Рейтинг
+63.32

Gündəlik həyatın çətinlikləri

51 üzv, 174 topik

Söyüş

Övladlarımızın söyüş söyməsi hər birimizi narahat edir. Bəzi azərbaycanlılar isə lap balaca yaşlarından övladlarına söyüş öyrədir, sonra isə müasir uşaqların tərbiyəsinin pozulmasından danışırlar.Övladının söyüş söyməsini istəməyənlər müxtəlif üsullardan istifadə etməklə bunun qarşısını almağa çalışırlar. Ancaq bir çox hallarda tərbiyə metodları yanlış seçilir.


Ardı →

Seks dəhşətləri

Ata əvvəl qızına, sonra isə nəvəsinə tamah saldı
Türkiyənin Ədirnə şəhərində öz qızını 9 il ərzində zorlayan atanın məhkəməsi başlayır. Dövlət ittihamçısı qızını zorlayan, nəvəsinə qarşı seksual xarakterli hərəkətlər edən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Tükürpədici hadisə qızını zorlayan atanın qızından olan nəvəsinə də «göz dikməsi» nəticəsində ortaya çıxıb. Belə ki, adı açıqlanmayan 52 yaşlı kişi doğma qızına 13 yaşında olarkən təcavüz edib. Bu münasibətdən atanın öz qızından iki övladı dünyaya gəlib. «Valideyn» doğulan qız uşağını həyat yoldaşının dünyaya gətirdiyi övlad kimi göstərərək öz qızı kimi saxlayıb, oğlunu isə övladlığa verib.
Davamı →

Bir gün evdə - İstirahətdə

Bir stəkan pürrəngi çay süzüb, mürəbbəni qoyursan qabağına. Kresloda yerini rahatlayıb, televizoru işə salırsan. Axı bu gün sənin istirahət günündür. Pultun düyməsini basıb, tele-kanalları yoxlayırsan. Efirdə gözünə ilk öncə qurumuş tut ağacına oxşayan aparıcı, onun çılpaq çiyinləri, qoşa nağara çubuqlarını bənzədən əyri ayaqları görünür. Üzünə süni təbəssüm verərək, paytaxtın«donqili»restoranlarını tərifləyir. İkinci düyməni basırsan, efirə hamam paltarında çıxmış şou-biznes əhlinin iki nümayəndəsi tovuz quşu kimi bəzənib, öz səviyyələrinə uyğun söhbətlər edirlər. Hərdən nəzərini aparıcının dişləri, saxta gülüşü cəlb edir. İyrənirsən. Əsəbləşib, pultun üzərinə«3»yazılmış düyməsini sıxırsan. Rejissor Vaqif Mustafayevin kinoteatra döndərdiyi«Spase»-də nöyüt iyi verən köhnə kinolar nümayiş etdirilir. Yox, buna azı 100 dəfə baxmısan. Cəld kanalı dəyişirsən.
Ardı →

Yayda aqressivləşmə

Sürücü qəfil avtobusu saxlayır, hirslə yerə düşür, dayanacağa çatana qədər yolda “qaraladığı” digər marşrut sürücüsünün üstünə şığıyır, əlbəyaxa döyüş başlayır, ətrafdakılar onları zorla sakitləşdirir...
Mağazada satıcı qızın 1 kilo konfet çəkməsini gözləyən kişi bir az ləngimə görən kimi səsini qaldırır, mağaza rəhbərliyini çağırır, başqa bir dava başlayır...
Yolda siqnalların səsi qulaq batırır, aqressiv sürücülər bu tıxacda bir-birinin ətini belə yeməyə hazırdılar...

Bu sayaq aqressiv insan mənzərələri kifayət qədərdir. Çünki yay gəlib — dözülməz istilər insanların orqanizminə, xüsusən də əsəb sisteminə mənfi təsir göstərir. Hər səhər evdən çıxıb işə gələnə qədər ən azı dörd-beş insidentin ya şahidi, bəzən isə iştirakçısı olursan. Adi bir anlaşılmazlıq və ya neqativ hal bircə anın içində böyük bir qalmaqala çevrilir. İnsanlar od ələyən günəşin heyfini bir-birinin canından çıxarmağa kökləniblər. Və bu hal təkcə Azərbaycan insanına məxsus deyil. Statistikalar, dünya təcrübəsi və yaydan xətasız-bəlasız çıxmağın yolları ilə tanış olmaq istəyirsinizsə, buyurun.


Ardı →

Lənət və qarğış etməyin ziyanı

«Səni görüm yerə girəsən», "Əllərin qırılaydı, o qaba əl vuran yerdə", «O otağa girən yerdə qılçların sınaydı»...  Bu sözləri övladının hansısa hərəkətindən əsəbiləşən valideynlər tez-tez işlədirlər. Elə özümüz də hansısa səhv hərəkətimizdən əsəbiləşəndə öz ünvanımıza da işlədirik. Kimsə sevmədiyi kəsə ərə getdiyinə görə özünü söyür, kimisi yanlış qərar verdiyinə görə. Amma sonda bunlar əsl lənət və qarğışa çevrilir.

