Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

150 üzv, 218 topik

Müaviyə

Görkəmli İslam tarixçisi Yəqubi yazır: «Dörd nəfər məşhur ərəb siyasətçisi sayılır: Müaviyə, Əmr-As, Ziyad ibn Übeyh və Müğeyir ibn Şöbə.» Şübhəsiz, bunların arasında Müaviyə hamısından siyasətli və hiyləgər olmuşdur. Müaviyə bu hiyləgərlik nəticəsində hətta Hz.ƏliəIeyhissalam həzrətləri kimi misilsiz bir şəxsiyyətin qarşısında dayana bildi və öz tabeliyində olan camaatı İmamın əleyhinə qiyama qaldırdı. Müaviyə səltənət etdiyi zaman İslam ordusu Şərqi Romaya (indiki Türkiyə) hücum çəkdi. Müharibədə islam əsgərlərindən bir qrupu əsir düşdü. Əsirlər dindirilərkən onlardan biri şahla danışanda etdiyi etirazlarına görə saray keşişi tərəfindən sillələnib təhqir edildi. Bu əsgər Məkkədə yaşayan bir nəcibzadə idi və keşiş ona sillə vurduqda uca səslə demişdi: Vay İslamın halına, ey Müaviyə, harada qalmısan, halımızdan xəbərin yoxdur. İslam ölkəsinin sərhədlərini buraxdın və düşməni bizə qalib etdin, bizim canımızı, qanımızı və abrımızı əcnəbilərin hökmünə və təhlükəsinə məruz qoydun. İgid əsgərin sillələnməsi ağızda gəzib dolaşdı və nəhayət, Müaviyəyə yetişdi. Müaviyə birinci növbədə hərbi əsirlərin mübadiləsi yolu ilə həmin əsgəri azad etdi və onu çağırtdıraraq mehribanlıqla dedi:


Ardı →

Rus dahiləri

      • Lev Tolstoyun (1828-1910) belə bir maraqlı fikri vardır: «Əgər oxucuya elə gəlirsə ki, oxuduğu kitabı o da yaza bilər, deməli bu kitab yaxşıdır».
      • D.İ.Mendeleyev uşaqlıqda həmişə xəstə olub, vaxtaşırı ağzından qan gəlirdi. Həkimlər belə hesab edirdilər ki, o tezliklə öləcək. Lakin Mendeleyev 73 il yaşadı.
      • İ.İ.Meçnikov, İ.M.Seçenov, D.İ.Mendeleyev, K.E.Sialkovski və b. çar hakimiyyətinin təzyiqlərinə məruz qalaraq, universiteti və akademiyanı tərk etmişlər.
      • Bir dəfə Meçnikov mikroskop altında infuzorlara baxarkən qəribə bir hadisə olub. İnfuzorların regenerasiyasını görmüş, bunu öyrənmiş və məqalə yazıb redaksiyaya göndərmişdi. Redaksiyada məqalənin qəbul edilməsini eşitdikdə Meçnikov qorxmuş və məqaləni geri istəmişdir. Lakin artıq gec idi, məqalə dərc olunmuşdur. Onda İ.İ.Meçnikovun 16 yaşı vardı. İ.İ.Meçnikov (1845-1916) uşaqlıqda botanika ilə çox maraqlanmışdı, hətta herbarilər də düzəltmişdi. Uşaqlıqda onu «balaca alim» adlandırmışdılar. Gimnaziyada Meçnikovun istirahəti musiqi çalmaq idi.

Ardı →

Stalinin yumor hissi və qorxulu zarafatları

Mürəkkəb və ziddiyətli xarekteri olan İosif Stalin yumor hisslərindən də məhrum olmayıb.
Bəzən onun zarafatları qarşısındakı insanı çıxılmaz vəziyyətə də salıb. Bəlkə də rəhbər öz zarafatı ilə həmsöhbətinə həqiqəti çatdırıb. Axı hər zarafatda bir həqiqət var.

Müharibədən sonra general-polkovnik rütbəli hərbçi Stalinə mövcud vəziyyət haqqında məruzə edir. Stalin öz razılığını bildirdikdən sonra hiss edir ki, yüksək çinli hərbçinin deməyə yenə də sözü var və soruşur:

— Siz yenə nə isə demək istəyirsiniz?
— Yoldaş Stalin, şəxsi bir məsələ ilə bağlı müraciət etmək istəyirəm.
— Buyurun
— Almaniyadan özümə lazım olacaq bir neçə əşya götürmüşdüm. Sərhəddə yoxlanış məntəqəsində onları götürərək ölkəyə keçirməyə icazə vermədilər. Xahiş edirəm ki, o əşyaları mənə qaytarsınlar.
— Heç bir problem yoxdur, raport yazın, dərkənar qoyum.

General-polkovnik əvvəlcədən hazırladığı raportu cibindən çıxarıb Stalinə uzadır. Stalin dərhal raporta dərkənar qoyur: “Polkovnikin əşyalarını özünə qaytarın. İ. Stalin”.

