Depressiya əlamətləri

Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadı. Çünki ətrafımıza diqqətlə baxsaq hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən sizə depresiya haqqında məlumat verməyə çalışacam.

Aşağıdakı əlamətlərin bəziləri hansısa şəxsdə varsa bu onun depressiyada olduğunu göstərir.

1-özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması

2- qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu

3- daha əvvəl zövq alınan iş və fəaliyyətlədən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək

4- işdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərinin olduğunu düşünmək

5- digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq

6- enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə

7- yuxu pozğunluğu

8- iştahsızlıq və yaxud əksinə çox yemək

9- səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək

10- son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək

11- özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək

12- gələcəyə ümidsizlik

13-işdən əli üzülmək və heç bir iş görə bilməməkamətləndirilməlidilər.

Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stresli bir həyat hadisəsindən sonra başlayır. Bir dafə başlayıb çox uzun müddətdə çəkə bilər (hətda bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə özlərini bədbəxt hiss edirlər.

Depressiyada olduğunuzu bilmək üçün bu ifadə olunan əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil. Bu şikayətlərin bir neçəsi sizdə varsa həkimə müraciət etməyiniz məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştah pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil başqa xəstəliklərərin olduğunu göstərən bir əlamətdir. Səbəbinin mütləq araşdırılması lazımdır. Səbəbi ya fiziki ya da psixoloji xəstəliklərdən biri ola bilər. Psixi xəstəliklərin çoxunda görülə bilər. Depressiyadan əziyyət çəkən xəstələr yuxu pozğunluğundan şikayətl edirlər. Başqa sözlə belə bir şikayətiniz varsa və uzun müddətdir davam edirsə, ətrafınızdakı insanların təklif etdiyi dərmanları və ya öz başına aldığınız yuxu dərmanını istifadə etmək yerinə bir ekspertə müraciət edərək əsas səbəbi araşdırmağınız məsləhətdir. Əgər bu sadanılan əlamətlər eyni anda kimdəsə varsa deməli həmin şəxs çox ağır depresiyadadır. Depressiya ciddi bir xəstəlikdir. Bundan müalicə olunmaq üçün ciddi tədbirlər tökülməsə zamanla düzəlməyə bilər. Hətta ümumiyyətlə uzun müddət davam edib, daha da ağırlaşa bilər. Ağır depressiyalar zamanı isə xəstənin intihara cəhd etmə ehtimalı olduqca yüksəkdir. ABŞ-da depressiya xəstələrinin 2/3 müxtəlif səbəblərdən müalicə olunmurlar. Əminəm ki, bizim ölkədə də bir çoxları bu xəstəlikdən əziyyət çəkdikləri halda müalicə olunmurlar. Psixiatra müraciət etməmə səbəblərindən bəziləri bunlardır:

* xəstə olduğunu bilmir
* xəstə ətrafındakı insanlar tərəfindən zəif olduqğu səbəbi ilə günahlandırılır
* xəstə depresiya səbəbindən özünə qapandığından kömək istəyəcək enerjini özlərində tapa bilmir
* bazən də səhv diaqnoz qoyulur və müalicə səhv aparılır

Onu da qeyd edim ki, depressiya xəstələrinin hətta «kömək istəmək üçün» belə köməyə ehtiyacı olur. Depressiyanın xüsusiyyətlərinə əsasən xəstələr ümumiyyətlə özbaşına kömək istəmirlər.depressiya

Bu səbəbdən də depressiyası olan xəstələr ailələri, dostları və ya digər həkimləri tərəfindən psixiatra istiqamətləndirilməlidilər. Əgər yaxınınız intihar barədə danışırsa təcili olaraq psixiatra müraciət etmək lazımdır. El arasında belə bir fikir var ki, özünü öldürəcəyini ifadə edən şəxslər heç də özlərinə qəsd etmirlər. Ancaq edilən araşdırmalar bunun əksini göstərir. Əgər sizə yaxın olan insanlardan belə sözlər eşidirsizsə, ən qısa zamanda bir ekspertə müraciət etməsinə kömək etsəz yaxşı olar. Unutmayın ki, depressiyaya hər kəs düşə bilər, hətta kənardan çox güclü görünən və belə xəstəliyə düşmək üçün heç bir ciddi səbəbi olmayan biri belə. Bu xəstəlikdən sağalmaq isə hər kəsin öz əlindədir.

P.S. Yəqin ki, ya özünüz ya da yaxınınız belə bir problemlə qarşılaşıb. Əgər şərhlərinizdə ona etdiyiniz kömək və ya məsləhət barədə yazsaz, bizim də bu barədə daha çox məlumat almağımıza kömək ola bilərsiz.

Topladı və tərcümə etdi: Nuranə Heybətova

 

6 şərh

papatürk
Sizi depressiyaya salmaq istəmirəm,amma depressiya sözündə 2 s hərfi var və beləliklə bütün postu redaktə etməlisiniz.
IDEAL
Xəbər etdiyiniz üçün təşəkkür. Düzdü depressiyaya düşmədim ancaq yüngül infakt əlamətləri hiss etdim :)))
Dior
Bəzən insan çox ağır bir söz eşitdikdə belə günlərlə depressiyaya düşə bilir.
IDEAL
Məqalədə bu barədə qeyd olunub. Stres keçirəndən sonra insanın depressiyaya düşmə ehtimalı çox böyükdü. Ancaq müvəqqəti və unudulacaq bir səbəbdisə keçib gedir. Yox stresın vurduğu zərbə böyük itki nəticəsindədisə bu daha ciddidi. Həkimə getmək lazımdı. Müəyyən antidepressantlar var ki, onların bu halda köməyi olur. Ancaq yenədə nə olursa olsun psixikanı sabit saxlamağı insan bacarmalıdı. Yoqlar illərlə bunu bacarmaq üçün çalışırlar. Çünki bu çox faydalıdı.
ayxansevda
azərbaycanda antidepressantlara ehtiyac yoxdu, çünki ana -atalarımız ömrünün sonuna kimi qayğılarını üstümüzdən əsirgəmirlər, həm mənəvi həm maddi baxımdan. Həm psixoloqlarımızdır, həm antidepressantlarımızdırlar. çətinliyə düşəndə, stress keçirəndə yanımızda olub, daim öz dəstəklərini verirlər, daha bacı -qardaşlarımızı demirəm. təbii ki, söhbət sağlam və mehriban ailələrdən gedir
Old_Baku_
ayxansevdanı tam dəstəkləyirəm.