Рейтинг
+63.32

Gündəlik həyatın çətinlikləri

50 üzv, 173 topik

Qaynana ilə yaşamağın zərərli tərəfləri

Qayınanası ilə bir evdə yaşayan qadınlarda stress əlamətlərinin daha tez əmələ gəldiyi sübut edilib. Elmi araşdırmalar qayınanaların ürək xəstəliklərinə səbəb ola biləcəyini üzə çıxarıb. Alimlərin sözlərinə görə,  böyük ailədə yaşayan qadınların ciddi ürək xəstəliklərinə tutulma riski digər qadınlara nisbətən 3 dəfə çoxdur.

Evdə həm bir qız övladı, həm də ana rollarının stressi ilə yaşamaq, qan təzyiqinin yüksəlməsinə və hətta şəkər xəstəliyinə səbəb ola bilərmiş. Ailə həyatının sağlamlığa təsirini ölçmək üçün aparılan araşdırmada təxminən 91 min sağlam, orta yaşlı qadın və kişi iştirak edib.

Aparılan bu araşdırmalar ərzində 671 nəfərdə ürək-damar xəstəlikləri qeydə alınıb. Onlardan 339-u məhz ürək xəstəliklərindən, 6255-i isə digər səbəbdən dünyasını dəyişiblər. Eyni zamanda, yalnız öz həyat yoldaşları ilə yaşayan qadınların ürək-damar xəstəliklərinə tutulma riskinin, daha geniş ailədə yaşayan qadınlara nisbətən daha az olduğu üzə çıxıb

Alimlər bunun səbəbini geniş ailələrdə yaşayan qadınların stress ucbatından siqaret, içki kimi alışqanlığa meylliyi həmçinin qadının ailədə qaynana, qayınata, baldız, həyat yoldaşı kimi özündən nüfuzlu ailə üzvlərinə qarşı davranışlarda tez-tez rollara girmək məcburiyyətində qalması ucbatından daha çox stressə düşdükləri üzündən ürək xəstəliklərinə tutulmaları ilə izah edib.


Davamı →

Broyler toyuqları hansı xəstəlikləri yaradır?

Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir, fabrikdə isə 5 həftə ərzində 1 kq-dan çox çəkiyə sahib olur.

Mətbəximizə, süfrəmizə, qida rasionumuza daxil olmuş bu təamdan hələlik tamam imtina edə bilmirik. Ancaq onu haqda yetərli bilgiyə sahib olmasaq, çox şey itirərik.

Bu  mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Belə bir qorxunc iddia ilə çıxış edən alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir: “Buraxsanız belə, tərpənmirlər… Sağlam qidalanmaq üçün əksər insanlar ancaq toyuq əti yeyir. Sonra da görürük, hər gün bir gənc qadın süd vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bunun səbəbi genetik modifikasiya olunmuş məhsullarla qısa müddətə böyüyən broyler toyuqlardır”.

Dünyanın əksər ölkəsində olduğu kimi, Azərbaycanda da broyler toyuqları gen-bol satılır. Aidiyyətı qurumlar tərəfindən bu günədək broyler təsərrüfatında dövlət nəzarət tədbirləri zamanı ciddi problem aşkarlanmasa da, ekspertlər həyəcan təbili çalır.


Ardı →

Kütləvi informasiya vasitələrinin köməyilə “Manipulyasiyanın 10 üsulu”

1. Diqqəti yayındırmaq
Cəmiyyəti idarə etməyin başlıca üsulu, siyasi və iqtisadi idarəetməylə məşğul olanlar tərəfindən, kütlənin diqqətini, həlli vacib olan problemlərdən yayındırmaq üçün informasiya məkanını daim önəmsiz, lakin maraqlı məlumatlarla doldurmaqdır. Diqqəti yayındırmanın belə üsulu insanların, iqtisadiyyat, psixologiya, neyrobiologiya və kibernetika elmləri sahəsində mühüm bilikləri qazanmağa mane olmaq üçündür.
“Vətəndaşların diqqətini daim əsl sosial problemlərdən yayındırmaq üçün, onları gerçək önəmi olmayan mövzulara yönləndirmək, beləliklə onların ara vermədən, nəyləsə məşğul olmasına və düşünməyə vaxt qalmamasına nail olmaq kapitalist idarəetmənin əsas simasıdır. Onlar bununla insanları bütün başqa heyvanlar kimi sahələrdən damlara qovulmaq prinsipi ilə yaşamağa sövq etmək istəyirlər (“Sakit müharibə üçün, sakit silah” kitabından sitat)”.

