Ölüm çarpayısından yazılan məktub...

“Salam. Bu məktubu sizə artıq həyatda olmayan biri yazır. Özümü təqdim edərdim, amma Sizin üçün nə fərqi var ki, üzünü heç vaxt görmədiyiniz və bundan sonra da görməyəcəyiniz birisinin adını bilmək nəyinizə lazımdır? Siz bu məktubu oxuyanda mən artıq həyatda olmayacam. Sizə yazmaqda isə başqa məqsədim var. Əslində bu məktubu sizin kimi bir neçə tanımadığım adama göndərəcəm, əgər çatdırsam. Mən ölümcül yataq xəstəsiyəm və bir neçə saatdan sonra gözlərimi bu əbədi, işıqlı, keşməkeşli, maraqlı (nə bilim, daha necə adlandırırsınız onu) dünyaya elə əbədi olaraq da yumacam. Artıq 10 ildir ki, xəstəyəm və bu halımdan qurtulmaq, azad olmaq, göylərə qovuşmaq istəyirəm. Valideynlərim çox imkanlı adamlardı. Atam bank müdiri, anam isə böyük bir biznes şirkətinin rəhbəridir. Bu yaşa qədər yaşamağımda da məhz onların pulunun və tanışlarının böyük əməyi olub. Bəlkə bundan sonra da bir neçə il yaşaya bilərdim, amma mən onlardan gizlin mənə qoşulan sistem şlanqını qolumdan ayırmışam və həyatla vidalaşmaq üçün sayılı saatlarım qalıb. Niyə bunu edirəm? Bayaq dediyim kimi, BEZMİŞƏM!

Mən ən yaxşı müəllimlərdən dərs aldım, amma mənim heç vaxt sinif yoldaşım olmadı, mən ən məşhur markalardan geyimlər geyindim, amma o geyimlərdə gəzə bilmədim, mən dünyanın ən gözəl şəhərlərində oldum, amma yalnız xəstəxanaları gördüm, məni həmişə hamı sevdi, amma mən sevilmədim. Ən bahalı telefon aldılar mənə, amma zəng edib danışacağım bir dostum olmadı. Həmişə ətrafımdakılardan mərhəmət hissi duydum, amma heç kimə mərhəmətli ola bilmədim. Bilirsiz mənim nə qədər pulum var??? Heç mən də bilmirəm. Çünki onları heç vaxt xərcləyə bilmədim. Mənim üçün pulun az və ya çox olmaq anlayışı yox idi bu dünyada. İstədiyim hər bir şey bircə gündə otağıma gəlir, təkcə sağlamlıqdan başqa. Atam hər şey aldı mənə, bircə sağlamlığı ala bilmədi. Çünki o satılmırdı.

Bircə şeyi anladım ki, pul heç nədir. Nifrət edirəm PULa, var-dövlətə, atamın yaltaq dostlarına, onların süni mərhəmətinə. Yazığım gəlir onlara. Bədbəxtdirlər. Çünki kağız parçasının əsirinə çevriliblər, quldular, ancaq var-dövlətə baş əyirlər. Qoy əysinlər, əyilsinlər, yerə girsinlər. Mənsə xoşbəxtdəm. Çünki bir azdan azad olacam, göylərə uçacam, bu murdarlardan, əxlaqsızlardan, qullardan uzaqlaşacam. Bir də, onların süni mərhəmətlərini görməyəcəyim üçün çox xoşbəxtəm. Daha bu məhkum olduğum çarpayıdan da qurtulacam. Gəzəcəm küçələri, parkda uşaqlarla oynayacam, onlarla mahnı oxuyacam, məktəbə gedəcəm, dalaşacam, sevəcəm və seviləcəm… onlar məni görməsələr də. Əsas odur ki, azad olacam…

Bu məktubu sizə və sizin kimi təsadüfən seçdiyim bir neçə nəfərə yazmaqda məqsədim odur ki, həyatı pul üçün yaşamayın. Həyatda daha gözəl, daha dəyərli şeylər var. Qul olmayın, baş əyməyin kağız parçasına. Pul bərəkətdir, pul müqəddəsdir, pul hər şeydir deyənlərə inanmayın. Əgər elə olsaydı, o müqəddəs pul, heç olmasa bir insanı ölümdən qurtarardı, bir insana şəfa verərdi, bir insanı xoşbəxt edərdi. Razı deyilsiz? Sizə deyirəm, ey əlləri pullar oynayan, özlərini xoşbəxt sayan insanlar, bəlkə, xoşbəxtliyiniz haqda bir də fikirləşəsiniz???
Məktubumu sona qədər oxuduğunuz üçün təşəkkürlər. İndi gözlərimi rahat yuma bilərəm…

Hörmətlə: Nicat Qarayev
zaman.az saytına istinadən

Həmçinin bax:
Nifrət edirəm
 

5 şərh

Karizma
bilirsen bele hallar milyonda bir olur ki, kimise yaxsi pulu olur amma olumcul xesteliye tutulub.Ona gore de onlar pulu hec sayirlar nedi-nedi ki, pul onlara komek olmur.Amma realliqda ise bele deyil
Old_Baku_

Əlbəttə ki,reallıqda belədir.Pul hər şeyə qadir deyil.Bu o demək deyil ki,pul heçnəyə də qadir deyil.Pulun həyatımızdakı rolu çox böyükdür.Amma bu da o demək deyilki biz pul düşkünü olaq və gözümüz puldan başqa bir şey görməsin.Heç bir şeyi təmənnasız etməyək.Burda çox mövzular var,toxunmaq istəmirəm.Əgər toxunsam gərək bir bloq yaradım.Qısacası Karizma heç təəccüblənmədim.Yenə də sən hərkəsin məqaləsinə daxil olub, o na protiv,yəni onun fikrinə əks şərhlər yazırsan.Məncə bu heç yaxşı bir şey deyil.Düzdür fikir azadlığı deyiləsi bir şey var.Amma bunun belə istifadə ediləcəyini bilsəydilər,inanıram ki onu çıxarmazdılar.

Karizma
Bilirsen necedir men oz fikrimi deyirem.Burda hec bir pis sey yoxdur.Amma ola biler ki, sen de haqlisan.
katana

Menim fikrimce pul ucun yasamaq yox ,yasamaq ucun pul qazanmaq lazimdir.

kastanka
Yalnız ölümə məhkum olmuş insan bu hissləri anlaya bilər… ((( Həqiqətən də pul heç nəyi həll etmir. Amma bəlkə də bizim yetərincə pulumuz olsaydı indi anam həyatda olardı..Allah bütün xəstələrə şəfa versin..ama məncə ölümə məhkum insanlar əgər pulları çoxdursa kiməsə yardım əllərini uzatsalar bir xeyirxahlıq etsələr daha rahat olarlar. Yəni bunu etməkçün əlbəttə ki mütləq ölümlə üz-üzə gəlmək lazım deyil.Xeyirxahlıq insanın içindən gəlməlidir.