Tərəddüd etdiyimiz anlar

Həyatda hər zaman gözləmədiyimiz çətinliklərlə üzləşməyimiz qaçınılmazdır. Bu zaman ağlımızdan və iradəmizdən düzgün istifadə etdikdə çətinlikləri  tam həll edə bilməsək də ən azından asanlaşdırmağın yollarını tapa bələrik. Ancaq yenə də elə hallar var ki, insan özlüyündə düşündük də seçim qarşısında birini qəbul edib digərinə nisbətən daha ağir gəlir. Düşdüyümüz bu vəziyyətlər bizlərə çətin gəlir və qərar qəbul etməyə tərəddüd etdiyimiz anlar yaranır.

Anlayışın olmadan bilmədiyin bir dünyaya gözlərini açdığın an yoxsa həyatı başa düşüb, yaşamaq istədiyin bir anda vaxtsız gələn “dəvətlə” getmək istəmədiyin bu dünyaya əbədi olaraq gözlərini yumacağın anı düşünmək?

 

  • İnsan yoxsa adam olmaq?
  • Hörmət qazanmaq yoxsa onu saxlamaq?
  • Yaxşılığa yaxşılıq yoxsa yamanlığa yaxşılıq?
  • Sevdiyin tərəfindən sevilməmək yoxsa sevmediyin birisi tərəfindən sevilmək?
  • Xəyanət edilən olmaq yoxsa xəyanəti bağışlamaq?
  • Nifrət etmək yoxsa rəğbət qazanmaq?
  • Doğru yolla irəliləmək yoxsa yalnış olduğunu bilə-bilə getdiyin yoldan geri dönməmək?
  • Vicdanlı olmaq yoxsa vicdanını susdurmaq?
  • Söz vermək yoxsa verdiyin sözü tutmaq?
  • Valideyn yoxsa uşaq olmaq?
  • Günah işləmək yoxsa savab qazanmaq?
  • Danışmaq yoxsa danışanı dinləmək?
  • Unudulmaq yoxsa unutmaq?
  • Dəyərli insan olmaq? yoxsa kiməsə dəyər vermək?
  • Sözü üzə demək yoxsa gizlində arxasınca danışmaq? 
  • Qürürlu olmaq yoxsa alçalmaq?
  • Layiq olanın verilməsi yoxsa layiq olmadığının verilməsi?
  • Ədalətli olmaq yoxsa ədalətsizliyə göz yummaq?
  • Olduğun kimi görünmək yoxsa özünü olmadığın kimi göstərmək?
  • Səhv başa düşmək yoxsa səhv başa düşülmək?
  • Susmaq yoxsa danışmaq?
  • Dost tapmaq yoxsa dost olmaq?
  • Get yoxsa qal demək?
  • Düşündüyünü yazmaq yoxsa düşündüklərini dillə ifadə etmək?
  • Duyğularını gizlətmək? yoxsa duyğularını açıq-aşkar bildirmək?
  • Gerçəkləri söyləmək yoxsa yalan danışmaq?
  • Qəlb sındırmaq yoxsa qırılan qəlbi yenidən tək parça halına gətirmək?
  • Bağışlamaq yoxsa bağışlanmaq?
  • Kömək etmək yoxsa kömək istəmək?
  • Güldürmək yoxsa ağlatmaq?
  • Aciz yoxsa zəif olmaq?
  • Seçən yoxsa seçilən olmaq?
  • Səhvini qəbul etmək yoxsa səhvini bilə-bilə yenə də öz sözünü yeritmək?
  • Ətrafında sevdiklərinin yoxsa sevildiklərinin olması?
  • Yalnızlıqda tənha olmaq yoxsa insanların əhatəsində belə yalnız olduğunu düşünmək?
  • Qısqanan yoxsa qısqanılan tərəf olmaq?

 

1 şərh

pascal
Bu suallara burda cavab verəsi olsaq, əlbəttə çoxu haqq-ədalət nəyi tələb edirsə, onu da dəstəkləyəcək. Əsas olan isə həyatda qarşılaşdığın zaman, mühitin, cəmiyyətin səni pisliyə məcbur etdiyi zaman yaxşı, düz, haqq olanı yerinə yetirib, ona tərəfdar olmandır...ki, bu da çox vaxt mümkün olmur. :(