Рейтинг
+63.32

Gündəlik həyatın çətinlikləri

51 üzv, 173 topik

Susuzluğu yatırmaq üçün nə edək?

                        

Almaniya Qida Cəmiyyəti (AQC) isti havalarda daha çox maye qəbul etməyi məsləhət görür. 

ANS PRESS-in məlumatına görə, orqanizmin normal funksiyasını təmin etmək üçün tərləmə zamanı itirilən maye mütləq kompensasiya olunmalıdır. 

Alman Olimpiya İdman Konfederasiyasının gəldiyi qənaətə görə, optimal idman içkisi alma şirəsi hesab olunur. Üçdə bir hissəsi şirədən və üçdə iki hissəsi natriumla zəngin mineral su qarışığından ibarət olan bu ənənəvi içki orqanizmi lazımı şəkər, duz və minerallar vasitəsilə kifayət qədər enerji ilə təmin edir. Uzunmüddətli idmanla məşğul olanlara alma şirəsini bir neçə kiçik qurtumla içmək məsləhət görülür. Mədə mayeyə tez alışsın deyə, onu hər 15 dəqiqədən bir qəbul etmək lazımdır. 


Ardı →

Arzularımızın gerçəkləşməmə səbəbləri

Müəllim və psixoloq olan Carol Morgan oxuyucularına uşaqlıqda seçmək istədikləri peşənin nə olması və aruzlarının gerçəkləşib gerçəkləşmədiyi haqqında sual vermişdir. Bu suala neqativ cavab verənlər üçün həyatlarının və arzularının onlardan yan keçməsinin 13 səbəbini göstərmişdir.

1. Sizə gərəkməyən işlərə həddindən artıq vaxt sərf edirsiniz
Video oyunlar. Televizor. İnternet. Yemək. İçki. Siyahını istədiyiniz qədər davam etmək olar. Həyatınıza ciddi nəzər salın. Vaxtınızın çoxunu harada və necə keçirirsiniz? Etdikləriniz sizə faydalıdır? Bu suallara mənfi cavab verirsinizsə, gündəlik həyatınızı gözdən keçirməli və bir sıra dəyişikliklər etməli olacaqsınız.

2. Çox şikayətlənirsiniz
Hər zaman deyinən bir sıra insan mövcuddur. Siz də onlardan birisiniz? Təhsilinizdən, işinizdən, müdirinizdən, maaşınızdan, qonşularınızdan daima şikayətlənirsiniz. Əgər belədirsə, ətrafınıza ancaq mənfi enerji saçacaqsınız. Şikayətlənmələr sizi çıxmaza sürükləyəcək. Çalışın sevmədiklərinizi deyil, daima sevdiklərinizi düşünəsiniz.

3. Ağlınızı qidalandırmırsınız
Bir şəxsiyyət kimi inkişaf etmirsinizsə, axın olmayanda lillə örtülən sakit bir hovuza bənzəyəcəksiniz. Bu hal ağlınızla da baş verir. Problemlər, sınaqlar, yeni informasiyalar ağlınızı məşq etdirəcək.
Ardı →

Sevmədiyiniz həmkarlarınızla ünsiyyət yaratmanın yolları

Korporativdə işləmək müxtəlif xarakterli insanlarla qarşılıqlı əlaqə saxlamaq deməkdir. Bəzən işləməli olduğunuz insanlarla qaçılmaz münaqişələr yaşamalı olursunuz. İşləyəcəyiniz komanda və ya şirkəti seçmək isə sizin əlinizdə deyil. Belə bir vəziyyətdə edə biləcəyiniz ən yaxşı şey neytral qalmaq və əlaqələrinizdə peşəkarlığınızı qoruyub saxlamaqdır.

Lakin elə də sevmədiyiniz həmkarınızla yaxşı əlaqələr qurmaq niyyətindəsinizsə, aşağıdakı məsləhətlərə diqqət edin:
Ardı →

Səmərəli “yox” deməyin 7 yolu

“Yox”, “Xeyr” demək və yaxşı əlaqələr saxlamaqda çətinlik çəkirsiniz? Günahınızı hiss etmədən sərhədlərinizi yaradın.

Bir çox qadınlar və kişilər ənənəvi olaraq xeyr deməkdən çəkinirlər, xüsusilə hakimiyyət (səlahiyyət) fiqurları ilə üzləşəndə. Bəzilərimizə gənc yaşlardan valideynlərimizə, qohumlarımıza, müəllimlərimizə yox deməmək tövsiyyə edilir.

