Məşhur ədiblərimizin həyatından maraqlı məqamlar
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Pasiyent 1: Edqar Allan Po
Amerika yazıçısı, şair (1809-1849)
Diaqnoz: Ruhi nasazlıq, dəqiq diaqnoz təyin edilməmişdir.
Simptomlar: Qaranlıq qorxusu, yaddaşda problemlər, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar.
Xəstəlik tarixcəsi: Artıq 1830-cu illərin sonundan Edqar Po sıx baş verən depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan sui-istifadə edirdi, bu da öz növbəsində onun psixikasına yaxşı təsir etmirdi: içkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Alkoqola tezliklə tiryək də qatıldı.
Onun gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniyayla evlənmişdi; nikahdan 7 il sonra, 1842-ci ildə, Virciniya vərəmə tutulur, daha 5 il sonra isə dünyasını dəyişir.
Virciniyanın ölümündən sonra — özünün ölümünə isə 2 il qalmış — Edgar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.
Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur (Ponu 5 gün sonra ucuz traktirlərin birində tapırlar).
Yazıçını klinikaya yerləşdirdilər və burada o qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir.
Ponun ən dəhşətli qorxusu olan yalnızlıqda ölmək həyata keçdi: o çox insanlardan son saatlarında onun yanında olacaqlarına dair vəd alsa da 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadı.
DOSTOYEVSKİ İLƏ MÜHARİBƏ HAQQINDA MÜSAHİBƏ
– Müharibə haqda nə düşünürsüz?
-Müharibənin insanlıq üçün bəla olduğu qənaətində olmaq vəhşi düşüncədir. Əksinə, o, ən əhəmiyyətli hadisədir. Siyasi, xalqlararası müharibə bütün münasibətlərə xeyir verir, ona görə də vacibdir.
– Axı insanlar bir-birini öldürür, burda vacib olan nədir?
– Əvvəla, insanların müharibəyə bir-birini öldürmək üçün getməsi fikri səhvdir: ilkin planda bu haqda düşünülmür, əksinə, onlar öz həyatlarını qurban verməyə gedir. Bu, tamam başqa məsələdir. Həyatda həmvətənlərini, vətənini qorumaq naminə öz həyatını qurban verməkdən gözəl ideya ola bilməz. Humanist ideyalar olmadan isə insanlıq yaşaya bilməz, Hətta mən təxmin edirəm ki, insanlıq müharibəni məhz bu humanist ideyanı həyata keçirmək üçün sevir. Buna ehtiyac var.
– İnsanlıq müharibəni sevir?
– Bəs necə? Kim müharibə vaxtı qaçır? Əksinə, hər kəsdə ruh yüksəkliyi yaranır, sülh zamanı olduğu kimi adilik və darıxmaq haqda giley-güzar eşidilmir. Müharibə bitdikdən sonra isə onu xatırlamağı çox xoşlayırlar, hətta məğlubiyyət halında belə riqqətə gəlirlər. Bir də müharibə dövründə bir-biri ilə görüşən zaman insanların başlarını bulaya-bulaya “Nə böyük bədbəxtlik, gör nələr yaşadıq!” dediyinə inanmayın. Bu, sadəcə olaraq, ənənədir. Əksinə, hər kəsin qəlbində toy-bayram olur. Sadəcə, müharibəni tərifləməkdən hamı çəkinir.
Onun tədqiqatları özündən 8 əsr sonra belə bu sahə üzrə məşğul olan alimləri heyrətə gətirib. Əslən türkdür. Adı Məhəmməd, soyadı ibn Əhməd əl-Biruni el Xarəzm, təxəllüsü Əbu Reyhandır. Eyni zamanda, o, Əl-ustad kimi anılıb və Biruni kimi də tanınıb. O, 973-cü ildə bugünkü İran sərhədləri daxilində qalan Kastada (Şah Abbasi-Vəli deyilən yerdə) anadan olub və 1049-cu ildə Qəznədə vəfat edib. Kiçik yaşlarında atasını itirərək yetim qalan Biruni istedadı, qabiliyyəti və tükənməz zəkası ilə diqqəti özünə cəlb edib.
Xarəzmşah xanədanından olan məşhur alim və riyaziyyatçı Əbu Mənsur ibn Əli ibn İraqın himayəsində böyüyərək ondan dərs alıb. Məhz onun sayəsində dövlət adamlarına və saray mühitinə uyğun bir şəkildə tərbiyə görüb. Saray mühitində böyüməsi və müxtəlif səbəblərlə əlaqədar bəzi məmləkətlərdə olması ilə bağlı| olaraq o, getdiyi yerlərin alimlərindən də elm öyrənib.