Рейтинг
+143.37

Böyük insanlar,şəxsiyyətlər

140 üzv, 251 topik

Ruhi xəstə olmuş 10 dahi

Bu şəxslər dünyada öz sözünü demiş, dünya ədəbiyyatının, fəlsəfəsinin xəzinəsini dəyərli ideyaları, əsərləri ilə zənginləşdiriblər.

1. Edgar Allan Poe — Amerika yazıçısı (1809-1849)
Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü.

Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona «yox» cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.

Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.
Ardı →

Türk şairlərinin maraqlı əhvalatları

Can YucelCan Yücel bir yazar dostuyla Bodruma gedirmiş. Avtobus yolda qısa ehtiyac fasiləsi verir. Beş dəqiqədən sonra hamı avtobusda olur, təkcə Can Yüceldən başqa. Hamı onu axtarır. Bir az sonra əlində bir paketlə avtobusa çıxır. Konduktor soruşur:

— Can baba, hardaydın? Hamı səni axtarırdı.
— Balaca bir rakı almağa getmişdim.
— Amma beş dəqiqəlik fasilə vermişdik, bunun sırasıydı?
— Mən də qısa fasilə olduğuna görə balaca rakı aldım!

***

Can Yücelin 70 illik yubileyi keçirilirmiş. Aparıcı sözü yubilyara verəndə zarafatla onu belə təqdim edir:

— Qarşınızda, türkcəylə oynayan şair!
Söz başlayan şair belə deyir:
— Səhvin var, türkcə mənimlə oynayır.
Ardı →

Təbrizdən doğan günəş

Təbrizli ŞəmsŞərq öz sirli insanları, müəmmalı hadisələri, sehrli kitabələri və digər qəribə özünəməxsusluqları ilə hər zaman bütün dünyanın diqqətini çəkib. Bu özünəməxsusluqlardan biri də hər zaman insanları düşündürən, dahiləri heyrətdə qoyan sufilər olub. Şərqdə elə sufilər olub ki, onlar təkcə yaşadıqları zamanın sirli insanları deyil, hətta gələcək zamanların da tam mənasıyla açılmayan sirr küpəsi kimi qalıblar.

Bu şəxslərdən bəziləri dövrümüzdə kifayət qədər tanınsa da, bəziləri layiq olduğu qiyməti nə öz dövlərində, nə də müasir dövrdə ala bilməyiblər. Belə şəxslərdən bəlkə də birincisi yəqin ki, məşhur sufi mürşid Şəms Təbrizi olub.

Onun həyatı başdan-başa müəmmalar və qəribəliklərlə dolu keçib. Ta uşaq yaşlarından həyatının sonuna qədər taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlanə Cəlaləddin Rumi ilə tarixi görüşü, ona qarşı olan sui-qəsdlər və bu kimi digər hadisələr Şəmsi hər zaman onu tanımaq istəyənlərin maraq dairəsində saxlayıb. 

Şəmsin fərqli həyat tərzi ilə bərabər, onun həyatı ilə bağlı məlumatlar da kifayət qədər olmayıb. Ümumiyyətlə Şəmsin azərbaycanlı olmasına baxmayaraq, Azərbaycan dilli mənbələrdə onun haqqında hər hansı bir məlumat demək olar ki, yox dərəcəsindədir. Şəmsin həyatı haqqında əsas məlumatlara isə türkdilli mənbələrdə rast gəlmək mümkündür. 
Ardı →

Aşurbəyovlar

Aşurbəyovlar ailəsiAzərbaycan tarixində mühüm işləri ilə yaddaqalan, ölkədə memarlığın, maariflənmənin inkişafında mühüm rol oynayan tanınmış nəsillər olub. Onlar bu gün də hörmət və ehtiramla xatırlanır. Belə nəsillərdən biri də kökləri qədim dövrlərə gedib çıxan Aşurbəyovlardır. Bu nəslin nümayəndələri ölkədə möhtəşəm memarlıq abidələrinin tikilməsində və xalqın maariflənməsində müstəsna fəaliyyət göstəriblər. Aşurbəyovların ucaltdıqları möhtəşəm yaşayış binaları, məscidlər, onların iştirakı ilə inşa edilən məktəblər və xəstəxanalar inqilabdan əvvəlki Bakı memarlığının indiyə qədər qızıl fondunu təşkil etməkdədir.

Lakin bu binalar gözəlliyi, möhtəşəmliyi, nadir üslubu xatırlatmaqla yanaşı, kədərli duyğuları da özündə yaşadır. Bu duyğular isə həmin binaların sahiblərinin acınacaqlı taleyidir. Bir zamanlar xalqın mədəniyyətində mühüm yer tutmuş insanlar və ya hadisələr barədə danışmaq siyasi cəhətdən təhlükəli olduqda xalqın yaddaşından silinməsinə o qədər çox vaxt lazım olmur. Beləliklə də 70 illik sovet rejiminin təbliğat maşını tikililər və onların sahibləri barədə olan məlumatı xalqın yaddaşından silmək üçün onu tamamilə alt-üst edib. Nəticədə neft maqnatları dövründəki Bakı memarlığı barəsində məlumatlar əldən çıxıb. Görəsən, bu gözəllikləri yaradan insanların aqibəti necə olub?


