Boşanma haqqında 4 böyük yalan

Bu yaşdan sonra heç kəsi tapa bilməzsən
Boşanma dövründə ətrafdakılardan ən çox eşidilən şeylərdən biri bu yaşdan sonra özünüzə uyğun heç kəsi tapa bilməyəcəyinizdir. Amma sevgini tapmağın yaşı yoxdur.

Xoşbəxtliyi tapmaq üçün gecikmək deyə bir şey yoxdur. Bir dəfə səhv etməyiniz bundan sonrası üçün dərs çıxarmağınıza, daha yaxşı qərarlar verə bilməyinizə və özünüz üçün daha yaxşı insanı tapmağınıza kömək edər.

Boşanmaq sənin uğursuz olduğunu göstərir
Bu, təkcə bir yalan deyil, eyni zamanda olduqca geniş yayılmış bir inancdır. Boşanmaq evlilikdə uğursuz olmağınızın bir əlaməti deyil. Hətta tam əksinə bir evliliyi bitirə bilmək sizin nə qədər cəsur olduğunuzu göstərən bir şeydir. Boşanmaq uğursuzluq deyil, həyatınızı özünüzün idarə etdiyinizin bir göstəricisidir.

Uşaqlar çox üzüləcəklər
Ayrılıq dövrü uşaqlar üçün asan deyil. Yenə də sevgi və dəstək ilə onları bu hala qarşı dözümlü edə bilərsiniz. Boşanmağınız uşaqlarınıza daha az vaxt ayıracağınızı göstərmir. Onlarla açıq danışmalı və hər şeyi dürüst şəkildə izah etməlisiniz. Heç kəs boşanmanın asan olduğunu demir, amma xoşbəxt olmadığınız bir evliliyi davam etdirmək də uşaqlarınız üçün yaxşı deyil.

Bundan sonra həmişə tək qalacaqsan
Bəli, bəlkə bir müddət tək qalacaqsınız, amma təklik həqiqətən bu qədər pis bir şeydirmi? Bir müddətdir evli idiniz və qəbul edək ki, artıq təkliklə bağlı bir fikriniz yoxdur. Amma bu da bizə yeridilmiş düşüncələrdən biridir. Təklik pisdir, amma öz seçiminiz deyilsə. Əgər bədbəxt və sizə zərər verən bir münasibətiniz varsa, tək qalmaq daha yaxşı variant ola bilər. Ən azı əlinizdə bir çox yeni həyat seçimi olar.

leydi.az

0 şərh