Oxumaq istəmirəm!

«Dərsdən gələndən sonra televizorun qarşısından qalxmır”. “Dostları ilə futbol oynadığı üçün dərs oxumağı yaddan çıxarır».«Saatlarla internetdən əl çəkmir”...

məktəbə getmək istəmirəm...Bu cür şikayətləri, demək olar ki, hər evdən eşitmək olar. Əgər uşaq “dərs oxumaq məsuliyyətindən” qaçırsa, bu onun artıq dərs oxumağa həvəsi olmadığından xəbər verir. Bütün bunlardan sonra ona sərt bir şəkildə: “Dərs oxu!”  deyə xəbərdarlıq etmək isə uşağı düşdüyü yoldan çəkindirməyəcək, əksinə, onu dərsdən daha da uzaqlaşdıracaq. Çünki övladınıza televizora baxarkən və ya dostları ilə futbol oynayarkən bu cür xəbərdarlıqlar edilsə, uşaqda dərslərin onu ən sevdiyi işlərdən ayırması bəradə fikir formalaşacaq. Bundan sonra isə ondan dərslərində hər hansı bir müvəffəqiyyət gözləmək faydasız olacaq. Digər tərəfdən, bu xəbərdarlıqlar nəticəsiz qalırsa, deməli, uşağınızla sizin aranızda ünsiyyət zəifliyi var. Buna görə də, uşağınızla əvvəlcədən razılığa gəlməli və ya onda dərslərinə qarşı maraq oyadacaq oyunlar təşkil etməlisiniz. Əgər dərs oxumaqla bağlı hər hansı bir xəbərdarlığa ehtiyacınız varsa, bu məsələdə uşağınızın müəllimindən də kömək istəyə bilərsiniz.

3 şərh

tarixci1919
Bizdə uşaqların çoxunun dərs oxumaq 10 ya da 11.ci siniflərdə yadına düşür. Bunda da səbəb onların yalnız bilik qazanaraq irəliləyə biləcəklərini anlamaları deyil. Məqsəd «filankəs də universitetə daxil oldu» deyilməsinin istənməsidir.
heyatin-ellerinde

Uşaqların dərsə marağının azalmasında valideynlərin rolu böyükdür.Mən kiçik olanda arada yatıb dərsə gecekəndə anam durğuzub ikinci saata göndərirdi.İndi isə bəzi valideynlər görürəm uşaq dərsə getmək istəmirəm deyir valideyn də razılaşır.Bunlardan da əlavə valideynlər öz istəklərini uşaqlara aşılayırlar.

Valideynlər əvvəlcə fikir verməlidirlər ki uşaqlarının marağı hansı sahəyədir

aliye_007
oxumaq her uşagın xoş qeleceyi  ücün bir sıgortadı