Çox az adama bəllidir ki, əsəbi vəziyyətdə deyilən bu cür sözlər elə-belə yox olub getmir. Təbiətin (fizikanın) əsas qanununu bilməyən olmaz — materiya, enerji yox olmur, sadəcə  bir növdən başqa növə çevrilir. İşlətdiyimiz sözləri də bu aqibət gözləyir. Ani olaraq əsəbiləşib dediyimiz nifrinlər sonradan əsl cadu kimi öz əleyhimizə işləyir. Özü də bu zaman təkcə lənətlənən adam deyil, onun nəsli də bu qarğışlara tuş gəlir. Ola bilər ki, kiminsə ətrafındakı biosahə güclü olsun və lənət ona təsir göstərməsin. Amma biz zərbəni qaytarsaq da, o, nisbətən zəif aurası olan övladlarımıza daha güclü ziyan vura bilər.
Ardı →

Dərd olmayan "DƏRDİMİZ"

Belə bir fikir var ki, hər kəs dünyaya göz açdığı gündən öz dərdlərinə ağlayır. Körpə hələ gələcəkdə başına gələcəkləri hiss edir və göz yaşlarına qərq edir göz görməyən al yanaqlarını. Coşub ətrafa  səs salmağıyla sanki ətrafındakılara “məni gələcəkdə bu dərdlər gözləyir” demək istəyir. Ancaq onun nə demək istədiyini heç kim anlamır. Kimisi acdır deyir, kimisi də yuxusuzluğunu əsas gətirir. Nəticədə körpə ya yemək verilərək, ya da ağzına əmzik qoyularaq sakitləşdirilir. Bu minvalla dərdləri hiss etdiyimiz anlarda bir yolla özümüzü sakitləşdirməyə çalışırıq. Dərdlərin çoxluğunu unutmaq və ya düşüncələrimizi bulandırmaq üçün bəlkə də fərqli  yollara və vasitələrə əl atırıq. Kimisi dərdlərinin bir neçə yüz qram spirtli içkiylə azalacağını zənn edir. Mən bu vasitələrin nə qədər doğru olub-olmaması haqqında danışmaq istəmirəm. Bunu siz məndən daha yaxşı bilirsiniz. Buradan keçid almaq istəyirəm mövzumuzun əsas hissəsinə. 


Ardı →

Ailə qayğısından məhrum günahsızlar

«Düz beş ildir maşın yumaqla məşğul oluram. Atam 3 yaşım olanda bizi atıb getdi. Mən və kiçik bacım Aysel uşaqlıqdan anamın himayəsində qaldıq. Anamın sözlərinə görə, atamdan ayrılarkən bizə nə əmlak verilib, nə də bizi saxlamaq üçün köməklik göstərilib. Anamın qazancı ailəmizi dolandırmağa yetmədiyindən məni internat evinə yerləşdirdilər. Hər mənimlə görüşə gələndə anamın çəkdiyi əzabı görüb ailəmizə kömək etmək üçün 12 yaşımda birinci dəfə internatdan qaçdım. Əvvəlcə bir müddət marşrutda konduktor işlədim. Sonra isə bu işdən uzaqlaşdırıldım. Səbəb isə səsim zəif olduğundan sərnişinləri çağıra bilməməyim idi. Yaşıdlarım kimi məktəbə getməyi, institut oxumağı çox istəyirdim. Amma görünür bu mənə qismət deyilmiş...».
Davamı →

Gəlin Birlikdə Gülək - Öldürək !

Əminəm ki, bir çoxlarınız bu filmi seyr etmisiniz. Etməyənlərə də məsləhət görərdim. Məqsədim film haqqında danışmaq deyil. Filmin ana məğzinə toxunmaq istərdim. Filmdə cərəyan edən hadisələr İnternet dünyasının nə qədər acımasız olmasından bəhs edir. Müəyyən mənada acı həqiqətləri ortaya çıxarır. Belə ki, real həyatda baş verən bir çox hadisələrin web dünyasında yayımlanması, anti-reklam edilməsi həmin videoda bəhs edilən şəxsdə nə dərəcədə pis və ağır psixoloji təsir buraxdığını məhz bu filmdə görə bilərik.


Ardı →

Xəyanət dəbə çevrilir

Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.
Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün «daşdan keçən» bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı.


Ardı →

Gənclik və ölüm

Həyat müəllifsiz rejissorun çəkdiyi film kimidir. Şekspirin dediyi kimi, həyat bir tamaşadır, insanlar isə onun aktyorları. Filmin ən yaddaqalan hissəsi isə «gənclik» görüntüləridir. Bu görüntülər kitab kimidir. Bu kitabı oxumağa başladıqda bitməyə başlar...

Başqaları üçün yaşamaq...

Həyatın ən parlaq görüntüləri gənclik dövründə yaşanır. Çünki, gənclər keçmişlə yox, gələcəklə yaşayırlar. Gənclik bir az romantik, bir az da xəyalpərəst olur.
Ardı →