Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Uolt Disney

Elə adlar var ki, onları dilə gətirən kimi insanın üzü gülür. Uolt Disney deyən kimi hamı ən əvvəl əfsanəvi Mikki Mausu, simic Skruc Makdakı xatırlayır və mütləq gülümsəyir. «Disney dünyası» adlanan park hər il 25 milyard gəlir gətirir. Bu günədək Disney parklarına 50 milyon adam gəlib. 200 milyon insan isə heç olmasa bir dəfə Disney filmlərindən birinə tamaşa eləyib. Ben Ladenin terrorçuları «arzular şəhəri»ndə terror aktı keçirməklə, zəmanənin ən qanlı şousunu yaratmaq qorxusuyla bütün Amerikanı hələ də hədələyir.
Əlbəttə, indi «Şrek», «Ants adlı qarışqa» cizgi filmlərinin zamanında kim deyə bilər ki, Skruc Makdak Mikki-Mausu sevir. Yəqin ki, yalnız bir-birini kötəkləyən ördəklərə, pişik və siçanlara baxıb, dəbdən düşmüş caz dinləməyi və keçən günləri nostalji ilə yada salmağı sevən yaşlı nəsil…
Davamı →

Bax, belə bir hissdir!...

Bir gün Napoleon Bonapart (1769-1821) düşmən əsgərlərindən qaçarkən bir dükana girdi və satıcıya onu gizlətməyi əmr etdi. Satıcı Napoleonu gizlətdi və onu axtaran düşmən əsgərlərinə:
— Bir az əvvəl bir nəfər bu tərəfə qaçdı, – dedi.
Nəhayət, bir az sonra Napoleonun mühafizəçiləri gəldilər. Satıcı, bəlkə də, ömründə bir daha görməyəcəyi Napoleondan soruşdu:
— Cənab imperator, mənim üçün çox maraqlıdır, ölümlə üz-üzə gəlmək necə bir hissdir?..

Napoleon birdən qəzəbləndi və:
— Sən kimsən ki, mənimlə belə danışırsan? – deyə qışqırdı.

Və öz əsgərlərinə satıcını güllələməyi əmr etdi. Əsgərlər, əvvəlcə, satıcının gözlərini bağladılar, sonra da sıra ilə qarşısına düzüldülər. İndi artıq onlar Napoleondan “atəş” əmrini gözləyirdilər. Satıcı içindən dərin bir ah çəkdi və:
— Gör bir sən nə etdin? Boş bir həvəs üçün özünü oda atdın? – deyə düşündü.

Bu vaxt arxadan bir cüt əl uzandı və satıcının gözlərindəki bağı açdı. Qarşısında Napoleon var idi. Və Napoleon tək bir cümlə ilə bu cavabı verdi:
— Bax, belə bir hissdir!..
Davamı →

Tarixi şəxsiyyətlərin həyatından maraqlı

Suvorov-Böyük rus sərkərdəsi A.B.Suvorov doğulanda çox zəif və çılız uşaq olmuşdur. Lakin özünü müntəzəm surətdə möhkəmləndirmək sayəsində o səhhətini tam bərpa etmişdi. Belə ki, Suvorov hətta yetmiş yaşında ikən misilsiz yürüşlərə çıxmış və ordusu ilə birlikdə Alp dağlarını aşmışdı. Ondan başqa Alp dağlarından yalnız Hannibal və Napoleon keçmişdi.
Suvorov adəti üzrə qəbul günlərində bütün medallarını döşünə taxarmış. Onu gözü götürməyən generalların arvadları bir qəbul zamanı marşalla rastlaşıb: «Ah, Aleksandr Vasilyeviç, siz bu qədər zəif adam olduğunuzdan, yəqin ki, bu medallar sizə ağırlıq edir!» – demişlər. Suvorov onlara: «Çox ağırlıq edir, o qədər ağırlıq edir ki, onu qaldırmağa sizin ərlərinizin gücü çatmaz!» — deyə cavab vermişdi.


Ardı →

Jan Pol Bokassa-adamyeyən prezident

Jan Bedel Bokassaya ilk şöhrəti gətirən hadisə 1966-cı ildə dövlət çevrilişi etməsidir. İkincisi isə prezident olandan sonra da adam yemək şakərini tərgidə bilməməsidir. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini sözün həqiqi mənasında yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük duxovkada qızardıb süfrəyə çəkərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.


