Stəkanı yerə buraxın bu gün!

Professor əlində içi dolu bir stəkan tutaraq dərsinə başladı. Hər kəsin görəcəyi bir şəkildə tutdu və soruşdu:
- Bu stəkanın ağırlığı, sizcə, nə qədərdir?
- 50 qr! .... 100 qr! .....125 qr - deyə tələbələr cavabladı.
- Stəkanı çəkmədikcə həqiqətən mən də bilə bilmərəm - professor dedi. - Amma mənim sualım belədir: bu stəkanı bir neçə dəqiqə belə tutsaydımŞ nə olardı?"
- Heç bir şey - deyə tələbələr cavab verdi.
- Bəs yaxşı, 1 saat boyunca tutsaydım, onda nə olardı? - deyə professor soruşdu.suallar qarşısında acizlik
- Qolunuz ağrımağa başlardı - deyə tələbələrdən biri cavabladı.
- Haqlısan, yaxşı, indi mən bir gün boyunca tutsam nə olardı?
- Qolunuz bərk ağrıyar, əzələ spazmı  kimi problemlər yaşayardınız və xəstəxanaya getmək məcburiyyətində qalardınız!.
Bütün tələbələr müxtəlif cavablar verdilər və gülüşdülər.
- Çox yaxşı. Yaxşı, bütün bu problemlər olarkən stəkanın ağırlığında bir dəyişmə olardımı? - deyə professor soruşdu.
- Xeyr - deyə hər kəs cavab verdi.
- Yaxşı, o zaman qolun ağrımasına və əzələ spazmına səbəb olan nə idi?
Tələbələr tapmaca həll edirmişcəsinə düşünməyə başladılar.
- Ağrıdan xilas olmaq üçün nə etməliyəm bu vəziyyətdə? - deyə professor təkrar soruşdu.
- Stəkanı buraxın, düşsün! - deyə tələbələrdən biri cavab verdi.
- Əlbəttə! - professor dedi. - Həyatın problemləri də belə şeydir. Onları beynində bir neçə dəqiqə fikirləşərsən. Bir problem yoxmuş kimi görünər. Uzun bir müddət fikirləşərsən. Başınız ağrımağa başlayar. Daha uzun fikirləşərsən. Artıq səni məhv etməyə başlayar və sən heç bir şey edə bilməzsən. Həyatdakı mübarizələri və problemləri düşünmək əhəmiyyətlidir. Lakin daha əhəmiyyətlisi onları hər günün sonunda, yatmadan əvvəl yerə buraxmaqdır (stəkan kimi). Bu şəkildə stressə girməz, hər gün təzə bir beyin ilə oyanar və yolunuza çıxan hər problemlə mübarizə edə biləcək gücdə olarsınız!"

Həmçinin oxu: Problem bizdədir bəlkə?

16 şərh

SABINA ZZ
problemden bvir muddet qacmaq olar.onu hell etmek ise,cesaret ister.stekani yere salmaq asandir,asana qacmaq lazim deyil.esas mesele problemi hell etmekdi
Rene
Şərhləri oxumadan fikrimi yazdım, sonra sizin şərhinizi gördüm. Tamamilə razıyam sizinlə.
Aysel218
Lakin daha əhəmiyyətlisi onları hər günün sonunda, yatmadan əvvəl yerə buraxmaqdır (stəkan kimi). --bu yazi o demek deyilki cetinlikden qacmaq lazimdir....sadece bir nece anliq da olsa heyatda problemi dusunmemelisenki sonra daha aciq beyinle dusunesen
Rene
Sizinlə və bu hekayədəki o fikirlə  razıyam ki, bəzən çox da böyük olmayan problemi o qədər düşünürük ki, axırda gözümüzdə böyüyüb dağ boyda olur, çox stress keçiririk buna görə. Stəkan nümunəsi də yaxşı idi, amma sonda stəkanı yerə buraxmaq ifadəsi düzgün seçilməyib məncə. Baxın, problemi iqnor etmək başqadır, amma onun var olduğunu bilib sakitliyi saxlamaq başqa. Stəkanı tullamaq problemi yox saymaqdır (qısa müddətə də olsa), bu nə dərəcədə düzgündür, bunu kim bacarır, bilmirəm, amma mən bacarmıram. Problem varsa və mən onu həll edə bilməsəm də bilirəm ki, o var, onu həll edə bilərəmsə bunun yollarını axtarıb tapacam, məndən asılı bir şey deyilsə gözləyəcəm və o vaxtacan da bununla yaşamağa çalışacam.
Rene
Məncə stəkanı buraxmaq, yəni tullamaqdansa onunçün düzgün bir yer tapıb ora qoymaq lazımdır. Problemdən qaçmaq, ona göz yummaq, yoxmuş kimi davranmaq həll yolu deyil, problemi həll etmək lazımdır.
Aysel218
Rene bu yazi da deyilmirki problemden qacin:)
BaKiNeC
Mən şəxsən bu alimin izahı ilə razı deyiləm.Əgər bu gün qarşıma çıxan hər hansı bir problemi həll edə bilmirəmsə və onu atıb bir kənara geri çəkilirəmsə o zaman sabah yeni gündə qarşıma çıxan başqa bir problemi necə həll edəcəm?? bir haldakı dünənkini yarimçıq saxlamışdım.Yaxud dünənlə bu günki problem arasında qarşılıqlı əlaqə var.bir-biri ilə bağlıdırlar. və s. bəs o zaman necə?bu mənim şəxsi fikrimdi.
Aysel218
Lakin daha əhəmiyyətlisi onları hər günün sonunda, yatmadan əvvəl yerə buraxmaqdır (stəkan kimi). ----bu cumleni yeqin oxumamisiz  .....esas meqsed bu idi ..problemden birdefelik qacmaq deyilmir
lili95