Qarşıdurma və eqoizmdən qaçaraq özünü təqsirləndirməyə görə insana tez-tez qorxu hissi olur. Əlbəttə ki, bu  sərhədlərimizi və öz prioritetlərimizi qorumaq üçün lazımı zamanda «yox» demək vacibdir.

«Yox» demək və yaxşı əlaqələr saxlamağın 7 yolu


Məsələn, dostunuz sizdən avtomobilinizi almağı xahiş edirsə, siz verməyə narazısınızsa bu fikirdən ya birbaşa yox deməyi,ya da siyası yolla imtina etməyi seçərdiniz.


Ardı →

...Ən zərərli 10 qida

1. QAZLI İÇKİLƏR

2.SÜNİ ŞİRİNLƏŞDİRİCİLƏR

3.QALMA MÜDDƏTİ UZUN OLAN DADVERİCİLƏR                                                 

4.BƏZİ BALIQLAR

5.EMAL EDİLƏN ƏTLƏR                                                                       

6.SATİLAN PARTLADİLMİŞ QARĞIDALI                                                  

7.AÇMA(ŞİRNİYYAT),SİMİT

8.MARQARİN

9.TAMAMİLƏ YAĞLI OLAN SÜD MƏHSULLARI

10.QIZARDILMIŞ QİDALAR                                     

                                                


Davamı →

Həyat yoldaşın xəyanət edirsə...

Şübhələnirsən ki, həyat yoldaşın xəyanət edir? 
Etriraf etmək istəmirsən, amma hiss edirsən ki, artıq münasibətiniz əvvəlki kimi deyil. O, evə gec gəlir, sənə fikir vermir. Yorğun olduğunu bəhanə edərək səninlə vaxt keçirtməkdən qaçır. “İşlərim çoxdur”, “Yorğunam, özümü yaxşı hiss etmirəm”, “Evdə oturanda ürəyim sıxılır”, “İclasda idim”, “Dostlarımla görüşürdüm” deyib səni sakitləşdirir. Bir sözlə hər şeyə vaxt tapır, səndən başqa.

Sən isə ən çox sevdiyin donu geyinib, xoşladığı yeməkləri bişirib onu gözləyirsən. Sən gözləyirsən, o isə.. 
Əvvəlcədən də ona zəng vurub xəbərdarlıq etmisən ki, tez gəlsin, işdən sonra yubanmasın. O, isə əvvəlcə gələ bilməyəcəyini desə də, sonunda təkidlərinin qarşısında aciz qalıb razılaşır. Amma nə qədər zəng etsən də cavab vermir və ya telefonu söndürülüb. Heç vaxt düşünmürdün ki, bu sənin də başına gələ bilər. Həyatında başqası var. Bunu dərk etməyə başlasan da ürəyin qəbul etmir. Acı həqiqətlə barışa bilmirsən. Hər şeydən küsüb, süfrədə yoldaşının boş qalan qabını itələyib başını onun çiyninə dirəyib sakitləşmək əvəzinə stolun küncünə qoyub ağlayırsan. Düşünürsən ki, “yəni bu münasibətimizin sonudur?”. Buna inana bilmirsən. Mübarizə aparmaq, onun sevgisini, qayğısını, diqqətini qaytarmaq istəsən də heç nə alımır. Sən ağlayırsan, o birisi isə gülür. Buna imkan vermə!
Ardı →

Gecikməyə son

Bəzən avtomobilin xarab olması, tıxacda qalmaq, yatıb qalmaq və s. səbəblərdən vaxtında təyin olunan yerdə ola bilmirik. Bəziləri öz iradələrindən asılı olmadan, hər hansı bir hadisə nəticəsində gecikdikləri halda, bəziləri üçün bu artıq həyat tərzidir. Əslində problem bu həyat tərzinin işə, dərsə, münasibətlərimizə bağlılıq hissi göstərən cəmiyyətdə böyük şübhə ilə qiymətləndirilməsidir.

Əgər xroniki gecikmə həyatınıza ciddi şəkildə təsir edir və sizin həyat yolunuzu müəyyən edirsə, siz iş təklifləri, böyük imkanlar, dəyərli dostluqlar və daha bir neçə şeyi əldən vercəksiniz. Aşağıdakı tövsiyyələr sizə bu daimi vərdişin psixoloji aspektlərini aşkara çıxarmaq və ondan yaxa qurtarmaq üçün kömək olacaqdır.

