Səs

Xəbər gələn günün sabahınnan başladı, əvvəlcə başımız üstün alan qara bulud narın yağış yağdırdı, bu yağış damcıları allahın mərhəmətinin bir işarəsi idi. Bunu başa düşənnən sonra gözlərim doldu ağlamağa başladım sevinc və kədər bir aradaydı. Yəqindir ki, bu yağışı bulud, buludu küləy, küləyi isə allah gətirmişdi. Elə isə küləyi gördüm.) Və çox çəkmədən yağış yerini küləyə verdi. Çox güclü küləy əsməyə başladı, bizim ev həyət eviydi, və həyətdə ağaclar vardı, ağacların budaqları yerə dəyəndə küləyin hərarətini daha aydın duymaq olurdu. Biz uzun bir stol başında bütün qohumlar yığışmışdıq burda ancaq kişilər idi. Hamı küləyin səsinə qulaq asırdı və nələrsə düşünürdük. Birdən küləy dayandı. Və biz, aramızda zülmət qaranlıq kimi susqunluğun olduğunu başa düşdük. Bu artıq küləyə nisbətdə qulaq batırıcı səs idi. Çünki bizim evdə yas varıydı.
   
        
 

0 şərh