Tarazlıq pozulanda

ailəBəzi ata-analar övladları ilə olan münasibətlərinin “ideal” olduğunu düşünürlər. Bəlkə də bunu həmin valideynlərə görə normal saymaq olar. Bəs uşağa görə necə, normal saymaq olarmı? Təbii ki, bu məsələni bir qədər ciddi-ciddi, dərindən düşünmək lazımdır.

Uşaq üçün əsas məsələ atanı “ata” kimi, ananı isə “ana” kimi görməkdir. Təbii ailə modelində ana “şəfqəti”, ata isə “nüfuzu” təmsil etməlidir. Ancaq bəzən ata-anaların ailə daxilindəki bu rolları dəyişir və bu da ailədə, necə deyərlər, tarazlığın pozulmasına səbəb olur.
Ata ailədə “nüfuzu” təmsil etsə də, bu “nüfuz” məcburi şəkildə olmamalıdır. Başqa sözlə, bu “nüfuz” ataya ailə tərəfindən könüllü şəkildə verilməlidir. Məcburi şəkildə əldə edilən “nüfuz” ailə daxilində tarazlığın pozulması deməkdir. Digər tərəfdən, bu “nüfuz” zorakılıq kimi də qəbul edilməməlidir.
Ana isə ailə daxilində “şəfqətin” təmsilçisidir. Ancaq təəssüf ki, bəzi hallarda ananın bu rolda çıxış etməsi passivlik kimi qiymətləndirilir. Bu isə ananın bu rolunu yerinə yetirməsində psixoloji maneəyə (ya da maneələrə) səbəb olur. Beləliklə, ana “şəfqət”ə deyil, “nüfuz” roluna üstünlük verir. Nəticə etibarilə bu proses zaman keçdikcə ailədə tarazlığın pozulmasına səbəb olur. Buna görə də istər ata, istərsə də ana, nə olursa olsun öz rolundan kənara çıxmamalıdır. Çünki uşaqların ata kimi atalara, ana kimi analara ehtiyacları var.

0 şərh