Müdriklər və fatehlərin həyatından
Soyuq suda bişən balıq. Qədim yunan filosofu Ksenofon öz hazırcavablığı ilə məşhur idi. Bir dəfə kimsə ona deyəndə ki, qaynar suda yaşayan balıqlar görüb, Ksenofon dərhal cavab verir:«Onda gərək onları soyuq suda bişirək».
Dialoq. Qədim Çin filosofları Çtuan-Tszi və Xuçşi çayın üzərində salınmış körpüdə gəzişirmişlər. Çtuan-Tszi deyir: «Bu balıqlar suda necə böyük ləzzətlə oynaşırlar, balıq həyatının həzzi bundadır». Xuçşi deyir: «Sən ki balıq deyilsən, balığın nədən həzz aldığını hardan bilə bilərsən?». Çtuan-Tszi dərhal cavab verir: «Sən ki mən deyilsən, hardan bilə bilərsən ki, mən balığın nədən həzz aldığını bilmirəm!»
Köpək. Bir nəfər Diogeni izdihamlı bir yerdə oturub çörək yediyini gördükdə filosofa demişdir: -Sən evdə deyil, köpək kimi meydanda, adamların arasında yeyirsən. Diogen deyir: -Qardaş, köpəklər, adətən, çörək yeyən adamların yanını kəsdirib durduqları kimi sən də mənim yanımda şöngəyib durmusan.
Ardı →