İş vaxtı istirahət üçün məsləhətlər

Fasilə – bu vacibdir. Bunun ilk öncə lazım olduğunu anlamaq lazımdır. Fasilə işdən diqqətinizi yayınlandırır, beyninizi “təmizləyir”, sağlamlığınıza vacibdir. Yaxşı istirahət=yaxşı iş=yaxşı pul.

Heç bir şey etməyin. Fasilə zamanı heç bir iş barəsində düşünməyin. Xırda işlər, ediləcək işlərin planı- bunlar hamısı fasilədən sonra.

Fərqlilik. Fasilə zamanı işinizə tam tərs olan işlərlə məşğul olun. Bütün günü ayaqüstə olursunuz – oturun. Fiziki işlə məşğul olursunuz – krossvord tapın. Bütün günü oturursunuz – daha çox hərəkət edin.

Aradan çıxın. Ofisdən çıxın. İş məhsuldarlığını artırmaq üçün bəzən bir neçə dəqiqəlik ofis mühitindən uzaqlaşmaq şərtdir.

İş və fasilə arasında sərhəd qoyun. Bu halda fasilə zamanı işdən ayrıldığınız kimi, fasilə yekunlaşan kimi işə başlamış olacaqsınız.

İş barəsində danışmayın. Fasilə zamanı həmkarlarınız ilə iş barəsində fikir mübadiləsinə girməyin. Telefonlara cavab verməyin. Əks halda fasilə uzun iş günün bir hissəsinə çevriləcək.

Hərəkət edin. Əksər insanlar fasilə zamanı öz yerlərində qalırlar. Yadda saxlayın ki, hərəkət sizin istirahətinizdir. Qalxın, dartınının, sadə məşqlər edin.

Dərindən nəfəs alın. Bu gərginliyi üstünüzdən götürəcək. Gözlərinizi yumun, burnunuz ilə dərindən nəfəs alın və ağzınızla yavaşca nəfəsinizi verin. Effekti hiss etmək üçün 3-4 dəfə təkrarlayın.

İzləyin. 2-3 dəqiqə gözlərinizi bağlasanız artıq biraz istirahət etmiş olacaqsınız. Lakin bağlamaya da bilərsiniz. Bir obyekt seçin (buludlar, ağac və s.) və onu müşahidə edin. Əgər pəncərədən görüntü ürəkaçan deyilsə, maraqlı fotoalbomlar seçə bilərsiniz.

Dinləyin. Gözlərinizi bağlayın və dinləyin. Əgər ətrafda çoxlu səs varsa, bir səs seçin və ona diqqətinizi cəmləşdirin. Ən yaxşısı isə pleyerinizin yanınızda olmasıdır. Bəyəndiyiniz və sizi sakitləşdirən musiqiləri seçin.

Taym-aut götürün. Bir neçə dəqiqəlik istirahəti istənilən iş vaxtı edə bilərsiniz. İclas zamanı 20-30 dəqiqəlik gözlərinizi bağlasanız bunu heç kim belə görməyəcək. Balkona çıxıb sənədlərə baxa bilərsiniz. Həmkarlarınızın yanına gedib sözlərinizi çatdıra bilərsiniz (zəng etmək əvəzinə).

0 şərh