Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Lütfi Zadə haqqında bilinməyənlər

1. Lütfi Zadə 1921-ci ilin 4 fevralında Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.

2. 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar ya Sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli,
Davamı →

Nərimanov haqqında bilmədiklərimiz

Müstəqillik illərinə yenidən qədəm basan Azərbaycanda bütün ideallar düzgün tənzimlənmədi, canını millətinə qurban edən bəzi şəxsiyyətlər küçümsündü, Sovetin çörəyini bəh-bəhlə yeyərkən milli qüruru zərrə qədər də narahat olmayan şəxslərin adı bu gün də sonsuz rəğbətlə anılmaqdadır.
Azərbaycan müstəqillik qazanandan sonra cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən şəxsiyyətlərdən biri də yazıçı, həkim, ictimai xadim Nəriman Nərimanovdur.

Davamı →

Ziya Bünyadovun inanılmaz həyat yolu

Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində, Oktyabr inqilabından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olub. Atası Bibi-Heybət alim-şeyxləri nəslindən olub. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənib və Quranı oxumağa başlayıb. Anası Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi və Azərbaycan dilində sərbəst danışırdı. Ona görə də ailədəki 6 uşaq həm Azərbaycan, həm də rus dillərini eyni səviyyədə mükəmməl bilirdi.

Davamı →

Lütfi Zadə haqqında

Belə bir siyasi fənd mövcuddur: dirilərin heykəli qoyulmur, adına küçə verilmir, nailiyyətləri əbədiləşdirilmir. Çünki, demək olar, dünyanın hər yerində heykəli qoyduran, küçəni adlandıran hakimiyyətdir.
Sağ məşhur isə partlamamış bombadır, o, hər an mövqeyini dəyişə bilər. Məsələn, hakimiyyətə əks mövqe tuta bilər, bu hakimiyyətə böyük zərbə olar. Ən əsası, sağ adamın adı ona görə əbədiləşdirilmir ki, o hələ sağdır və hər an qatı cinayətkar, terrorist ola biləcək potensiala məxsus bir canlıdır — insandır. Buna görə yaşayan məşhurların adının əbədiləşdirilməsi məsələsi bütün dövlətlərdə hakimiyyətin yüz ölçüb bir biçərək qərar verdiyi məsələdir.

Davamı →

Hələlik ilk və son Nobelçimiz

Bu gün alim, fizik, Azərbaycanın ilk Nobel mükafatçısı, yəhudi əsilli bakılı Lev Landaunun doğum günüdür. Kulis.az bu münasibətlə onun həyat hekayəsini təqdim edir.
Lev Davidoviç Landau 1908-ci ildə Bakıda, yəhudi ailəsində dünyaya göz açıb. Atası neft mühəndisi olub. Neftin çıxarılması barədə bir çox nəzəri məqalələr yazıb.
Landau 1916-cı ildə anasının müəllim işlədiyi Bakı yəhudi gimnaziyasında təhsil alıb. 12 yaşında differrensial tənliyi, 13 yaşında inteqralları həll edə bilirdi.

Davamı →

Ürək Zərgəri - Fikrət Zərgərli

İnsanlara, ən çox da kiçik yaşlı uşaqlarımıza şəfa verən ömrü yarımçıq qırılmış gözəl bir həkimdən söhbət açmaq istəyirəm — FİKRƏT ZƏRGƏRLİdən.
"Ürək zərgəri" — Sağlığında onu daha çox belə adlandırırdılar. O, həqiqətən, öz işini zərgər qəqiqliyi ilə yerinə yetirirdi.
Fikrət Zərgərli respublikamızın tibb sahəsində Milli Kardiocərrahiyyənin banilərindən biri idi. 
Azərbaycanda ilk ürək cərrahiyyəsi  məktəbinin yaradıcısı, tibb elmləri doktoru, professor Fikrət İsmayıl oğlu Zərgərlinin xatirəsini yad edək.
Ruhu şad olsun.

