Hipofiz, qalxanabənzər, böyrəküstü və çəngələbənzər vəzlər

Bildiyimiz kimi hipofiz, qalxanabənzər, böyrəküstü və çəngələbənzər vəzlər daxili sekresiya vəzlərdir. Çünki bu vəzlərin axarı birbaşa qanadır. Bu  vəzlərin ifraz etdiyi hormonlar hər hansı orqanlar sisteminin funksiyalarına təsir göstərir. Bu hormonlar orqanizmdə maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir.
1.Hipofiz- Bu vəzi endokrin vəzləri içərisində mühüm yer tutur. Bu vəzi baş beynin əsasında türk yəhərin deyilən nazik nahiyyədə yerləşir. Hipofiz vəzinin ön,arxa,kiçik və aralıq payları olmaqla 0,4-1,1q arasında çəkisi var. Bu vəzidə xlorofil və əsas hüceyrə qrupları müəyyən edilmişdir. Birinci qrup xlorofil, hüceyrələr asidofil və bazafil qruplarına ayrılır,əsas hüceyrələr qrupu isə ehtiyyat hüceyrələr olub, vəzin funksional fəallığı zamanı  asidofil və bazafil hüceyrələrinə çevrilir. Vəzin asidofil hüceyrələrində boy, prolaktin bazafil hüceyrələrində treotrop, adenokortikotrop, fallikulların inkişafını tənzimləyən hormonlar sintez olunur.
Hipofizin hiperfunksiyası zamanı insanda giqantizm və arkomeqaliya xəstəlikləri meydana çıxır.  Giqantizm xəstəliyinə məruz qalmış insanların boyu 225-230sm-dən çox ola bilər. Belə sürətli boyatmaya adətən cinsi yetişkənlik dövrünədək təsadüf olunur. Arkomeqaliya xəstəliyinə tutulmuş insanlarda dil, burun, alt çənə ümumilikdə isə baş böyüyür. Bəzən isə adenohipofizin hiper funksiyası qalxanvari, cinsiyyət və daxili sekresiya vəzlərinin normal fəallığının su, mineral duzlar və karbohidrat mübadiləsinin pozulmasına səbəb olur. Hipofizdə adrenokortikotron hormonu çox sintez olunduqda İsenko Kuşinq deyilən xəstəlik müşahidə olunur. Bu xəstəliyə cavan qadınlarda və kiçik yaşlı qızlarda çox rast gəlinir. Boyun, üz, qarın nahiyyələrinin piylənməsi qan təzyiqinin və qanda şəkərin miqdarının artmasına səbəb olur. 
Vəzin  hipofunksiyası samototrop hormonunun qanda azalmasına  səbəb olur ki, bu da cırtdan boyluluğa gətirib çıxarır. Bu zaman  insanın əqli inkişafı normal vəziyyətdə olur,bədən kütləsinin nisbi quruluşu pozulmur, lakin böyümə zəif gedir. Bu vəzin hipofunksiyasının azalması göstərdiyimiz xəstəliyin meydana çıxması ilə yanaşı, başqa daxili sekresiya vəzlərinin, xüsusən qalxanvari, böyrəküstü və cinsiyyət vəzlərinin hipofunksiyasına səbəb olur. 
endokrin,sekresiya vəziləri,hormonlar,vəzlərEmbrional inkişaf zamanı hipofiz öz başlanğıcını ektoderma adlanan rüşeym vərəqindən götürür. Yeni doğulmuş uşaqlarda kütləsi 150 mq-a,10-12 yaşlarında 200-350 mq-a, 18-20 yaşlarında 500-650 mq-a bərabar olur. Qanda boy hormonunun miqdarı yaşla əlaqədar olaraq dəyişir. Yeni doğulmuş körpələrin qanında samototrop hormonunun miqdarı 120mq/ml-dən çox, 3-5 yaşlarında daha çox, 20 yaşından sonra isə azalır. 30-40 yaşlarında isə onun miqdarı demək olar ki, minimuma enir, daha sonra rast gəlinmir.
Hipofizin tiretrop hormonunun qanda miqdarı yaşla əlaqədar olaraq dəyişir. Belə ki, 21-30 yaşınadək onun miqdarı artır, sonra isə tədricən azalır, qocalarda isə yenidən artma tendensiyası müşahidə olunur. Buna səbəb qalxanvari vəzin funksiyasının həmin hormonla stimullaşdırılmasıdır.
Yaşla əlaqədar olaraq qanodotrop hormonların miqdarı və fəallığı xeyli dəyişir. Məs: lüteynləşdirici hormona 8 həftəlik rüşeymin hipofizində təsadüf olunur. Ibtidai məktəb yaşlarında qanodotrop  hormonlarının qanda miqdarı az olur. Ancaq yuxarı sinif şagirdlərinin qanında artır. Xüsusilə, cinsi yetkinlik dövründə qızların qanında daha çox olur.  
Qalxanvari vəzi-İnsan bədənində qırtlaqdan öndə yerləşməklə 2 yan və 1 ön hissədən ibarətdir, güclü qan və limfa damarları ilə təchiz olunub. Qalxanvari vəzin hormonları tiroksin və üçyodtironindir,1-cisinin sintezində 2 molekul tirozin amin turşusu və 4 yod atomu iştirak edir. Hormonların hər 2-si qaraciyərdə, süd vəzlərində və digər orqanlarda tetrayodmonosirkə turşusuna çevrildikdən sonra aktivləşir. Bu hormonlarla yanaşı qalxanvari vəzdə kalsitosin hormonu sintez olunur ki, bu da sümük toxumasında Ca və P-un artmasını, qanda isə azalmasını təmin edir.
Tiroksin hormonu orqanizmdəki yod mübadiləsinə təsir göstərir, çatmadıqda isə endemik zob xəstəliyi əmələ gəlir. Kiçik yaşlı uşaqlarda bu vəzin hipofunksiyası müşahidə olunursa, onda kretinizm  xəstəliyi yaranır. Həmin uşaqlar həm zehni, həm də fiziki cəhətcə zəif olurlar, alçaqboy  olurlar, daim ağızlarından ağız suyu ifraz olunur. Yaşlılarda qalxanvari vəzin hipofunksiyası zamanı miksadema xəstəliyi əmələ gəlir. Miksadema xəstəliyi olan adamlarda yorğunluq, yaddaşın zəifləməsi, ləng hərəkət (mərkəzi sinir sisteminin tormozlanması), maddələr mübadiləsi intensivliyinin, temperaturun, nəbzin, qantəzyiqinin aşağı düşməsi ilə müşahidə olunur. Qalxanvari  vəzin hipofunksiyası zamanı isə ekzoftalmik zob, başqa sözlə Bazedov xəstəliyi əmələ gəlir. Belə adamlarda üzvi maddələrin parçalanması sürətlənir, ancaq ATF-in sintezi zəifləyir. Nəticədə kəskin arıqlama, yorğunluq, əzələ ağrıları, nəbz və tənəffüsün artması, əsəbilik, gözlərin dəbərməsi müşahidə olunur. Təzə anadan olmuş uşaqlarda bu vəzin çəkisi 15q-dır,sonrakı 6 ayda bir qədər azalır, daha sonra, xüsusilə,  cinsi yetkinlik dövründə artır. Yaşlılarda bu vəzin kütləsi 30q-a bərabər olur.

