Рейтинг
+63.32

Gündəlik həyatın çətinlikləri

51 üzv, 173 topik

Övlad valideyninə əl qaldırarsa...

Təbii ki, hər birimizin düzgün şəxsiyyət kimi formalaşmasında ailənin rolu əvəzsizdir. Ailə ən vacib sosial mühitdir. Bizim ətraf mühitlə də ilk tanışlığımız məhz ailədən başlayır. Buna görə də ailənin uşaq tərbiyəsində təsiredici rolu danılmazdır. Ailə tərbiyənin əsasıdır, mənbədir, kökdür. Məhz, niyə tərbiyədə ailənin rolu bu qədər önəmlidir? Mənim məqaləmin başlığı belədir: ”Övlad valideyninə əl qaldırarsa...”

Bir neçə ay bundan qabaq belə bir situasiya ilə qarşılaşdım. Marketdə alış-veriş edən bir ana və övladı. Uşağın 10-12 yaşı olardı. Oğlan uşağı idi. Təkidlə bəyəndiyi oyuncağın alınmasını istəyirdi. Ana isə kənardan heç də xoş görünməyən bir tərzdə rədd cavabı verirdi. Qəflətən hər kəsin içində uşaq hoppanaraq anasının başına yumruq vurdu. Anası ona eyni “cavab”ı verdi. Onlar bu vəziyyətdə də heçnə almayaraq marketdən çıxdılar və hər kəsin reaksiyası artıq məlumdur.

İnsan toplusu içərində olsun və ya olmasın bu cür vəziyyətin yaşanması sadəcə dəhşətdir.Belə halın yaşanması təsadüfü deyil. Əslində, bunun kökündə müxtəlif səbəblər dayanır. Görünür, bu ailənin özülündə pərpası lazım olan ciddi çatlar var. Uşağın gözü qarşısında atanın anaya qarşı şiddəti, ər-arvad münasibətlərinin düzgün qurulmaması,ən əsası övlad-valideyn münasibətlərinin düzgün tənzim olunmaması,ailəyə kənar şəxslərin müdaxiləsi, ailədə bütövlüyün olmaması və s. bu kimi hallar sonda belə bir nəticənin yaranmasına səbəb olur.
Davamı →

Bazar ertəsi sindromu

Araşdırmalara görə, insanların ən stresli və kədərli olduğu gün həftənin bazar ertəsi günüdür. Bəs bazar ertəsi depressiyasını azaltmaq üçün nələr edə bilərik?

1. Daha çox yatın
Yuxusuzlluq həftənin ilk gününü stresli keçirməyin ən böyük səbəbidir. İnsanlar həftə içi normal yatsalar da, həftə sonu normal yuxu yatmırlar. Həftə sonları yuxu probleminiz ertəsi gün stresli bir gün yaşamağınıza səbəb olacaq. Buna görə həftə sonu da yuxunuzu sabitləyin.

2. Daha az televizor izləyin
Çox televizor izləmək məhsuldarlığı azaldır. Çox sevdiyiniz bir film və ya televiziya proqramını hər həftə izləmək normal bir şeydir, ancaq həftə sonu kresloda əyləşib kanallar arasında yox olmaq düzgün deyil. İnsanlar çox vaxt yorğun olduqları zaman televizora baxmağı üstün tutarlar. Gecə yarısına kimi televizor qarşısında oturub yuxuya getmək nizamsız yuxu və yorğunluq hissi yaranmasına səbəb olur.
Davamı →

Övladınızı internetdə gözləyən təhlükələr


Texnoloji yeniliklər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Övladlarınız da bu yeniliklərlə həm evdə, həm də cəmiyyətdə sıx təmasda olduğu üçün onların texnoloji sağlamlığını və təhlükəsizliyini təmin etmək mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən, ailənizin kiçik üzvləri ilə texnoloji vasitələrin istifadəsi ilə bağlı bir neçə məqamı razılaşdırmalısınız:

Şəxsi məlumatları (ev ünvanı, telefon nömrəsi, təhsil aldığı məktəbin nömrəsi və s.) bəyan etmək, xüsusilə tanımadığı şəxslərlə paylaşmaq olmaz;
Davamı →

Yalançılar haqqında doğrular


Tez-tez yolda övladını məktəbdən gətirən valideynlərlə  rastlaşıram. Demək olar ki, aralarındakı dialoqlar eyni olur. Məsləhətlər də. «Yalan danışma. Xəbərçilik pis şeydi. Adam elə eləməz»- janrında.
 
Hamımıza deyilib bu sözlər, hamımız da balalarımıza deyirik. Bəs onda  ölkədə bu qədər yalançı, xəbərçi, satqın, canım sizə desin, anasının əmcəyini kəsən hardandı?
Davamı →

Kasıb uşağın dilindən

  1. Göyə uçurmağa bir şarım belə yox. Şar paylayan bir əmim də yox...
  2. Ayaqlarım palçıq içində, geyməyə ayaqqabım yox...
  3. Əynimdə bərli-bəzəkli məktəbli paltarlarım yox...
  4. Xəstələnmişəm, həkimim yox. Getməyə xəsətxanam, dərman almağa imkanım yox.
  5. Ucqar dağların arxasında yaşayıram, əgər başıma bir iş gəlsə şəhərə gəlməyə imkanım, dizimdə taqətim yox.
  6. Anam qardaşımı ucqar dağ yollarında, qar içində dünyaya gətirdi. Anamın nə bir həkimi, nə də əlindən bir tutanı yox.

