Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Adolf Hitler

Adolf Şiklqruber (Hitler) 1889-cu il aprelin 20 –də Avstriyanın Braunau şəhərində doğulub. Gömrük işçisi olan atası tipik ailə tiranı idi. Adolfun atası əvvəl anasının Şiklqruber soyadını  daşıyırdı, çünki nigahdan kənar uşaq sayılırdı. 50 yaşı arxada qoymuş kişinin 28 yaşlı qadınla izdivacı artıq ikinci evliliyi idi. Hitlerin anası həlim, intelligent və çox dindar adam imiş. Onların cəmi 7 uşağından dördü körpə vaxtı ölüblər. Sağ qalanlardan biri ağıldankəm, o birisi isə tam səfeh idi, bu uşağı adam arasına çıxarmazdılar. Hitlerin valideynlərinin izdivacı qan qohumluğuna o qədər yaxın idi ki, evlənməkçün icazəni Roma papasından almalı olmuşdular. Benedikt monastrında oxuyarkən Adolf  ruhani olmağı düşünürdü…


Ardı →

Vladimir Lenin

«Nacins, mənəvi cəhətdən sarsaq, əbləh olan Lenin öz fəaliyyəti ilə dünyada ən varlı ölkələrdən birini yerlə-yeksan elədi, bir neçə milyon insanı qırdı. İndi dünya o qədər havalanıb ki, onun dahi, yoxsa İblis olması barədə mübahisələr də eləyir. Qanlı taxtına dırmaşanda artıq o, 4 əlli dayanmışdı. İngilis fotoqrafları onun şəklini çəkmək istəyəndə o, dilini çıxarıb hırıldayırdı. Təkcə Rusiyaya görə yox, bütün Avropaya görə narahat olursan. Axı, Allahın qəzəbi mütləq insanların başına düşəcək, bu, həmişə belə olub…».
Bunin

«Heç bir Asiya istilaçısı, nə Tamerlan(Teymurləng), nə Çingiz xan Lenin qədər şöhrətə layiq görülməyib. Onun məqsədi dünyanı xilas etmək, üsulu isə dünyanı partlatmaqdır. O hər şeyi, Allahı, çarları, ölkəni, əxlaqı, məhkəməni, borcu, maraqları, qanunları, əsrlərin ədətlərini, insan cəmiyyəti kimi strukturları — hamısını ayaq altına saldı. Nəhayət o özünü də məhv elədi».
U. Çörçill
Davamı →

Eynşteyn

Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi. Uşaqlar hər səhər yürüşə düzülürdü. Bura məktəbdən daha çox kazarmaya bənzəyirdi.
Davamı →

İosif Stalin

Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili ( onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffü olunur ), qısaldılmış formada isə — Sosodur.Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır,ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çxan «Koba» olmuşdur.
Adətən ona adı və atasının adı və ya hərbi rütbəsi («yoldaş Sovet İttifaqı Marşalı (Generalissimus)»)ilə yox sadəcə «yoldaş Stalin» kimi müraciət etmişlər.


Ardı →

Stalin Iosif Vissarionoviç

«Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək»

(Uinston Çörçill)

Ziqmund Freyd yazırdı ki, vaxtilə anasının əsil sevimlisi, əziz-xələf olmuş şəxslər bütün həyatları boyu özlərini bir növ fateh kimi hiss edirlər və bu duyğu əlavə stimul rolu oynayaraq, onların uğur qazanmasına kömək edir. Bu sözləri Stalinin şəxsiyyətinə də aid etmək olar. Hitlerə isə şəksiz-şübhəsiz aid edilə bilər. Fərq orasındadır ki, Stalin anasının onun naminə qatlaşdığı məhrumiyyətləri, getdiyi qurbanları lazımınca qiymətləndirmirdi və 1936-cı ildə anasının dəfninə gəlməməklə gürcülərin milli heysiyyatını təhqir etmişdi. Hitler isə 1907-ci ildə anasının xəstələndiyindən xəbər tutan kimi dərhal Lintsə qayıtmış və ömrünün neçə ayını anasına qulluq etməyə həsr etmişdi.
Ardı →

