Rahat ola bilmirsənsə, ora ev demə!

  
Ev dediyin günün stresindən, yorğunluğundan qurtardığın, hər cür ağrını, acını unutduğun, doğmalarınla, sevdiklərinlə bir araya gəldiyin tək ünvandır. Hər kəsin evində bir sevimli bucağı var: ya bir kreslo, ya bir divan, ya bir taxt, ya bir döşəkçə…
Ev insanın bu dünyada rahat olduğu ən gözəl ünvandır. Ev insan üçündür, insan ev üçün deyil.

Ancaq etiraf edək ki, bu gün Azərbaycan evi deyəndə çoxumuzun ağlına divar boyu tavana qədər boy verən servant və servanta düzülmüş müxtəlif qab-qacaqlar, müxtəlif serviz dəstləri gəlir. Amandır, əl vurmayın! Amandır, toxunmayın! Bircə dənəsi qırılsa, hamısı gözdən düşər. Zarafat deyil, ananın cehizidir. İyirmi ilə yaxındır ki, elə orada da durur. Özü də nə az, nə çox, bəlkə də, bir maşının pulu verilib. Ancaq heç vaxt bir işə yaramayıb, sadəcə olaraq, bir bəzək əşyası kimi servanta düzülüb.
 Evin ortasında böyük bir masa var, yaşı yetmişdən yuxarıdır. Deyirlər ki, baba onu filan bazardan alıb, özü də qoz ağacındandır. Hər dəfə yanından keçəndə ya ilişirsən, ya da bir yerin dəyib ağrıyır. Toxuna bilməzsən, çünki etirazlar yüksələr, səni baba yadigarına qarşı hörmətsizlikdə ittiham edərlər. Ancaq bu masa evdə hər kəsin yerini dar edir. Dörd nataraz ayağı, tünd şabalıdı rəngi, arabir qopmuş lakı ilə adamın ürəyini sıxır.

Divarda kəfkirli saat var. Bu da kiminsə yadigarıdır, heç doğru-düzgün də işləmir, ancaq orada durmalıdır. Saatdan bir qədər sağda saralmış bir şəkil asılıb. Babanın babasıdır. Hansısa yarımçıq sənətkar köhnə bir şəklin üstündə “düzəliş” edəndən sonra kişinin əyninə zolaqlı pencək “geyindirib”. Kişinin başındakı papağı ilə pencəyi arasındakı uyğunsuzluq ilk baxışdan diqqəti cəlb edir. 

Nə qədər lampa işığında oturmaq olar axı? Durub pəncərəni açmaq istəyirsən ki, gün işığı görəsən. Ancaq qırxtaxtalı tuman kimi çin-çin vurulmuş pərdənin arasından qapı-bacasını tapa bilmirsən. Bilmirsən üçqatdır, beşqatdır, nə qədər əlləşirsən, bir şey çıxmır. Pərdədən də əlini üzüb əvvəlki yerində oturursan.

Divardan xalça asılıb. Bu da cehizdir, az qala ağlın kəsəndən onu orada görmüsən. Daha o xalçanın çeşnilərinə baxa bilmirsən, hər dəfə baxanda da xalça yerinə divardan asılmış “təbii tozsoran” görürsən. Hansını sayım, hansını deyim? Ev deyil ki, muzeydir. Heç nəyə toxunmaq olmaz, heç nəyi tərpətmək olmaz.

Cəmisi iki otaqdır, uşaqlara az qala oturub-durmağı da qadağan edirlər: amandır, nəyisə qırarsan, amandır, nəyisə aşırarsan… Ona görə də hər dəfə yazıqlar həyətə düşəndə o qədər ora-bura qaçırlar, o qədər atılıb düşürlər ki, dizləri, dirsəkləri ya qanlı, ya da ən yaxşı halda toz-torpaq içində evə gəlirlər. Halbuki otağın az qala yarısını “işğal edən” o masanın yerində uşaqlar rahatca otura, ya da rahatca oynaya bilərlər.

Öz aramızdır, çox əşyabaz olmuşuq. Hər şeyin qədrini bilirik, bircə insandan başqa. Hər şey qiymətlidir, bircə insandan savayı. Ev gərəkli, gərəksiz şeylərlə doldurulub. Hara baxsan, bir darısqallıq görürsən. Hara baxsan, bir tünlük hiss edirsən. Ancaq bir həqiqət də var ki, evdə rahat ola bilmirsənsə, daha onun harası ev oldu ki?!

loading...

18 şərh

_BUMERANQ_
Mən evdə deyəndə ki, inşAllah gələcəkdə mənim evimdə əşyalar minimum olacaq, mənə gülürlər.
Amma o gün gələndə mən güləcəm :)

Evdə ən çox yer tutan(qonaq otağında), təmizlik edərkən ən çox vaxt itkisinə səbəb olan və heç bir faydası olmayan əşya — Servant! Bu əşyaya anti-patiyam var! 
BaRLeLiTa
Mən elə bilirdim servantla yola getmiyən bit tək mənnəm :)O servantdan bu yaşıma çatdım xeyir görmədim, hər defə sil,qabları düz,toxunma day.
Mamaya o qədər dedim dedim ki, axır da o servantı təntənəli sürətdə evdən yola saldım :)
İndi çox xoşbəxtəm :)
_BUMERANQ_
Sağ alin başıma, bezmişəm…
BaRLeLiTa
inşAllah sən də bir gün qurtularsan :)
elshad
3 rəfiqə olur ərə gedir. bunlar ərə gedəndən 3 ay sonra görüşürlər .1 ci qiz deyir ki mən ərə gedən də  ərimə  dedim ki bəs mən paltar yuya bilmirəm ərim harasa getdi 1 gun 2 gun 3 gun kecdi 1 hefteden sonra  gördüm ərim paltar yuyan maşın alıb gətirir.2 ci deyir mən  ərə getdim dedim qab yuya bilmirem .1 gun 2 gun 3 gun kecdi 1 hefteden sonra  gördüm ərim qab yuyan maşin alib getirib .3 cü  deyir mən ərə getdim dedim nə qab yuya bilirəm nə paltar ərimi 1 gun 2 gun 3 gun görə bilmədim 1 həftədən sonra gözümün şişi cəkildi gördüm. Həqiqətən gənc qızların coxu tənbəldir. qocaqlara ait deyil . 
BaRLeLiTa
Texnika inkişafıdı da,biz qızlar buna nə edək :)
Allah 3-cü ərdən qorusun  :(
asel
başa düsmədim, gülməlidir, yoxsa ağlamalı?
BaRLeLiTa
Sonuncu qıza görə ağlamalıdı :(
elshad
kiminə görə gülməli kiminə görə kədərləndirici.
elshad
 inkişafdan yararlanmaq yaxşıdır. rahatlıq başqadır. amma hər şey suniləşir.
asel
sonuncu qızın aqibəti necə oldu, anlamadım
elshad
yazdığım lətifədir  
asel
belə de:))))))
elshad
belə dedim  :) 
asel
elshad, elə bildim BaRLelita yazıb. bağışlayın
elshad
Allah bağışlasın 
 
BaRLeLiTa
Sonuncu qız nə paltar yumağı bacarıb nədə qab yumağı,əridə buna görə onu döyüb..1-ci 2-cillər hec olmasa birini bacarırmışlar,sonuncusu heç birini bacarmayıb deyə döyülüb.
asel
tələskən oxuyub axırın anlamadım. hə, sizin dediyiniz kimi