Bəzi ölkələrin mədəniyyətləri üçün gecikmə normal və səciyyəvi xüsusiyyətdir. Əgər vaxta önəm verilən bir mədəniyyətdə yaşayırsansa, ən azı interaktiv həyatına təsir göstərə biləcək məqamlarda daha dəqiq olmalısan. Nəzərə alın ki, bütün bunlar sizin müdiriniz, övladızın müəllimi, iş intervyusu alan şəxslə münasibətlərinizə əsaslı şəkildə təsir göstərəcəkdir.
Ardı →

Kasıblığa aparan 10 yol

Dahilərdən biri deyib: «Kasıblıq insan beynini uşaqlıqdan məhv etdiyi üçün insan məhv olmuş beyinlə kasıblıqdan çıxa bilmir. Nəticədə kasıblıq nəsildən-nəslə ötürülür».

Kasıblığı bədbəxtliyə çevirən, ondan xilas olmağa çalışmayan insanlardakı kasıblığa aparan 10 yolla tanış olaq:
1. Özünə yazığı gəlmə hissi — belə insanların özünə yazığı gəlir və əlindən gələni edir ki, ətrafdakılar da ona acısın. Bu hiss əsasən qadınlarda güclü olur. Fikirləşirlər ki, «Mən kişi olsaydım, qarşımda geniş imkanlar olardı, mən onlardan istifadə edərdim». Düşünün, əgər insanın özünə yazığı gəlirsə, onda ətrafdakılardan nə gözləmək olar? İstər-istəməz bu cür tiplər hər kəsin gözündə "şikəst" olur və mənəvi şikəstlik onların məhvinə yol açır.

Özünə yazığı gəlmək insanı inkişafdan saxlayan və kasıblığa aparan bir nömrəli yoldur.

2. Xəsislik - bu, hər zaman alış-veriş mərkəzlərində, ərzaq mağazalarında ucuz qiymət axtaran insanlara aiddir. Bu ona gətirib çıxarır ki, insan uşağının təhsilinə belə xəsislik edir. Səhv düşüncəyə düşüb lazımlı olana xəsislik edən bu cür tiplərin sonu kasıblığa gətirib çıxarır.

3. Sevmədiyin peşə ilə məşğul olmaq — bu cür insanlar sevmədiyi peşədən gələn gəliri heç də xoş qarşılamır, bəzən nifrətlə xərcləyir. Ən yaxşı üsul budur ki, özünüzü rahat, xoşbəxt hiss edəcəyiniz işlə məşgul olun ki, əlinizə keçəni havaya sovurmayasınız, inkişaf edib yüksələsiniz.
Ardı →

Sevgisizlik dünyanı məhv edir

Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir.

İslam “silm” və “salam” kökündən törəmiş sözdür. “Silm” sülh, təhlükəsizlik, əmin-amanlıq və sevgi, “salam” isə xoşbəxtlik, salamatlıq və təhlükəsizlik mənalarını verir.

Axırzamanın ən mühüm problemlərindən olan sevgisizlik və inamsızlıq dövrümüzdə insanların çatışmayan cəhətidir. Bu gün dünyada baş verən müharibələrin, qırğınların, yardımlaşmadan qaçmağın, qısaca desək, dünyadakı əxlaqi pozuntunun səbəbi budur. İnsanlar dünyanın hər yerində bir-birlərinə etibar etmədən qorxu içində yaşayırlar. Qorxu mühitində sevgi olması, əlbəttə, qeyri-mümkündür. Dövrümüzdə heç kimin bir-birinə salam verməməsi, salam verənin salamının ardında pis niyyət axtarılmasının kökü də sevgisizlik mühitinin meydana gətirdiyi inamsızlıqdır.


Ardı →

Sözü zarafatla deyirlər...

Marketdən aldığım əşyaları torbalara doldururdum. Orada işləyən qızlı-oğlanlı bir dəstə də söhbət edirdilər. Qızlardan biri rəfiqəsinə yanındakı oğlanı göstərib “Nişanlındır?“ — deyə soruşdu. O biri qız da qəhqəhə ilə gülüb: “Yox aaaz! Mən meymunla nişanlanaram heç!“ — deyə cavab verdi. Doğrusu, bu sözlərdən dəhşətə gəldim. Başımı qaldırıb oğlanın üzünə baxanda isə daha da pis oldum. O da ünvanına deyilən bu sözlərdən yaman pərt olmuş, yerindəcə donub qalmışdı...
Mən qapıdan çıxanda qız etdiyi səhvi düzəltmək istəyirmiş kimi oğlana: “Xətrinə dəyməsin eee! Zarafat eləyirəm“, — deyəndə ürəyimdə “üzru qəbahətindən böyük“ deməkdən özümü saxlaya bilmədim…
Davamı →