Ardı →

Saxta millətcilərin SAXTA HƏDİSLƏRİ : Atatürk Rəsulzadə haqqında nə demişdir ?

     

Yəqin ki saxta hədislər haqqında eşitmisiniz. Bəzi din lotuları avvam camaatı barmağına dolamaq istəyəndə başlayırlar özlərindən hədis qayırmağa, sonrada bu saxta hədisləri yedirirlər binəva avvam camaata. Siz elə bilməyin ki, belə lotular ancaq şeyxlər, mollalar arasında olur, əsla bu tip lotulara özünü “ millətci”, “ türkcü “ adlandıran əslində isə işləri peşələri böyük millətləri təqlid etmək olan psevdo yəni yalancı millətcilər arasındada rast gəlmək olar. Saxta siyasi hədislər düzüb qoşmaq cox qədim peşədir. Bu metoddan istifadə edən bir cox ülkücü türk ocaqları ilk əvvəl başladılar Atatürkün cıxışlarını, nitqlərini saxtalaşdırmağa. Saxtalaşdırma işinin mexanizmi cox bəsit idi: götürürdülər Atatürkün 15- 20 il əvvəl hansısa cıxışını və bilərəkdən cıxışın icinə bir necə saxda cümlə “calaq” edirdilər və bu saxta hədisləri başlayırdılar hər yerdə, özlərinə məxsus dərgilərdə, qəzetlərdə təbliğ etməyə. 


Ardı →

Alfred Nobel

Alfred Nobel həyatda ikən ölümündən xəbər tutan nadir şəxs olur. Alfred dinamiti ilk olaraq ixtira edir. Bu hadisədən xeyli sonra qardaşı Lüdovik dünyasınıdəyişir.

Yalnış xəbər! 
Kütləvi informasiya vasitələri səhvən Lüdovikin yox, Nobelin dünyasını dəyişdiyi barədə məlumat verir. Qəzetlər birinci səhifədə iri sərlövhələr dərc edir:"MİNLƏRLƏ İNSANIN ÖLÜMÜNƏ SƏBƏB OLAN DİNAMİTİN İXTİRAÇISI NOBEL DÜNYASINI DƏYİŞDİ." 
Nobel bunu oxuyub çox təsirlənir, özlüyündə düşünür: "Ölümümdən sonra başqalarının məni belə yad edəcəyi heç ürəkaçan deyil!"
Bundan sonra o, vəsiyyətnaməsində dəyişikliklər edir- yazdığı bir çox  məqamları pozur, əvəzində belə bir cümlə əlavə edir:

Ardı →

Eynşteyn

Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi. Uşaqlar hər səhər yürüşə düzülürdü. Bura məktəbdən daha çox kazarmaya bənzəyirdi.
Davamı →

Sezar - onu necə öldürdülər?

Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Xəncərlər sıyrılaraq havaya qalxmışdı və o, artıq hiss edirdi ki, ölümdən qaça bilməyəcək. Qorxudan rəngi sapsarı olmuşdu, hayqırmaq istəyirdi, ancaq ağzını aça bilmirdi. Sanki hansısa bir əl onun ağzını möhkəm-möhkəm bağlamışdı. Əslində qorxudan onun dili tutulmuşdu. Əllərini uzadaraq köksünə endirilən xəncər zərbələrinə mane olmaq istəyirdi. Gözləri isə onu öldürənlərdən amaıı diləyir, yalvarır, yalvarır, yalvarırdı. Bəlkə də başqası olsaydı, Sezarın bu dilsiz yalvarışlarının qarşısıııda tab gətirə bilməz, əlləri boşalardı. Ancaq Sezarı öldürməyə gələnlərin gözlərini qan tutmuşdu. Onlar yalnız qarşılarındakını didib-parçalamaqdan başqa bir şey düşünmürdülər… Sui-qəsdçilərin amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı.


Ardı →

Bill Qeytsin 11 qızıl qaydası

Bil Qeyts«Microsoft» şirkətinin qurucusu, dünyanın ən varlı adamı Bill Geytsin «11 qızıl qayda»sı aşağıdakılardır:
 

1. Həyat ədalətsizdir — buna adət edin.

 
2. Özünüqiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl, sizdən nailiyyət gözlənilir.

 
3. Siz məktəbi bitirən kimi ildə 60 min dollar qazanmayacaqsınız. Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız.

 
4. Əgər siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə, bu, hələ işin başlanğıcıdır. Sizin rəhbəriniz olacağı vaxtı gözləyin.

 
5. Hamburger qızartmaq — ləyaqətinizi alçaldır? Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər. Onlar üçün hamburger qızartmaq bu həyatdan yapışmaq üçün bir imkan olub.

 


Ardı →

Albert Eynşteyn haqqında 10 maraqlı fakt

1. Başı yekə Eynşteyn
Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla  birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”
2. Danış, Eynşteyn
Eynşteyn uşaqlığında danışmaqla bağlı problem də yaşayıb. Dili çox gec açılan Eynşteyn, dil açıb danışmağa başlayandan sonra da yavaş danışırmış. Bu doqquz yaşına qədər davam eləyib. Anası və atası onun xəstə olduğunu düşünüb çox qorxurmuşlar.
Davamı →