2. Problem yaratmaq, daha sonra onların həll yollarını təklif etmək
Verilmiş metodu həm də “problem-reaksiya-həll” adlandırmaq olar. Hansısa “şəaritdə”, kütlə arasında müəyyən reaksiya doğurmağa hesablanmış problem yaradılır ki, kütlə özü yuxarılara sərf edən tədbirləri görməyi tələb etsin. Məsəlçün, hakimiyyət şəhərlərdə zorakılığın artan xətlə inkişaf etməsinə gizlicə dəstək verir və qanlı terror aktları təşkil edir ki, vətandaşlar təhlükəsizliyi artırmaq üçün tədbirlər görülməsini tələb etsin, bu da son nəticədə vətəndaşın öz azadlığının məhdudlaşmasına gətirib çıxarır. Yaxud iqtisadi böhranlar vasitəsilə hökümətə əl verən şəkildə insanların sosial haqlarını pozmaq və dövlət qulluğundakı əlavə iş yerlərini ixtisar etmək buna misal ola bilər.

Ardı →

Yuxudan yorğun oyanmağın səbəbləri

Hər gün səhər oyandığınızda özünüzü yorğun hiss edirsiz, fərqinə varmadan gündəlik həyatınızda bəzi xətalara yol verirsiz. Bəs səhər yuxudan yorğun qalxmanızın səbəbi nə ola bilər? Axı yenicə yuxudan oyanmısız?!

Yetərincə su içməmək, qanda dəmir azlığı yorğunluğa səbəb ola bilər. Yuxusuzluq sadəcə enerjinizi tükətməz, bununla yanaşı fiziki və ruhən sizi yorar.

Yetərincə su içməmək. Bədəninizin susuz qalması enerjiniz üzərində böyük təsirə malikdir. Susuzluq qanın azalmasına səbəb olur. Ürəyiniz daha zəif işləməyə çalışar, nəticədə orqanlara gedən oksigen və qida miqdarında azalma yaşanır. Bunun üçün su için.

Yetərincə dəmir qəbul etməmək. Özünüzü yorğun hiss edirsiz və diqqət gücsüzlüyü yaşayırsızsa, dmir əksikliyi probleminiz var. Anemiya riksini azaltmaq üçün dəmir qəbulunu artırın. Yağsız ət, yumurta sarısı, tünd yaşıl yarpaqlı tərəvəzlər, qabıqlı quruyemişlər, yerfındığı əzməsi yeyin.

Səhər yeməyini yemirsiz. Gecə yedikləriniz əriyər və səhər yeməyi ilə yenidən o enerjini yığmalısız. Səhər yeməyi yeməsəniz tənbəlləşərsiz. Tam taxıl, proteinli sağlam qidalar yeyin.

Nə gəldi yeyirsiz. Şəkər və sadə karbohidratla zəngin olan qidaların qlisemik indeksi çox yüksəkdir. Qan təzyiqindəki ani yüksəlmələr də yorğunluğu artırır. Sobada qızardılmış toyuq, qəhvə rəngli düyü, somon balığı, dadlı kartof, ya toyuqlu, meyvəli salat yaxşı seçimdir.


Ardı →

Stressi aradan qaldırmağın 12 yolu

Fikir dağınıqlığı, diqqəti cəmləşdirməyin qeyri-mümkünlüyü, daxildə xoş olmayan hislər- bunlar stressin tipik simptomlarıdır. Stresdən azad olmaq təkcə sizi normal həyata qaytarmır, eyni zamanda tez yaşlanmağında qarşısını alır, axı stress orqanizm üçün çox zərərlidir! Buna görə də biz sizə stresdən tez bir zamanda azad olmağın 12 yolunu təqdim edirik:

1. Saçınızı darayın
Monitor qarşısında keçirilmiş iş günü — bu zaman sizin üz əzələləriniz gərginləşir və nəticədə başınız ağırlaşıb, ağrımağa başlayır. Stresdən azad olmağın bir yolu saçınızı 10-15 dəqiqədən bir daramaqdır. Bu proses başda qan dövranını yaxşılaşdırır və əzələlərin gərginləşməsinin qarşısını alır.
 
2. Dondurma yeyin
Dadlı yemək effektli və antistresli dopinqdir. Eləcə dəyaxşı əhvali-ruhiyyəni qoruyub, stress atmağın bir yolu da yağlı balıq yeməkdir, balığın tərkibində omega-3 mövcuddur və bu, əsəb sisteminiz üçün çox faydalıdır. Əgər balıq sevmirsinizsə, o zaman dondurma və ya banan yeyin. 
 
