Qalxanvari vəzini qoruyun

Daim yorğunluq. yuxuculluq və unutqanlıq halını, adətən işlə və taqətdən düşməyimizlə bağlı hesab edirik...
xilas olmaq üçün, həkim-endokrinoloqa baş çəkmək zəruri hesab olunur. Bu mütəxəssisin işi stomatoloq və ya ginekoloqun işindən heç də az əhəmiyyətli deyildir. Görünür, qeyri-müntəzəm surətdə olan parodontoz, qalxanabənzər vəzinin xəstəlikləri səbəbindən də yarana bilir.
Sizin nasaz olmağınızın səbəbi, sadəcə olaraq, orqanizmdə yod çatışmazlığından ola bilər. Görünür, orqanizmdə bu mikroelementin əskik olması ilə əlaqədar olan xəstəliklərdən, məhz qadınlar daha çox əziyyət çəkirlər.
DƏYİŞKƏN VƏZİ
Orqanizmdə yodu əsas sərf edən qalxanvari vəzidir. Bu vəzi insanın zehni və fiziki inkişafı ilə bağlı prosesləri tənzimləyən - tiroksin və triyodtironin hormonlarını yetişdirir. Bu hormonların kifayət qədər sintez olmaması (hipotireoz) orqanizm hüceyrələrində maddələr mübadiləsini zəiflədir və bir çox proseslərin: tənəffüs sistemi, yuxu, hərəkət və daxili orqanların (immunitet, reproduktiv və başqa sistemlər) fəaliyyətini ağırlaşdıraraq, onların pozulmasına gətirib çıxarır.
Hipotireoz - aldadıcı xəstəlikdir, onu ilk mərhələdə müəyyən etmək çox mürəkkəb məsələdir. Həqiqətən də, tez-tez soyuqdəyməni - yelçəkməklə, baş və əzələ ağrısını - yorğunluğumuz ilə, dərinin artıq dərəcədə qum olmasını - keyfiyyətsiz qulluq olunması ilə əlaqələndiririk. Buna görə də nasazlığın ağır nəticəsindən xilas olmaq üçün, həkim-endokrinoloqa baş çəkmək zəruri hesab olunur. Bu mütəxəssisin işi stomatoloq və ya ginekoloqun işindən heç də az əhəmiyyətli deyildir. Görünür, qeyri-müntəzəm surətdə olan parodontoz, qalxanabənzər vəzinin xəstəlikləri səbəbindən də yarana bilir.
APTEKƏ, YOXSA SUYA?
Hipotireozanın profilaktikası üçün ən asan üsul, yod tərkibli dərmanlar qəbul etməkdir. Onlara aşağıdakılar aiddir: «Yodid», «Yodamarin». «Yodid kalium», «Antistrumin». Onların müxtəlif adları olmasına baxmayaraq, mahiyyət etibarı ilə eynidir və hamısı kalium duzlarından ibarətdir (elmi dildə - kalium-yodid). Axı, yod orqanizm tərəfindən bəsit halda mənimsənilmir. Yuxarıda adı çəkilən hər hansı preparatın bir həbinin tərkibində 100 və ya 200 mkq yodun fizioloji dozası vardır. Hipotireoza xəstəliyinin həm profilaktikası, həm də müalicəsi üçün istifadə edilən kalium-yodid 2-6 ay müddətində qəbul edilir. Buna baxmayaraq, dozasını dəqiq etmək çox vacibdir, çünki yod allergiya reaksiyası törədə bilər. Yodun artıq hissəsi böyrəklər vasitəsi ilə kənar edilməsinə baxmayaraq, bu preparatların qəbul edilməsi zamanı asqırıq, qızdırma və xora xəstəliyinin yaranma ehtimalı vardır. Konkret müalicə zamanı, kalium-yodid preparatları ikinci dərəcəli hesab olu­nur.
Birinci növbədə hormonal preparatlar təklif olunur. Onları iribuynuzlu heyvanların vəzilərindən və yaxud süni yol ilə əldə edirlər. Hormonu isə bütün ömür boyu qəbul etmək lazım gəlir. Hormonları, ancaq həkim-endokrinoloq təyin etməlidir.
Yod tərkibli homeopatik dərmanlar da mövcuddur. Onlar mineral və bitki komponentləri əsasında hazırlanır. Homeopatik dərmanlar, bir qayda olaraq, kənar təsirlər yaratmır, ancaq buna baxmayaraq, həkim-homeopatın ciddi nəzarəti altında içilməlidir və həm də hamilə olanlar, uşağa süd verənlər üçün zərərli hesab edilir. Bundan başqa, dəniz yosunları əsasında hazırlanmış, bioloji cəhətdən fəal olan yod tərkibli qida əlavələrini apteklərdən əldə etmək olar. Yod çatışmazlığından əziyyət çəkənlərin əksəriyyəti, dənizdən uzaq yerlərdə yaşayırlar və buna görə də, heç olmasa ildə bir dəfə, hava və suyu, yod ilə zəngin olan, dəniz kurortlarına baş çəkmək lap faydalı olar.

 


QİDA MƏHŞULLARININ TƏRKİBİNDƏKİ YODUN MİQDARI

100 qrama düşən

mkq

Təzə siyənək balığı

66

Siyənək balığının sousu

6.

Təzə krevet

190

Suda bişirilmiş krevet

11

Bişməmiş istridriyə

60

Süd məhsulları

9

Toyuq yumurtası

10

Çörək

6-9

Ispanaq

15

Mənbə Qanun jurnalı

 

0 şərh