1 addım irəli, 2 addım geri

XXI əsrdə yaşayırıq amma bu sözü belə yanlış anlayanlar var.XXI əsr,müasirlik insandan əxlaqsızlıq tələb etmir.Müasirlik qocalara hörmət etməmək,Avropadakı kimi istədiyini etmək,narkomaniyaya qurşanmaq,içki,zina deyil.Bəzi insanlar azadlıq deyəndə rahat gəzim,valideynlər qarışmasın,istədiyimi edim düşüncəsi gəlir ağlına.Azadlıq bu demək deyil.Azadlıq insan düşüncələrinə verilən azadlıqdır.XXI əsr deyib istədiyimiz kimi açıq-saçıq geyinmək də demək deyil.

Müasirlik elmdə, texnologiyada,təhsildə ümumiyyətlə götürdükdə dünyamızda baş verən yeniliklərdən xəbər tutmaqdır.Bəziləri elə geyinirlər ki, səbəbini soruşanda insan verdiyi sualdan utanır.çünki aldığın cavab «bu ilin dəbi budur» cavabı olur.Düşüncə tərzi o qədər dar olan insanları görəndə bəzən də özünə bu qədər geniş dünyada yer tapa bilmirsən. Dəb sadəcə özünə yaraşan,islami qaydalardan kənara çıxmayandır.Heç kəs sənə demir ki,peyğəmbər dövründəki kimi əba gey,heç nədən xəbərin olmasın,evdən bayıra çıxma.əksinə Allah hər şeyin yaxşısını insanlar üçün yaradıb ki,onlar əziyyət çəkməsinlər,sadəcə gündə 5 dəfə onu verəni yada salsınlar,amma təəssüflər olsun ki, bunu edənlər çox azdır.Indi insanlar ümidsizlikdən,inamsızlıqdan Allaha bağlanırlar.

Guya Allahı sevirik.Insan sevdiyinə sevdiyini sübut edir,onda qarsısındakı anlayır ki, o məni sevir,mənim üçün bunlardan keçir.Ya Allahı sevirik deyirik onu sevdiyimiz üçün nələrdən keçmişik?!çox şey istəmişdi bizdən?!Harama əl uzatmayin!Zinadan uzaq olun.!Hər şeyi yeməyə icazə verdi bir tək donuz ətindən başqa.Bunlardan uzaq durmaq bu qədər çətindir?!əgər belədirsə niyə Allahı sevirik deyirik.Bunu ona ibadətlə sübut edə bilmiriksə ,onda bu sözü işlətməyin nə mənası var?!Artıq elə qorxunc bir vəziyyətə gəlmişik ki,qızları oğlanlardan,oğlanları qızlardan secmək müşkül məsələyə dönüb.Cəmiyyətimiz yəni bu qədər «inkişaf edib»?!.Avropalaşma ,avropalaşma deyib millətin bir ara başını qarışdırdılar.Indi hamı sevinsin.

«Avropalaşırıq»artıq.Qocalara,uşaqlı qadınlara artıq ictimai nəqliyyatlarda yer verməməyə başlamışıq.Müqəddəs olan analarımızı ayaqlar altına almışıq.Bəzi yerlərdə isə bu analar «başqa işlərlə» məşğul olur.Doğrusu yalanından,yaxşısı yamanından secilməz hala gəlmişik.Sevinək!Sevinək ki,«avropalaşırıq».Ailə deyilən məfhum necə də müqəddəs idi.Indi kim nə vaxt boşanacaq deyə hətta ailələr üzərində testlərə başlamışıq.Sevinək!Ailəni bir hec vəziyyətinə gətirmişik.Avropalaşırıq axı.Belə də olmalıdı.Artıq qocalarımız belə «avropalaşmağa»,«müasirləşməyə» başlayıb.Indi gənclərdən cox səhvləri yaşlılar edir.

Hörmət istəyib,hörmətin nə oldugunu anlamayan insanlara dönüblər.Cəmiyyətimiz hər gün bir az daha dala gedir.Tək səbəbi var.Axi avropalaşırıq.Nəyə lazımdı əxlaq,namus,hörmət.Bu anlayışlar Avropada keçmir.Indi bəlkə də az da olsa hörmət qalıb amma bu gedişlə hec o da qalmayacaq. Həyat insana bir dəfə verilir.O da yaşamaq ücün,insan kimi yaşayıb öləndən sonra da rəhmət aparmaq üçün.Həyat verilməyib ki,çirkab ,əxlaqsızlıq icinde sürünəsən.Artıq elə bir cəmiyyətdə yaşayır hala gəlmişik ki,hər şeyə adi baxmağa başlamışıq.Sevgisi adi,ailəsi adi,esqi adi,əgər yaşamaq deyilərsə yaşamağı adi.Hər tərəfli irəliyə getməkdən,bir tərəfdən irəli gedəndə 10 yerdən geriyə gedirik.Bu gedişlə haraya gedirik?!Bu cür cəmiyyətə nifrət edirəm demək saxtakarlıq olmazdı yəqin.çünki saxtakarlıq ancaq sevgidə olur nifrətdə yox.

Insan keçmişini bilmək üçün dünəninə baxmalıdır.Gələcəyini bilmək üçün isə bu gününə baxmalıdır.Mən bu günümüzə baxmaq istəmirəm Həmişə belə olmaq lazımdır.«1addım irəli,2addım geri».«Bunun sayəsində çox irəli gedəcəyik»...ümidinizi itirməyin! (əgər hələ də qalıbsa)

 

4 şərh

SaGo
yazinin Allahdan yoxsa muasirlikden olduqunu tam anlaya bilmedim.yaxwi avropalawmiyaq ereblewek qara carwaf geyinek.duwuncevize hormetle yanawiram ama menim duwunculerem tam ferqlidir
Samir012
məsələ odur ki, hər millətin yaxşısını götürmək lazımdır, almanın dəqiqliyini, ingilisin təhsilini, yaponun ağlını və s.
heyatin-ellerinde
tebii ki fikirler muxtelifdir.her kes oz duwuncesine uygun fikirler deyecek.normal haldi.avropalawmaq terefdari oldugunuzu gorurem.her halda bu gunku cemiyetimiz sizi qane edir.yazimda Allahla muasirlik vehdetdedir.bele de olmaliydi.cunki bezileri duwunurki,Allah insanlardan ancaq dindar olmagi isteyib muasirliyi yox.+elm inkiwaf etdikce din 1addim geri cekilir.bu bele deyil.o ki qaldi ereblewmeye,hec kes o cur ifrat muselmanligi istemez.ve qeyd edim ki,yazimi derinden oxuyan orada fikirleri ereblewmeye a
heyatin-ellerinde
ereblewmeye aparacaq hec neyin olmadigin gorer.her kesin fikrine hormetle yanawiram