3. Masaj
Enerjinizi saxlamaq üçün 30 saniyə müddəti ilə burun ətrafı, qaşlar və alt dodaq ətrafını, eləcə də əllərinizin içini mərkəzdən masaj edin.
 
Ardı →

Boğulmuş hislərin üsyanı

Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, qırğınlıqların. Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə....

Hər insanın ağlından keçər bir gün Xəyanət etmək, ən çox sevdiyinə. Ən çox can yandırdığına,ən çox əmək verdiyinə. Dəyərsiz olduğunu gördüyü o an hər kəsə bir anlıq xəyanət etmək istər beləcə həyat eşqinə...

Yalan danışar hər kəs bir gün ən çox inandığına, ən çox etibar etdiyinə… Ən zərbə aldığına hər kəs bir gün yalan danışmaq istər qisas almaq istərcəsinə...

İnsan psixologiyasında,insan şüuraltısında təhrikedici qüvvələr daima mövcuddur. Bu qüvvələr illərlə yığılıb qalan aqressiya, neqativ hadisələr, incinmiş duyğular, tamamlanmamış arzular, gerçəkləşməmiş xəyallar fonunda formalaşır. İnsan dözür, dözür, hər çətinliyə sinə gərir və nəhayət bir gün… Gücsüz düşdüyün anda bütün organlar və duyğular ayağa qalxır. Üsyan edir…

Onlari məhkum etdiyin vəzifələrdən bir anda imtina edir. Və budur möhtəşəm bir xaos. Azıb qalırsan. İllərlə Özün bahasına qurduğun nizam indi səni məhv etməyə yönəlmiş silaha çevrilir sanki. O an hər şeyi etməyə qadıirdir insan. Ən ağılasığmaz hərəkətləri, ən gözlənilməz çılğınlıqları, geridönülməz peşmanlıqları edə bilərsən o an. Məşhur bir deyim var, “hər dərdi içinizə atarsanız,gün gələr yerinizdən qalxa bilməzsiniz”…

Ardı →

Depressiya zamanı niyə çox yeyirik?

Yəqin ki, sizin də ətrafınızda depressiyada olduğu zaman bütün gününü mətbəxdə, yemək yeməklə keçirən tanışlarınız var.

Çoxlarımız onların halını başa düşmür, hətta bu vəziyyətlərinə gülürük. Bəs əslində bunun tibbi izahının olduğunu bilirsiniz?

Bəzən hər nə qədər yemək istəməsək də, gözümüzü açanda özümüzü mətbəxdə tapırıq. Ac olmadığımızı hiss etdiyimiz halda nəisə yeməyə başlayırıq. Təbii ki, bütün bunlar da tez zamanda əvvəlki çəki ilə müqayisə olunmayacaq dərəcədə kökəlməyimizə səbəb olur. Köklük isə yaknız səhhətimizdə hansısa problemlər yaratmır, o eyni zamanda psixologiyamıza da mənfi təsir edir. Ətrafdakılarla müqayisədə görünüş baxımından onlardan fərqləndiyini düşünən şəxs evdən çölə çıxmaq, ətrafdakılarla ünsiyyət qurmaq istəmir, nəticədə özünə qapanıq birinə çevrilir.

Artıq çəkinin, köklüyün əsas səbəblərindən biri düzgün və vaxtında qidalanmamaqdır. Düzgün qidalanmamaq isə ən müxtəlif amillərlə bağlı ola bilər. Psixoloqların sözlərinə görə, insanların düzgün qidalanmamağının, yeməyə olan iştahalarının heç vaxt bitməməsinin əsas səbəblərindən biri də duyğusal aclıqdır. Belə ki, mənəvi cəhətdən ac olan, həyatında nəyinsə çatışmadığını düşünən şəxslər bu çatışmazlıqları yemək vasitəsi ilə doldurmağa çalışırlar. Mədələrinin yemək tələb etmədiyi halda duyğusal cəhətdən ac olmaları onlarda elə təsəvvür yaradır ki, mütləq yemək yeməlidirlər. Amma mütəxəssilərin sözlərinə görə, bu psixoloji problemdir və çox yeməklə ona qalib gəlmək mümkün deyil. Duyğusal cəhətdən aclıq hiss edən şəxs nə qədər yemək yeməsindən asılı olmayaraq heç vaxt doyduğunu hiss etməyəcək.
Ardı →

Gərəksiz hədiyyələrlə nə etməli?

Məlumdur ki, hamımız tez-tez elə hədiyyələr alırıq ki, rəngi, stili, ölçüsü zövqümüzə tərs gəlir.

