Dostunuz var?

Bir az bundan əvvəl belə bir söz oxumuşdum hardasa..."Allahım sən məni dostumdan qoru düşmənimlə özüm də bacararam..."nədənsə dəftərimin üz qabığına köçürdüm bu cümləni.Bilmirəm bəlkə də,ağlım kəsəndən bu yana böyüklərimin,anamın,nənəminmənə tez-tez tutduğu iradlar,verdikləri nəsihətlərdir bu sözləri mənə bu qədər yaxın edən. Çünki dost seçimində yanılmışam çox vaxt. Doğru dostluq qərəzsiz olar deyib atalar.Təəssüf ki, qərəzli oldu dostluqlarım çox zaman...Məqsədli dostluğun sonu puç olur. Bəlkə elə buna görə də,yaşımın az olmasına baxmayaraq dostlardan,sözü,nəfəsi yalan dostlardan qorunmaqçün Allaha sığındım.
Gülüb danışmağı çox sevmişəm uşaqlıqdan. Yaşadığım ən kiçik sevinci belə bölüşmüşəm hər zaman dostlarımla...
İndi isə həyatımın ilk, bəlkədə növbəti uğursuzluğunun ağrısını,yükünü çəkirəm ancaq dostlarsız...valideyinlərim, bacım və özüm.
-Dostun kimdir?
-Dara düşsəm deyərəm...məsəli lap yerinə düşdü burda. Deməli insanın həyatda əsl dostu onun özü, valideyinləri və doğmalarıdır!
Hələki yeniyetməlik dövrünün yolçusuyam.Çətinliklə,yıxıla-yıxıla,gəncliyə doğru gedirəm dilimdəysə bircə söz var "ALLAHIM,SƏN MƏNİ SAXTA DOSTDAN QORU,DÜŞMƏNİMLƏ ÖZÜM DƏ BACARARAM!"
 

Müəllif: Nərmin Hüseynzadə

13 şərh

umud600
Aysel, sizə sizinlə hər şeyini bölüşə bilən dost arzu edirəm.
Aysel218
heleki en yaxin deye bileceyim dostum yoxdu....her zaman yanilmisam...topiki beyendizse tesekkurler
umud600
Kayzendə dostluq haqqında aforizmlər var, onu bir oxusaz, yaxşı olar:)
SABINA ZZ
Bu gun men en xosbextem ki,onun ucun varam,menim ucun var dyeceyim dostum var!
MaksiMuS
Dostluq...hemiwe nagillarda,dastanlarda oxumuwam..Ya da kinolarda izlemek olar.Ama cox teessufki biz ne nagillar alemindeyik,ne de kino dunyasinda.biz real heyatdayiq. Sitat: ' 1000 fb dostun olacagina bir real dostun olsun. Menim heyatda 3 dostum var: Cibimdeki pulum, bawimdaki agil, bawimin ustundeki Allahim.Allahdan hemiwe arzu etmiwemki pulumu azaltsun,teki bawimdaki aglimi ve qelbimdeki ona olan inam ve imanimi azaltmasin.Cunki Nefsime tekce onlarla qalib gele bilerem...Deyesen movzudan cox uzaqlawdim:) Indiki dovrde dostluq hansisa maraq,menafe ugruna qurulur. Muellifi oldugum fraza: ' Kucede itle piwiyi bir yerde gorsez bele bilin ki,onlari da birlewdiren hansisa meqam var.' Eleki tereflerden birin4 marag,menafeyi qurtardi veya temin olundu,o zaman dostluq bitecek.Dost heqiqeten de dar gunde taninar.bu aksiomadi.Nece esl sevgide ne ucun sevdiyini bilmirsen,elecede esl dostlugu neye gore qurdugunu bilmirsen.Mayasi temiz olur KI, belde dostluqlar dovrumuzcun NADIR TAPINTIDI. movzu qewengdi.twk.+ menden
lili95
kompunda herif qalmadi ki biraz qisa ele de
MaksiMuS
Telle yazmiwam.özüde sensor ekran.eziyetime verdiyin qiymete göre twk.
Aysel218
senin fikirlerin cox qiymetlidi dogurdan...tesekkurler
Shabnam_Ilham
Superrrr :) Çox xoşuma gəldi həqiqətən də :)))
Rene
Ən yaxın dostum Allahdır…