Ardı →

Nəsirəddin Tusi

Xacə Məhəmməd Nəsrəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsrəddin adını vermişdir. Tusi ləqəbini isə Tus şəhərində anadan olduğuna görə qəbul etmişdir.
Mənşə etibarı ilə onun əsli Azərbaycanın ən qədim şəhərlərindən biri hesab edilən Həmədan şəhərindəndir. Nəsrəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən almışdır. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər etmişdir. Mütəfəkkir özünün «Seyr və sülük» əsərinin müqəddiməsində uşaqlıq dövrünü təsvir edərək yazırdı:  «Mən hələ uşaq ikən atam məni öz dostu riyaziyyatçı Kəmaləddin Məhəmmədin yanına dərs oxumağa qoydu. Çox keçmədi ki, müəllimim səfərə çıxdı. Mən də atamın vəsiyyətini nəzərə alaraq bir sıra şəhərlərə səfər etdim. Hansı fənnə aid müəllim tapdımsa, ondan dərs aldım. Ancaq onu da deyim ki, kəlam və fəlsəfə elmlərinə xüsusi maraq göstərirdim.»
Davamı →

İncəsənət dahilərinin həyatından

KİNO VƏ TEATR

Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini (1817-1885) danlayaraq demişdi: «Dünən Otello rolunu oynayarkən qeyri təbii öldün!» Samarin ona belə cavab vermişdi: «Mən özüm də təəccüb edirəm. O maaşı ki, sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!» — demişdir.

«Nəyi özünüzə əsas peşə hesab edirsiniz?» — sualına Adriano Çelentano belə cavab vermişdi: «Mən özümü hər şeydən əvvəl oynamağı sevən bir insan hesab edirəm. Nə vaxt ki, bunu etmək istəyirəm, onda özümü heç nə ilə məhdud edib saxlaya bilmirəm və ağlıma gələn hər şeyi edirəm.»

XIX əsr italyan səhnəsinin məşhur artisti Salvini (1829-1916) bir tamaşa zamanı səhnədə oynayarkən əsərin qəhrəmanı adından «At gətirin mənə, at!» — deyə salona müraciət etmişdir. Bu vaxt tamaşaçılardan biri: «At yoxdur, eşşək var, gətirib gəlim?» — deyə cavab verdikdə: «Gəl, gəl eşşək də olar!» — deyə artist özünü itirməmişdi.
Ardı →

Mixail Bulqakov

Mixail Afanaseviç Bulqakov İ.V.Stalinə ünvanladığı məktubda belə yazırdı: «Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən yox, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmazdı, o lap çoxdan artıq məhv edilmiş olardı...».
İosif Stalin məktubda yazılan bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək, dərkənarda yazır: «Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M.Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı».
Bu dərkənardan sonra Bulqakovun özünün sağ qalma şansının sıfır həddinə enməsini yəqin ki, anlamaq çətin deyil. Bolşeviklərin 29-30-cu illərdən başladıqları qırğından Bulqakovu onun inandığı ilahi qüvvəmi xilas etdi? Bəlkə elə dünyanın ən sərt diktatoruna yazdığı məktubda onun varlığına görə inamını dilə gətirdiyinə görə göyüzü mərhəmətini ondan əsirgəmədi?


Ardı →

Stalinin zarafatları

Stalin öz ölüm qoxulu zarafatları ilə yaxın əshabələrini şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən «zarafat» lardan biri erməni Mikoyanla bağlı idi.Gecə ziyafətlərinin ən şirin yerində Stalin qəfildən erməni Mikoyana üzünü tutub deyirdi: Anastas, yaxşı yadıma düşdü. Deyilənə görə, Bakı komissarlarının sayı 26 deyil, 27 olub. Sən bir öyrən bu nə məsələdir?! Bayaqdan " lezqinka " rəqsi ilə diktatoru əyləndirən erməni Mikoyanın yaltaq sifəti ölü rəngi alır, çənəsi sallanırdı.
Ardı →

Əmir Teymur

Bir gün Teymur Azərbaycana işğalçı hücum eləyir. Gəlib bir diyarda məskunlaşır. O öz vəzirindən soruşur ki, bu dağ hansı dağdır? Vəzir cavab verir ki, «Ağrıdağdır». Teymur bir də soruşur ki, «Bu çay hansı çaydır?» Vəzir isə cavabında «Əyriçaydır, şah sağ olsun» deyir. Teymur qarşısındakı kəndin adını soruşur. Vəzir cavab verir ki, Qibleyi-aləm, Oğrukənddir». Teymur qəzəblənib qoşuna buranı tərk eləmək əmri verir: «Buranın ağrısı da, əyrisi də, oğrusu da öz içindədi. Daha mənim buranı işğal eləməyimə ehtiyac yoxdur».
Quran oxumaqla və at çapmaqda keçən uşaqlıq
Teymurilər nəslinin banisi Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında anadan olub. Atası Tuqay Barlas bəylərindən idi.
Davamı →