Belə olan halda bu hədiyyələrlə nə etməli sualı meydana çıxır.
Əlbəttə ki, ağla gələn ilk fikir bu hədiyyələri başqasına vermək olur.

Amma bu cür hədiyyələrin də başqalarına bağışlanmasının qaydaları vardır.

Gəlin, onları incələyək:
1. Əgər Sizə ürəyinizcə olmayan bir hədiyyə gətirdilərsə, bunu bəlli etməyin. Məsələn, Sizə evinizdə olan kitabı gətiriblərsə, heç bəlli etmədən təşəkkür edin və sonra başqa birisinə Siz də hədiyyə edərsiniz.

2. Nəzakət qaydalarına görə hədiyyə gətirənin yanında açılmalıdır. Əgər hədiyyə verən yanınızda yoxdursa, o zaman Siz hədiyyəni çox ehtiyatla açın, çünki bəyənməyə bilərsiniz və bu zaman da hədiyyə paketini korlamağa ehtiyac qalmaz.

3. Amma açılmamış hədiyyəni başqasına verərkən diqqət edəcəyiniz bir məqam da var. Bəlkə Sizə hədiyyə gətirən onun içərisinə Sizə özəl yazılmış bir acıqca qoymuşsa, onda nə olar. Buna görə də belə hədiyyələri başqasına vermədən əvvəl mütləq ehtiyatla açaraq içərisini yoxlamalısınız.
Ardı →

Dünyanın ən çətin peşələri

Milli.Az ailem.az-a istinadən dünyanın ən çətin peşələrini təqdim edir.

Kanalizasiya dalğıcı. Hindistanın Delhi şəhərində kanalizasiya dalğıcı olaraq çalışan Devi Lal bu işinə görə gündə 10 lirə qazanır. Devi qazandığı pulla özünə içki alır. Devi Delhinin çirkli, mikrobların baş alıb getdiyi kanalizasiyalarında hər gün çılpaq halda öz vəzifəsini yerinə yetirir.

Yumurta qıran, qoxulayan. Yumurta qoxulayanlar qida sektorunda istifadə ediləcək yumurtaları qırb ağını, sarısını ayırır və çürük olub olmadığını müəyyən etmək üçün qoxulayır. Yəqin ki, hər biriniz çürük yumurtanın necə dəhşət pis iyi verdiyini bilirsiz.

İllərdir sularda işləyən Vei Xinpenq hər səhər qayığı ilə dənizə gedir. Balıq ovlamaq üçün deyil, cəsədləri toplamaq üçün. Dənizdən tapdığı cəsədləri qayığına yığır. Son 7 ildə 500 cəsəd çıxartdığnı deyib. Bu cəsədlər gölün kənarındakı ərazidə dəfn olunur.


Ardı →

Arzularımızı öldürməyin 3 əlaməti

Arzularımızı öldürməyin birinci əlaməti vaxt çatışmazlığlıdır. Həyatımda tanıdığım ən məşğul insanların istədiklərini etmək üçün kifayət qədər vaxtları olmuşdur. Heç bir şey etməyənlər həmişə yorğundurlar və onlardan tələb olunan kiçik miqdarlı işlərə də fikir vermirlər. Onlar həmişə günün qısa olduğundan şikayətlənirlər. Həqiqət ondan ibarətdir ki, onlar yaxşı mənada döyüşməkdən qorxurlar.

İkinci əlamət bizim qətiyyətliliyimizdədir (Yəni bizim taleyimizin də ətrafımızdakı uğursuz insanlarınkı kimi olacağına əmin olmaq – red). Çünki biz həyatı böyük macəra olaraq qəbul etmək istəmirik. Biz həyatdan bu qədər az istəməyimizi ağıllı, yaxşı və düzgün olduğunu düşünməyə başlayırıq.

Biz gündəlik varlığımızda divarın o birisi tərəfinə baxırıq və biz böyük məğlubiyyətlər və döyüşçülərin gözlərində alov görürük. Amma biz heç vaxt sevinc, fərah hissini görmürük. Döyüşlə məşğul olanların qəlbindəki sonsuz sevinc hissini. Onlar üçün nə qalibiyyət nə də məğlubiyyət vacibdir. Onlar üçün vacib olan doğru şeylər üçün döyüşdükləridir.

Son olaraq arzularımızdan keçməyimizin üçüncü əlaməti sülhdür. Biz böyük şeyləri istəməyəndə həyat ”Bazar günortası“ olur (həftənin ən rahat hissəsi) və biz böyük şeylərdən imtina edirik. Sonra biz özümüzü yetkin hesab edirik.
Ardı →