General-mayor sevincək dərkənarı oxuyur və görür ki, rütbəsi düzgün yazılmayıb:
Ardı →

Vladimir Ulyanov Leninin əkiz qardaşı olub

Sovet dövlətinin qurucusu olan Vladimir Ulyanov – Leninin Serqey adında doğma əkiz qardaşı olub.
O zamanlar bu haqda yalnız Leninin ən yaxın sirdaşları bilirmiş və Leninin özü də bu haqda gizli saxlayırdı.
Bu yaxınlarda tarixçilərin əlinə keçən Vladimir və Serqey Ulyanovların foto şəkili bir daha sübut etmişdir ki, Leninin əkiz qardaşının olması şaiyə deyil, həqiqət imiş. Serqey də Vladimir kimi ailənin sevimli övladlarından olub. Amma Serqeyin xasiyyəti və dünyaya baxışı Vladimirdən (Lenin) fərqli idi.
Davamı →

İlk azərbaycanlı fotoqraf

Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları əsasən ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə Azərbaycanı çəkən ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Onun haqqında məlumat çox az olduğuna görə bütün məlumatları bir yerə toplamağı qərara aldıq.

Mircavad Axundazadə 1909-cu ildə Bakının Maştağa kəndində anadan olub. Məşhur Axundzadələr nəslindəndir. Atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda çap olunmuşdu.


Ardı →

Andrey Tarkovski gündəlikləri

Andrey TarkovskiAndrey Tarkovski gündəliyini 1970-1986-cı illər aralığında yazıb. Gündəliklərində Tarkovskinin bədii zövqü, dünya rejissorları, eləcə də Sovet rejissorları ilə olan dostluq və düşmənçilik münasibətləri də əks olunub.
1970-ci il
«Tomas Mannı yenidən oxumağa başladım. O dahidir. Mənasız bir mövzudan bəhs etsə də, „Venetsiyada ölüm” çox gözəldir.” (15 avqust 1970)
“XX əsr duyğusal inflyasiyanın böyüməsinə şahidlik etdi. İndoneziyada iki milyon insanın doğranmağı xəbərini qəzetlərdən oxuduqda, nə hiss ediriksə, hokkey komandamız bir oyun udanda da eyni şeyləri hiss edirik.” (1 sentyabr 1970)
Davamı →

Leonardonun sirləri

LEONARDO DA VİNÇİNİN BEŞ SİRRİ

1. Leonardo da Vinçi bir çox
əsərlərini şifrələyirdi.

Bunu o, insanların onun ideyalarının tədricən açmaqlarını istədiyi üçün edirdi. İxtiraçı sol əli ilə və xırda hərflərlə, üstəlik sağdan sola yazırdı. O, açmacalar ilə danışırdı, metamorfik təxminlər edirdi, bulmacalar tərtib etməyi sevirdi. Leonardo əsərlərini imzalamırdı, lakin onların əksəriyyətində müəyyənedici işarələr var. Məsələn, onun rəsmlərinə diqqətlə baxsaq, simvolik uçan quşu görə bilərik. Belə işarələr çoxdur. Ona görə, dahinin bir neçə əsərləri yüzilliklər ötdükdən sonra aşkarlanıb. Belə bir hal “madonna Benua” ilə də baş vermişdi. Onu uzun bir müddət səyyar artistlər özləri ilə əsas ikona kimi aparırdılar.
Ardı →

Albert Eynşteyn haqqında 10 maraqlı fakt

1. Başı yekə Eynşteyn
Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla  birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”
2. Danış, Eynşteyn
Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar.
Davamı →

Karl Marks

Karl Marks1818-ci ildə alman şəhəri olan Tririn Bryukkerhas küçəsində yaşayan vəkil Henrix Marksın ailəsində sevinc yaşanırdı. Səbəb onun üçüncü övladının dünyaya gəlməsiydi. Körpəni Mozes Mordeham Levi adlandırdılar. Bu uşaq sonradan sadəcə Karl Marks adı ilə  məşhurlaşdı.

Əksəriyyətimiz yaşadığı sovet dönəminin təsiri ilə Lenini birmənalı qaydada tanıyırdıq, hətta tanımağa məhkum idik də. Marks və Engelsə gəldikdə isə əsas fərqləndirici göstərici saqqal idi. Yeri gəlmişkən, Marksın saqqalla bağlı xüsusi fikri olub. Bu fikir özündənrazılıqla çulğalaşır və ortaya olduqca maraqlı mənzərə çıxarır.

Karl hələ tələbəlik illərində hamının onu tanıdığı xarici görkəmə özünün xüsusi statusunu göstərmək üçün müraciət etmişdi. Nə az, nə çox, iddialıydı ki, dünya onu yeni peyğəmbər və ya yeni fəlsəfənin yaradıcısı olaraq tanısın. Haradasa Musa ilə Sokrat, bəzi ehtimallara görə hətta Məhəmməd Peyğəmbər kimi görünmək istəmişdi. İnqilabı isə Gertsendən belə demək mümkünsə, oğurlamışdı.

Marks saqqalsız gəncliyi dönəmində o zaman hələ doğulmamış Mayakovskinin sonradan daşıyacağı böyük miqyaslı təbliğatçı, uca və zəhmli səslə danışmağa üstünlük verən natiq və lider funksiyasına iddialıydı. Tələbəlik illərində daşıdığı ləqəblər də bunu deməyə əsas verirdi. Hələ Bonn Universitetinin birinci kursunda oxuduğu vaxtlarda «vəhşi qaban» kimi tanınan Marks üçün xarakterik xüsusiyyətlər daim qalmaqalda olmaq, inadkarlıq idi. Daha sonra onu «Pivə həvəskarları klubunun prezidenti» və ya sadəcə «Prezident» adlandırmağa başladılar.


Ardı →