Epifiz və mədəaltı vəzi

Epifiz-bu vəz sinir mənşəli olub, hipofizin, cinsiyyət vəzilərinin və qan-damar sisteminin niyyətinə təsir göstərir. Epifizdə başlıca olaraq melatonin, serotonin, noradlinalin və digər bioloji aktiv maddələr sintez olunur. Alimlər müşahidə etmişlər ki, epifiz vəzi gecə vaxtı fəallığını artırır. Insan orqanizmində epifizin istər birbaşa, istərsə də dolayısı yolla təsirini aşağıdakı kimi qruplaşdırmaq olar.
1. Vəzin hormonlarının təsirindən sutkalıq yuxunun dərinliyi və müddəti artır. Deməli, insanın sutkalıq bioritmində iştirak edir. 
2. İnsan və heyvanlarda mövsümi və illik bioritmin tənzim olunmasında fəallıq göstərir. Məsələn: heyvanların qış yuxusuna getməsi, çoxalma prosesinin  mövsümi xarakteri məhz epifizlə tənzimlənir.
3. Epifiz hipotalamus və hipofiz vəzi vasitəsilə hormonal yolla cinsiyyət üzvlərinin endokrin funksiyasını tormozlayır. 
4. Epifiz seratonin və noradrenalin vasitəsilə mərkəzi sinir sisteminin (simpatik sinir sistemi ) fəaliyyətinə təsir göstərir.
Epifiz vəzinin inkişafı və ontogenizdə fəallığı daha maraqlıdır. Sinir mənşəli epifiz embrional inkişafın ilk dövrlərində ara beynin yuxarı səthinin qabarmasından əmələ gəlir. Alimlər əvvəllər belə güman edirdilər ki, epifiz hüceyrələrinin fəallığı yaşla əlaqədar olaraq aşağı düşür. Sonralar isə təcrübələrlə müəyyən edildi ki, bu vəzin hüceyrələrində yaxşı inkişaf etmiş endoplazmatik şəbəkə və holci aparatı olur. Bunun nəticəsində, cinsi yetkinlik dövründə, 70 yaşında belə insanlarda melatonin  hormonu sintez olunur.
Mədəaltı vəzi-Mədənin bir qədər arxada, on iki barmaq bağırsağın yanında yerləşir və qarışıq funksiya daşıyır. Daxili sekresiya  funksiyasını adacıqlar şəklində yerləşən və Lahgerhans adacıqları (hüceyrələri) adlanan hüceyrələr qrupu həyata keçirir. Bu hüceyrələr 3 qrupa bölünməklə insulin, qlükaqon və lipokain hormonları sintez edirlər.
Orqanizmin karbohidrat mübadiləsində iştirak edən insulin maraq doğurur. Bett ()  hüceyrələrində sintez olunan insulini ilk dəfə olaraq 1921-ci ildə təmiz halda Bantinq və Best almışlar. Onun kimyəvi tərkibini isə 1950-1956-cı illərdə Sendşer müəyyən etmişdir. Insulinin  tərkibində 51 amin turşusu var və ikiqatlı polipeptid zənciridir. Müəyyən edilmişdir ki, insulin hormonu əzələ, qaraciyər, digər toxumlarda olan qlükogensintetaza fermentini aktivləşdirir və orada olan qlükozanı qlükozaya çevirir və nəticədə axırıncının miqdarı artır. Digər tərəfdən insulin qanda qlükozanın miqdarının azalmasına- oksidləşməsinə (parçalanmasına) xəmin yaradır, zülalların və yağların karbohidrata çevrilməsinin qarşısını alır və bu dakəskin arıqlamaya gətirib çıxarır. Bir  sutkada 2 mq insulin sintez olunur. Mədəaltı vəzin (alfa)hüceyrələrində qlükon hormonu sintez olunur. Bu  hormon fosforilaza fermentinin fəallığını artırmaqla hüceyrədə ehtiyat halında toplanan qlükon molekullarının parçalanmasını sürətləndirir, nəticədə isə qandaşəkərin miqdari artır, şəkərə ehtiyacı olan orqanların-əzələlərin, baş beyinin fəallığı təmin olunur. Mədəaltı vəzin hipofunksiyası zamanı şəkərli diabed xəstəliyi yaranır. Belə xəstələrin qanında şəkərin miqdarı çoxalır, şəkərin böyük əksəriyyəti sidiklə orqanizmdən xaric olur. Belə xəstələrdə arıqlama, yorğunluq, susuzluq və s. əlamətlər meydana çıxır.  
Mədəaltı vəzin hipofunksiyası zamanı isə qanda  şəkərin miqdarı azalır, hipoqlikemiya müşahidə olunur. Belə xəstələrdə tənəffüs tezliyi artır, mərkəzi sinir sistemi oyanma vəziyyətinsə olur.

 

0 şərh