Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Budda

49 günlük imtahanBudda
 Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər. Onlar sadəcə yorulmuş və bədənləri gücdən düşmüşdü. O zaman şahzadə Siddharta ölümün tam astanasında dostlarından ayrılıb Qaya meşəsinə üz tutdu. Meşəyə girərkən yaxınlıqdakı kənddən olan qadın onu gördü və darmadağın görkəmindən onu meşənin ruhu zənn etdi. Qadın əlindəki süd bardağını ona uzatdı. Şahzadə Siddharta süddən içdikdən sonra yaxınlıqdakı ağaca doğru süründü. Burda özünə söz verdi. Ya bu ağacın altında öləcək, ya da haqqı dərk edib əbədiyyətə qovuşacaqdı.

 Şahzadə 49 gün ağacın altında trans vəziyyətində tərpənmədən durdu. 49 gecə, ayın bədrləndiyi və Siddhartanın 35 yaşının tam dolduğu gecə ona haqqın nuru yetişdi. Şahzadə bir anda hər şeyi anlayıb qəflət yuxusundan ayıldı və «Dörd Alicənab Həqiqət»in sirlərinə vaqif oldu.

 Budda ( «Oyanmış» mənasını verir) daha bir neçə gün trans vəziyyətində qaldı. O əmin deyildi ki, içləri paxıllıqla, yalanla, nifrətlə və tamahla dolu olan insanlar bu həqiqətlərə layiqdirlər. Ona görə də haqqı insanlara çatdırmaqla bağlı onun içində böyük şübhələr vardı. Ancaq sonunda o, həqiqəti insanlara söyləməyi və onların müəllimi olmağa qərar verdi. O daha 45 il yaşayacaq və insanlara həyatın sirrini anladacaqdı.


Ardı →

Dahilərin həyatından məzəli məqamlar

Məşhur holland həkimi Burxavenin əşyaları içərisindən tapılmış 100 səhifəlik başı bağlı bir tibb kitabı hərraca qoyularaq 10.000 dollara satılmışdı. Kitabın möhürü götürüldükdən sonra onun ağ səhifələri üzə çıxmış, yalnız birinci səhifədə: «Başını sərin saxla, ayaqlarını isti. Bununla da sən ən yaxşı həkimi yoxsul günə qoyarsan!» — sözləri oxumuşdular.

XVII əsrdə yaşamış ingilis alimi E.Cenner şahidlərin iştirakı ilə 18 yaşlı oğlanı əvvəlcə çiçək xəstəliyinə tutulmuş Vakka adlı inəyin çiçəyi ilə, 15 gündən sonra isə əsl insan çiçəyi ilə yoluxdurur. Uşaq insan çiçəyi ilə xəstələnmir. Bu böyük qələbə idi. Beləliklə, E.Cenner yoluxucu xəstəliklərə qarşı peyvəndlərin, vaksinaların hazırlanmasının başlanğıcını qoymuşdur. Vaksin sözü də, həmin inəyin adından götürülmüşdür.
Ardı →

Görücü Vanqa və onun dedikləri

XX əsrin tanınmış görücülərindən biri də bolqar bilicisi Vanqadır. Vanqa yunan sözü olub, «xoş xəbərlər carçısı» mənasını verir. Vanqa 12 yaşında olanda bibisi qızları ilə kəndin kənarındakı Xan bulağından su gətirməyə gediblər. Gözlənilmədən tufan (fırtına) qopur. Ağacları kökündən qoparır. Dəhşətli burulğan Vanqanı götürüb xeyli (bəzi mənbələrdə 2 km) uzağa atır. Onu ağac budaqlarının, toz-torpağın, ot-ələfin içindən zorla tapıb çıxarırlar. Vanqa gözlərini aça bilmir. Həkimlər ona çarə tapa bilmirlər. Hətta cərrahiyyə əməliyyatı da edirlər. O vaxtdan Vanqa kor olur.
Ardı →

Təbrizdən doğan günəş

Təbrizli ŞəmsŞərq öz sirli insanları, müəmmalı hadisələri, sehrli kitabələri və digər qəribə özünəməxsusluqları ilə hər zaman bütün dünyanın diqqətini çəkib. Bu özünəməxsusluqlardan biri də hər zaman insanları düşündürən, dahiləri heyrətdə qoyan sufilər olub. Şərqdə elə sufilər olub ki, onlar təkcə yaşadıqları zamanın sirli insanları deyil, hətta gələcək zamanların da tam mənasıyla açılmayan sirr küpəsi kimi qalıblar.

Bu şəxslərdən bəziləri dövrümüzdə kifayət qədər tanınsa da, bəziləri layiq olduğu qiyməti nə öz dövlərində, nə də müasir dövrdə ala bilməyiblər. Belə şəxslərdən bəlkə də birincisi yəqin ki, məşhur sufi mürşid Şəms Təbrizi olub.

