ki, çox az şey, düzdürmü? Onda gəlin hər şeyi, hətta ən vacib işləri belə bir kənara tullayaraq tarixin səhifələrini varaqlayaq…


Ardı →