Söyüş

Övladlarımızın söyüş söyməsi hər birimizi narahat edir. Bəzi azərbaycanlılar isə lap balaca yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar.Övladının söyüş söyməsini istəməyənlər müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir.

Söyüş üç əsas qrupa ayrılır:
1) Ya qarğış etmək, ya da bir-birinə zərbə vurmaq üçün istifadə olunan söyüşlər.

2) Cinsi məzmunlu söyüşlər, ədəbsiz danışıqlar.

3) Şəxiyyətə yönəlmiş söyüşlər.

Uşaqların söyüş söyməsinin müxtəlif səbəbləri var:
Diqqət çəkmək: Bəzi uşaqlar valideynlərindən lazımı diqqəti görməyəndə, diqqət çəkmək üçün söyüşdən istifadə edirlər.

Sarsılma: Bəzi uşaqlar üçün yeniyetmələri şoka salmaq, rahatsız etmək əyləncəli ola bilər.

Ağızdan qaçırmaq: Ciddi əngəllə üzləşənlərin, gərgin, əsəbi olanların ağzından pis söz çıxdığını hər birimiz görmüşük. Bəzən mədəni insanlar belə özlərini saxlaya bilmirlər. Sonra isə utanaraq üzr istəyirlər. Ciddi qadağalarla üzləşən uşağın dilindən də söyüş çıxa bilər, bu səbəbdən də ehtiyatlı olmaq lazımdır.

Müdafiə: Bəziləri üçün pis söz demək müdafiə vasitəsidir. Söyüş söyməyin qadağan edildiyi çevrələrdə böyüyənlər üsyan edərək azad olduqlarını göstərmək istəyirlər.

Yetkinləşmə: Bəzi uşaqlar yetkinləşdiklərini göstərmək üçün pis sözlərdən istifadə edirlər.

Bəs, nə etməli?
1. Örnək göstərmək lazımdır: Özünüz söyüş söymürsünüzsə və yaxud özünə nəzarət edə bilirsinizsə, övladınız sizin davranışınızı təqlid edəcək.

2. Övladınıza sözünü demək üçün şərait yaradın: Övladınız sizə qarşı hirslidirsə və bu zaman düşündüklərini rahatlıqla dilə gətirə bilirsə, bu azadlığı ona vermisinizsə, mənfi düşüncələri dilə gətirmək üçün pis sözlərdən daha az istifadə edəcək.

3. Müzakirə: Pis sözlər bir kağıza yazılır və daha sonra müzakirə edilir. dartışılır.

4. Əhəmiyyət verməmək: Övladınız pis sözlərdən istifadə edəndə valideynlər bunu faciəyə cevirməsələr, uşaqlar daha az söyüş söyərlər.

5. ”Başa düşməmək oyunu”: Valideynlər belə vəziyyətlərdə şoka düşməkdən daha çox övladlarını yönləndirə bilərlər. “Sənin dediyin sözün mənası nədir?”, “başa düşmürəm” deməklə uşaqlardan izahat verməsini istəyə bilərsiniz.

6. Yaradıcılığa meylləndirmək: Yaradıcı məşğuliyyətlər, yazı yazmağa, şəkil çəkməyə həvəsləndirmək, idman övladlarınızın pis sözlərdən istifadə etməməsinə səbəb olardı. Yaradıcı məşğuliyyətlər pis sözlərdən istifadəni əngəlləyər.

7. Pis sözlərdən bezdirmək: Uşaq söyüşdən istifadə edəndə beş dəqiqə ərzində həmin sözü ona təkrar etdirin. Böyük ehtimalla bir daha bu sözdən istifadə etməyəcək. Övladınız sözü deməkdən bezəndə ona istədiyini edə biləcəyini söyləyin.

8. Ciddi cəzalandırma istənilən effekti verməyəcək. Övladınızın üstünə çığırsanız, döysəniz, təhdid edərək çəzalandırsanız o, söyüş söyməyəcək, ancaq siz yanında olmayanda söyüşdən istifadə edəcək.

Pis sözlərin yerinə yaxşı sözlər istifadə etmək üçün övladınızı məlumatlandırın. Yaxşı sözlərdən istifadə edəndə onu tərifləmək, yaxşı sözlərdən istifadəyə təşviq etmək lazımdır.

 

18 şərh

Aysel77
Məncə nümunə olmasa daha yaxşı olar...Burda olan hər kəs məncə söyüş nədir bilir..YAzınızın əvvəlini diqqətlə oxudum, maraqlıdır, amma sonu heç xoşagələn deyil.
Medikamentoz
Bu yuxar;dakıların yazılmasına necə icazə verilib,başa düşmədim?!
Aysel77
Mənim yazdıqlarımı nəzərdə tutursunuz yoxsa öz yazdıqlarınızı?
Kapucino
siz sondakini vermekle soyushe nece maraqli oldugunuzu bildirdiz bunun burda qoyagin hec yeri yoxdur sonunu utanaraq oxudum
Medikamentoz
Sondakı yazılar mətnin bir hissəsi deyil axı?! Mən də başa düşə bilmirəm.Mən utanmadım,sadəcə ürəyim bulanır.
asel
men yeniyem bu saytda.BU NEDİR? BUNLARI NE HAQLA YAZIRSIZ BURDA?
Medikamentoz
Əlavələri bir daha yoxladım,mənim özblogumda da belə yoxdur,necə düşdüyünə mən də məəttələm.
asel
yığısdırmaq mümkün deyil bu mövzunu? tamam cıxarılsın
Medikamentoz
Mövzunu yığışdırmaq lazım deyil,sadəcə həmin hissəni götürmək lazımdır,onu da admistrasiya edə bilər.Ancaq mənə də maraqlıdır ki necə olur ki bu yazılar buraya düşür???
asel
movzunu siz qoymamısız bura?
Medikamentoz
Bəli.amma altdakı yazıları yox.
asel
herenin öz qanacağı
Medikamentoz
Aysel mən də şokda oldum.Kommentlərə cavab verərkən bunları gördüm.Görünüşcə bunlar da kommentə bənzəyir.amma bilmirəm ümumiyyətlə necə olub ki burada qala bilib?!
asel
men aysel deyilem, aselem.cavab verdiyin ücücn sağ ol
Medikamentoz
Üzr istəyirəm,mexaniki səhv oldu.Adətən Aysel adına öyrəşdiyim üçün belə uyğun bildim.Xəbərdarlıq üçün təşəkkürlər.
SHATENKA407
yaxşı ailə tərbiyəsi alan,özünə hörmət qoyan şəxs söyüşü dilinə belə gətirməz…
asel
teessüf ki, bir coxları bunu hüner hesab edir
Medikamentoz
Söyüş bugünkü  cəmiyyətin acı reallıdğıdır.