Onun həyatı başdan-başa müəmmalar və qəribəliklərlə dolu keçib. Ta uşaq yaşlarından həyatının sonuna qədər taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlanə Cəlaləddin Rumi ilə tarixi görüşü, ona qarşı olan sui-qəsdlər və bu kimi digər hadisələr Şəmsi hər zaman onu tanımaq istəyənlərin maraq dairəsində saxlayıb. 

Şəmsin fərqli həyat tərzi ilə bərabər, onun həyatı ilə bağlı məlumatlar da kifayət qədər olmayıb. Ümumiyyətlə Şəmsin azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilli mənbələrdə onun haqqında hər hansı bir məlumat demək olar ki, yox dərəcəsindədir. Şəmsin həyatı haqqında əsas məlumatlara isə türkdilli mənbələrdə rast gəlmək mümkündür. 
Ardı →

Əlisa Nicat

Əlisa Qulam oğlu Hüseynov Azərbaycanda yazıçı, şair, filosof, pritça ustadı, tərcüməçi, tarixçi, yüksək intellektual biliyə malik dahi kimi tanınır. Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində 1936-cı il avqustun 10-da doğulub.

Təhsili:
1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olur, 1963-cü ildə oranı tamamlayır.

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir.


Ardı →

Molla Nəsrəddinin Avropa sərgüzəştləri | Müqəddimə

Mənim əzizlərim, xeyli vaxt idi ki, bir arzu qəlbimə hakim kəsilmişdi, əqlimi heç cürə  tərk edə bilməyirdi. O, bəzən soyuq gecələrdə şirin yuxuma girib dincimi pozur, mənə əzab verirdi. Mən inadla nəfsimə müqavimət göstərir, onunla mübarizə aparmağa cəhd edirdim, amma hər dəfə məğlub ayrıldığım o səylərimin bir nəticəsinin olmadığını anlayanda nəhayət, arzumun ruhum üzərindəki qələbəsilə əlacsızlıqla barışmalı olurdum.


Hamınız çox yaxşı xəbərdarsınız ki, mən bu qoca ömrümdə şərq dünyasını xeyli gəzmiş, Ərəbistanda, İraqda, Osmaniyyədə, Həştərxanda, Türküstanda və neçə-neçə başqa diyarlarda səfərlərdə olmuşam. Amma və lakin bu ahıl yaşıma, dərin elmimə rəğmən, daha uzaqlara səyahət etmək, yəni geniş dəryaların sonundakı, uca dağların dalındakı, keçilməz meşələrin çəpər çəkdiyi, günəşin batdığı, şaxtalı rüzgarın əsdiyi o yad Avropa torpağını görmək mən biçarəyə  qismət olmamışdı. 


Ardı →

Tarixdəki məşhurların hazırcavablılığı

1. Çörçill avam kamerasından danışarkən, müxalifət partiyasından bir qadın- millət vəkili Churchillə hirsli halda deyir:
— "Əgər həyat yoldaşınız olsaydım, qəhvənizin içinə zəhər qatardım."
Çörçill olduqca sakit halda qadına tərəf dönər və belə deyər:
— «Xanım, əgər arvadım siz olsaydınız, o qəhvəni sevə-sevə içərdim»

2. Sokrat və yoldaşı heç cür yaxşı dolana bilmirmişlər. Bir gün yoldaşı Sokrata qışqırmış, ağzına gələni söyləmişdir. Ərinin heç bir reaksiya vermədiyini gorən qadın bir vedrə suyu götürüb onun başına boşaltmışdır. Sokrat çox sakin:
— «Bu qədər göy gurultusundan sonra onsuz da bir yağış gözləyirdim» demişdir.
Ardı →

Jan Pol Bokassa-adamyeyən prezident

Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.


Ardı →

Sezar - onu necə öldürdülər?

Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Xəncərlər sıyrılaraq havaya qalxmışdı və o, artıq hiss edirdi ki, ölümdən qaça bilməyəcək. Qorxudan rəngi sapsarı olmuşdu, hayqırmaq istəyirdi, ancaq ağzını aça bilmirdi. Sanki hansısa bir əl onun ağzını möhkəm-möhkəm bağlamışdı. Əslində qorxudan onun dili tutulmuşdu. Əllərini uzadaraq köksünə endirilən xəncər zərbələrinə mane olmaq istəyirdi. Gözləri isə onu öldürənlərdən amaıı diləyir, yalvarır, yalvarır, yalvarırdı. Bəlkə də başqası olsaydı, Sezarın bu dilsiz yalvarışlarının qarşısıııda tab gətirə bilməz, əlləri boşalardı. Ancaq Sezarı öldürməyə gələnlərin gözlərini qan tutmuşdu. Onlar yalnız qarşılarındakını didib-parçalamaqdan başqa bir şey düşünmürdülər… Sui-qəsdçilərin amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı.


Ardı →

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ

DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ


 – Müharibə haqda nə düşünürsüz?
 -Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir.

 – Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir?
– Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var.

 – İnsanlıq müharibəni sevir?
– Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir.


Ardı →