Ağa Musa Nağıyev

1919-cu ildə Musa Nağıyevin varisləri onun əmlakını bölüşdürmək üçün məhkəməyə ərizə verirlər. Digər tərəfdən Ruhani cəmiyyəti də tələb edir ki, Musa Nağıyev şiə məzhəbinə mənsub olduğu üçün sərvətinin 10-da bir hissəsi məscidə verilməlidir və məhkəməyə rəsmi iddia da təqdim etmişdi. Varislər ruhani cəmiyyətini bu bölgüdən kənarlaşdırmaq üçün sübut etdilər ki, vaxtilə Ağa Musa məhkəmədə şahid sifətilə çıxış edəndə Qurana and içməkdən boyun qaçırıb, Bəhayi kitabına əl basıb and içib. Məhz bu fakt da Ağa Musanın adının sonradan xalq arasında nisbətən hörmətsizliklə çəkilməsinə səbəb oldu…


Ardı →

Napoleon Bonapart

Fransanın görkəmli yazıçısı Anna Luiza Stal bir gün Napoleona rast gəldikdə: «İmperator həzrətləri, portretinizi mənə yadigar olaraq verməyinizi xahiş edirəm.» Napoleon üzərində öz şəkli olan pulu cibindən çıxarıb ona vermiş və demişdi: «Buyurunuz, bu da mənim portretim!»
Bir dəfə Taleyrana xəbər verdilər ki, Napoleonun oğlu artıq özü yeriyə bilir, hətta hərdənbir qaçmaq da bacarır. Bu hadisə, Napoleon ordusunun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812-ci ilin axırında baş vermişdir. Taleyran bu xəbəri eşidib demişdi: — Çox qəribə hadisədir ki, ata ilə oğul eyni zamanda qaçmaq öyrənirlər.
Boyda kiçik olan (164 sm) Napoleon dəmir iradə sahibi kimi hamını özünə tabe edə bilirdi. Öz qüvvəsinə inam o qədər güclü idi ki, nəyi isə bacarmayacağı, nəyin isə öhdəsindən gələ bilməyəcəyi fikri onun üçün ağlasığmaz idi.


Ardı →

Məhəmməd peyğəmbərin həyatı

Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»


Davamı →

Teymurləng

Deyirlər ki, Teymurləng döyüşlərin birində məğlub olur, qoşunu pərən-pərən düşür. Teymurləng özü də canını güclə qurtarıb, bir kolun dalında gizlənir. Bu vaxt onun gözü yarğana çıxmaq istəyən bir qarışqaya sataşır. Qarışqa apardığı dənlə yarğana çıxmağa çalışır və hər dəfə yolun müəyyən bir hissəsində sürüşüb aşağı düşür. Bir az sonra yenə çıxmağa başlayır, yenə də aşağı sürüşür və yenə təzədən çıxmağa çalışır. 69 dəfə sürüşüb düşəndən sonra qarışqa, nəhayət, 70-ci dəfədə yarğana dırmaşıb gedir. Teymurləng öz halından utanıb gizləndiyi yerdən çıxır və pərən-pərən düşən qoşununu toplayıb, yenidən hücuma keçir. Belə bir həmləni gözləməyən düşmən ağır məğlubiyyətə uğrayır və Teymur qələbə qazanır. Belə döyüşlərdən birində budundan yaralanan Teymur axsamağa başlayır və o vaxtdan Teymurləng adını alır.
Davamı →

Gilani

Əbdül Qadir Gilani (1077-1166) Allah-təalanın böyük övliyalarındandır. O, hər əsrdə möminlər tərəfindən sevilmişdir. Əbdül Qadir özü onunla baş verən möcüzələri belə danışır: «Uşaq idim. Bir gün anamın yanına gedib dedim ki, məni haqq-təalanın yoluna istiqamətləndir və izn ver Bağdada gedib elm öyrənim, saleh adamları və övliyaları ziyarət edim. Anam ağladı, sonra qalxıb atamdan miras qalmış 80 qızıl gətirdi. 40-nı qardaşıma ayırdı, 40-nı da libasımın qoltuğunun altına tikdi.


Ardı →