Böyrəküstü vəzi
. Bu vəz böyrəyin üstündə yerləşir. 2 qabıq və beyin qatlarından ibarətdir. Hər 2 qatın  hüceyrələri hormon hazırlayır. Böyrəküstü vəzin qabıq qatında 40-dan çox hormon hazırlanır. Onlar şərti olaraq 3 qrupa ayrılır.
1.Mineral kortikoidlər (aldosteron, dezoksikortikosteron hormonları)
2.Qlükokortikoidlər (kartikosteron və kortizon hormonları)
3.Cinsiyyət hormonları (androgen, estrogen, pregestron)
Mineral kortikoidlər orqanizmdə Na, K və su mübadiləsində iştirak edirlər. Qlükokortikoidlər karbohidrat mübadiləsində iştirak edir. Cinsiyyət hormonları isə 2-ci cinsi əlamətlərin meydana çıxmasında rol oynayırlar. Böyrəküstü vəzin qabıq qatında adrenalin və nor adrenalin hormonları sintez olunur. Adrenalin və nor adrenalin birlikdə katexolaminlər adlanır, lakin onların bioloji təsir mexanizmi və qanda miqdarı eyni deyil. Məs: ağrı və qorxu emosional vəziyyətində qanda adrenalinin miqdarı artır, aqressiv emosiyalarda isə nor adrenalinin miqdarı artır. Böyrəküstü vəzin beyin maddəsinin hipofunksiyası olmur. Ona görə ki, digər toxuma və orqanlardakı (məsələn, dalaqda, qaraciyərdə, simpatik sinir sistemində, aortada) spesifik hüceyrələr bu hormonları sintez edərək vəziyyəti aradan götürürlər. Böyrəküstü vəzin qabıq qatının hipofunksiyası zamanı Adisson xəstəliyi yaranır. Kəskin arıqlama, ümumi zəiflik, dərinin boz və qəhvəyi rəng olması müşahidə olunur. Vəzin hipofunksiyası zamanı uşaqlarda cinsiyyət vəzləri erkən yetişir, daha doğrusu 2-ci cinsi əlamətlər vaxtından əvvəl meydana gəlir, qadınlarda bədən quruluşu kəskin dəyişir, bığ, saqqalın çıxması səsin kobudlaşması müşahidə olunur.
Çəngəlvari və ya timus vəzi.
Kütləsi 38-40q olan bu vəzi döş sümüyündən bir az arxada yerləşir, sağ və sol hissədən, xarici qabıq, daxili beyin qatlarından ibarətdir. Xarici və daxili qatlar arasında o qədər də kəskin sərhıd yoxdur, beyin qatının hüceyrələri Hassal cisimliyi deyilən yığımları əmələ gətirir. Timus vəzinin hormonlarının təsir mexanizmi hələlik yaxşı öyrənilməyib, ancaq uşaqların böyüməsində və sümüklərdə Ca mübadiləsində yığılmasında iştirakı həmçinin tormozlayıcı təsir göstərir. Bu vəz 11-12 yaşınadək olan uşaqlarda böyüyür, sonra isə kiçilərək piy toxuması ilə əvəz olunur.

1 şərh

SHATENKA407
mədəaltı vəzi haqqında yoxdu