Davamı →

Görkəmli alim Heydər Hüseynov un dəhşətli intiharı

1950-ci il avqustun 15-də görkəmli Azərbaycan alimi, Azərbaycan EA-nın ilk 15 qurucu üzvündən biri, akademik Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) həyatına intiharla son qoymuşdu. Heydər Hüseynov qədim Azərbaycan şəhəri İrəvanda doğulmuşdu. 1931-ci ildə Bakı Universitetini bitirmiş, bütün sonrakı həyatını elmə həsr etmişdi. Azərbaycanda sovet dövrü tarix və fəlsəfə elmlərinin, lüğətçiliyin inkişafında mühüm xidmətlər göstərmişdi. O, 1936-1940-cı illərdə keçmiş SSRİ EA Azərbaycan Filialının Ensiklopediya və Lüğətlər İnstitutuna rəhbərlik etmiş, 1939-1945-ci illərdə isə Filialın sədr müavini olmuşdu. Azərbaycanda müstəqil Elmlər Akademiyasının təşkilindən (1945) sonra ilk 15 həqiqi üzv-akademik sırasında yer alan Heydər Hüseynov həmin dövrdən ömrünün sonuna kimi həm EA-nın vitse-prezidenti, həm də Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru və Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının müdiri kimi geniş elmi-pedaqoji və ictimai fəaliyyət göstərmişdi.

Davamı →

Diriykən yası verilən dahi azərbaycanlı

Məhəmməd Əli Kazımbəy 1802-ci ildə Rəşt şəhərində ruhani ailəsində anadan olub. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də, bəzi mənbələrdə onun «tatar mənşəli» olması fikrini irəli sürülür.
Atası Məhəmməd Qasım Kazımbəy o vaxtlar AzərbaycanınQuba xanlığının tərkibində olmuş Dərbəndin tanınmış ruhani şəxslərindən olub. Məkkəyə həcc ziyarətindən qayıdarkən atası Məhəmməd Qasım Kazımbəy Rəşt şəhərində yerli hakim Bağır xanın qızı Şərəfnisə xanımla evlənir.
Davamı →

Beynini Amerikaya, meyitini Azərbaycana bağışlayan Lütfi Zadə

Belə bir siyasi fənd mövcuddur: dirilərin heykəli qoyulmur, adına küçə verilmir, nailiyyətləri əbədiləşdirilmir. Çünki, demək olar, dünyanın hər yerində heykəli qoyduran, küçəni adlandıran hakimiyyətdir.
Sağ məşhur isə partlamamış bombadır, o, hər an mövqeyini dəyişə bilər. Məsələn, hakimiyyətə əks mövqe tuta bilər, bu hakimiyyətə böyük zərbə olar. Ən əsası, sağ adamın adı ona görə əbədiləşdirilmir ki, o hələ sağdır və hər an qatı cinayətkar, terrorist ola biləcək potensiala məxsus bir canlıdır — insandır. Buna görə yaşayan məşhurların adının əbədiləşdirilməsi məsələsi bütün dövlətlərdə hakimiyyətin yüz ölçüb bir biçərək qərar verdiyi məsələdir.

Davamı →

Van Qoq | Kədər əbədi olaraq davam edəcək

Van Qoq əsərlərinin gözəlliyi, emosionallığı və parlaq rənglərilə məşhur post-impressionist (fəlsəfi incəsənət yönümlü) rəssamdır. O, həyatı boyu psixi xəstəliklərlə, yoxsulluqla mübarizə aparmış və sağlığında tanınmamışdı.
Bəs sağ ikən qədir-qiyməti bilinməyən Van Qoqu anidən məşhurlaşdıran nə oldu?
Bir rəssam kimi Van Qoqun tanınmasında təkcə tablolarının yox, həyatında baş verən hadisələrin, xüsusilə də, 1888-ci ildə yaşadıqlarının böyük rolu olub.

Davamı →