Davamı →

İctimai nəqliyyat vasitələrindən istifadə edənlər.

Hər gün shər tezdən yuxudan qalxıb işə, dərsə, və ya hər hansı səbəbdən yola çıxaraq xüsusən də avtobus və metrodan istifadə edən insanlar məcburiyyət qarşısında qalaraq əziyyətlərə düçar olurlar.  Zamanın qısa və günlük planların da çox olduğunu nəzərə alaraq gündəlik çətinliklər bizləri bu hadisələrə qarşı çox vaxtı etinasızlığa adaptasiya olmağımıza səbəb olur. Sizi paylaşdığım bu qısa teatral filmi izləməyə dəvət edirəm.






(P.S. İradlarınızı qeyd etməyinii xahiş edirəm. Fikirlərinizi açıq aydın şərhdə və ya şəxsi mesajla ifdə edə bilərsiniz, ən azından buna ümid edirəm :)  )


Davamı →

Bir kişinin etirazı

“Şəhərin aşağı başından bir kişi tələsik gəldi. Dedi, ey qövmüm, bu (İlahi) elçilərin arxasıyca gedin!” (Yasin, 20)

“Plan Dalles” haqda yəqin bir çoxlarınız eşitmisiniz? Eşitməyənlər üçün deyim ki, o, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbərlərindən biri, “soyuq müharibə”nin ideoloqu Allen Dallesin Amerikanın qatı düşməni SSRi-ni məhv etmək üçün düşündüyü zərərli plandır. Bəzi versiyalara görə bu plan Allen Dallesin 1945 və ya 1953-cü əllərdə nəşr olunmuş kitabının bir hissəsisidir. Bəzi versiyalara görə isə “Plan Dalles” Allenin xüsusi sifarişlə yazılmış memorandumudur. Bütün bu versiyaları bir kənara qoyub, bu günkü mövzumuza aidiyyətini nəzərə alaraq, məhşur “plan”dan (Publika.az saytından götürmüşəm) bir hissəni sizinlə paylaşıram.


Ardı →

Səhər yuxudan oyana bilməyənlər üçün

Nahar vaxtı gəzintiyə çıxın. Çalışın günün çox hissəsini açıq havada keçirəsiniz. Bununla siz yaxşıca yatıb, səhər də gümrah oyanmağa nail olacaqsınız.

Axşamlar idmanla məşğul olun. Yaz aylarında idmanla səhər tezdən durarkən məşğul olmaq lazımdır. Qışda isə fitnes və gimnastikanı axşama keçirin. Tədqiqatçılar iddia edir ki, axşam məşqləri daha effektli olur.

Saat 20:00-dan sonra televizora baxmayın. Elektron ekranın göy işığı melatonin (yuxu, gecə və gündüzün ritmini təyin edir) hormonunun ifrazına mane olur. Qeyd edək ki, elektromaqnit sıxlığı artdıqca hormonun ifrazı azalır.

Yatmazdan qabaq şam və ətirli lampa yandırın. Düzgün seçilmiş şam sizin rahat yuxuya getməyinizə şərait yaradır, şamın isti işığı isə sizi gün ərzində gümrah saxlayacaq. Lakin sonradan şamı söndürməyi unutmayın.


Ardı →

Əşyalara sitayiş

Söhbətimiz var, yaxın oturun, çünki bu yazı elə hamımız haqqındadır. Sokratla başlayaq.

Bir gün Sokrat bazarda gəzirmiş, gəzə-gəzə də piştaxtalara qoyulmuş cürbəcür sənətkarlıq məhsullarına, yeməli şeylərə baxa-baxa heyrətlənirmiş. Və bir adam gözləyirmiş ki, gəlib ona yaxınlaşsın, kamali-ədəblə salam versin, heyrətinin səbəbini soruşsun, o da bir aforizm guppuldatsın. Söz yox ki, elə bir adam gəlib, sualını verib.  Sokrat da aforizmini guppuldadıb: “Gör dünyada nə qədər şey olmadan yaşamaq mümkünmüş”.

Ümumiyyətlə, biz həmişə lətifədə  sual verənləri ikinci adam kimi görmüşük, onlara fikir verməmişik. İndi bir dəqiqə düşünün, göldə qatıq mayalamaq istəyən Molla Nəsrəddindən “Molla, göldə niyə qatıq çalırsan?” deyə soruşan adam olmasaydı, o lətifə də yaranmayacaqdı. Bu ikinci adamlara da həyatda ehtiyac var. 

Bəs nəyə ehtiyacımız yoxdur?

Keçən həftə bir roman oxudum, amma oxumamış ordakı bir cümləni gözüm jurnaldakı resenziyada tutmuşdu: “İnsanlar olmayan pulları ilə ehtiyacları olmayan şeyləri almaq üçün marketdə növbəyə dayanmışdılar”.

Sokratın dediyi də budur.


Ardı →

Ailə zorakılığı və onun fəsadları

Ailədə aqressiya tez-tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb.

Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.

Ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.

Statistik məlumatlara görə hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir.

Ailə daxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.


Ardı →