İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz

Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?
Buna görəmi hər şey qarışıq olar, içindən çıxılmaz bir hal alar, keçməkeçli olar, viran olar, xarab olar, betər olar?

Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi? Bir çox insan; qışqırıb çığırmalı, ağlamalı olduğu zaman göz yaşlarını içinə axıdar. Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gələr bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.

İçimizə atdığımız hər şey yığılaraq irəlidə daha ağır ziyanlara səbəb olar. Sonra məcbur edir orqanları. Ən başda beynimizi, ürəyimizi, mədəmizi sonra psixologiyamızı, insanlığımızı və daha bir çox şeyi...

İçinə atmaq nədir?
* Qaşlarımızı çatmaq lazım olarkən gülə bilmək...Ozunu izah etməkdən yorulanlar ucun tək qacış yoludur...

* Duyğularını tam olaraq izah edə bilməyən, içini olduğu kimi qarşısındakına açıb tökə bilməyən kəslərin bilmədən etdikləri şey...

* Dəfələrlə danışıb sözü aydın ola bilməmiş insanın bezməyidir. İfadə etməkdən bezdirənlərin yaratdığı nəticədir. Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar dilsizdir...

 * Söylədiyimizdə dəyişən bir şey olmayacaq ya da tamamilə itirməkdən qorxarıq. Buna görə ən çox söyləmək istədiyimiz şeyləri içimizə atarıq. 

 * "Deyiləcək o qədər çox söz vardı ki, tək kəlmə belə deyə bilmədim" deyərkən izah edilən vəziyyətdir bəzən də.

* Özünü izah etməkdən yorulanlar üçün tək qaçış yoludur. 

Duyğuları, düşüncələri rahatlıqla qarşı tərəfə söyləyə bilməyib, qarşınızdakı adama ürəyinizi tam aça bilməyib bütün hisslərinizi, beyninizi qucaqlayan bütün detalları ürəyinizin bir küncünə yığmaqdır. O künc get-gedə böyüyür və bütün ürəyiniz söyləyə bilmədiklərinizlə örtülməyə başlayır. 

Ağlaya bilməzsiniz belə, bir növ öz-özünlə paylaşmağa öyrəşmək halıdır. Gözləməkdir əslində. Qarşı tərəf bir an gəlsin görsün susqunluğu istənər. Görülmədikcə yandırar, qovurar. İncikliklərin, hirsin və hüznün xaricə vurulmayıb fərdi qutuya gizlənməsidir.

3 şərh

pascal
Bu topik əsil «içdən söhbətdir» a… ;)

"Qaşlarımızı çatmaq lazım olarkən gülə bilmək..."
Bu cümləni oxuyarkən Lonqstonun sözləri yadıma düşdü: Kimsə mənə, «ikiüzlü deyiləm» deməsin! Hansımız üzümüz gülərkən ürəyimizin ağladlğını müəyyən etdik ki?
Həyat bizi burda yazılanlara məcbur edir bəzən. Olur ki, tərəddüd edib başqasına danışmadıqlarımızın elə içimizdə qalmasının daha xeyirli olduğunu görürük.
Əllərinə sağlıq, öyretmenim. :)
_BUMERANQ_
Düzdü heç birimiz bütün düşündüklərimizi demirik, hər kəsin mütləq sirləri var.
Amma heç olmasa, az da olsa rahatlamaq üçün  bəzən düşüncələrimizi ( çox demirəm 50%-ni) sevdiklərimizlə paylaşmalıyıq. 

Xoşdu, hocam :) 
azadmamedov90
əla… ən yaxşısı-susmaqdır-
dərdini ancaq anlayana de-