esas stekani yere buraxmaq deyil.men sexsen onun arxasinca baxa baxa qalaram.buna gore de demiri isti isti doyerler


 


tesekkurler Aysel

SHATENKA407
bunu mutleg sinaqdan kecirecem…
Refsan
3 günlük dünyadı. hər şeyi boş verin. daim yaxşı şeylər düşünməyə çalışın. yaxşı olacaq. inanın mənə əziz yoldaşlar.
Shabnam_Ilham
P.S. onu da qeyd edim ki, mən bunu ekranlaşdırılmış formada «Elde var hayat» serialında görmüşdüm. Ekranlaşmış formasında da xoşuma gəlmişdi, təkrar oxudum və çox xoşuma gəldi, təşəkkürlər :))
Creative
Çox gözel misaldır. Bu gün həll edə bilmədiyin bir problemi düşünüb beynini xarab etməyin, olan qalan səbrini də boş-boş düşüncələrə sərf etməyin bir mənası yoxdu. Amma hayıf ki çox az adam bunu bacarır. Dünya üzrə artan stresli insanların sayı, depresiyanın təhlükəli xəstəliklər siyahısına düşməsi bunun sübutudur. Adətən biz bir problemlə qarşılaşdıqda nə edirik: Səbrsizlənirik, həyəcanlanırıq, qorxuya düşürük, o dəqiqə o problemin həll olunmasını istəyirik, əgər o problem o andaca həll olunmazsa bütün həyatımız alt-üst olur, bütün düşüncələrimiz o məsələnin ətrafında fırlanır, digər bütün işlərimiz donur, bir sözlə bütün həyatımız iflic olur. Bəzən bir nöqtədə, bir damlada, bir zərrədə batıb qalırıq. Bunun da əsas səbəbi, məncə, bizim uşaqlıqdan problem həll etmə qabiliyyətimizi inkişaf etdirməyiblər. İngilscə " problem solving ability".  Uşağa riyaziyyat, fizika öyrətməklə iş bitmir. Problemlər həyatın qaçılmaz hissəsi, bəlkə də «olmazsa olmazı» dı. Çünki əslində qarşımıza çıxan problemlər bizim inkişafımız üçün vasitələrdir. Biz isə problem çıxan kimi başımızı soxmaqa yer axtarırıq. Heyf, nə məktəbdə nə də ailə də bizə problemləri həll etmə, onlardan dərs çıxartma bacarıqlarını öyrətmirlər.
heyatin-ellerinde
Fikirlerin coxusu ile razilasa bilmedim. stekanin sadece misal olaraq getirildiyi melumdur.men bele basa dusurem ki stekani atmaqla problemi tamamen atin deyilmir.bu.sadece kicik problemlere gore cox dusunmeye deymez.Stekan problemin kicikliyini simvolize edir......- 50 qr!… 100 qr! .....125 qr — deyə tələbələr cavabladı.....stekana problem kimi baxmaga calissaq,gorerik ki bu problemin de hecmi 50-100q dir.qisasi boyuk heyati problemlerden sohbet getmir