Qalxanabənzər vəzin xəstəlikləri

Qalxanabənzər vəzi daxili sekresiya vəzilərindən olub, tiroksin, triyodtironin hormonları ifraz edir ki, onlar da öz növbəsində boyatma, toxuma və orqanların inkişafı, enerji və maddələr mübadiləsi proseslərini tənzim edir. Vəzin funksiyasının artması və azalması müxtəlif xəstəliklərə gətirib çıxarır. Səbəblər isə müxtəlif ola bilər, ekoloji pozğunluqla əlaqədar radiasiya, genetik faktorlar, qidada yod çatışmazlığı və zərərli vərdişlər xəstəliyə yol aça bilər. Hətta vəzin çox kiçik funksional pozğunluqları zamanı, hormonlarda da bir dəyişiklik olmadığı təqdirdə digər orqanlarda əlavə xəstəliklər meydana çıxa bilər.

Qalxanabənzər vəzin sekresiya etdiyi hormonların səviyyəsi digər vəzilərin aktivliyindən də asılıdır. Bunlara hipofiz, hipotalamus, böyrəküstü vəzilər, cinsi vəzilər aiddir. Bundan başqa, qalxanabənzər vəzin funksiyasına digər iki vəzin sintez etdiyi hormonlar da təsir edə bilər. Hipofiz hormonu -TTH, hipotalamus -TRH. Hipertireoz və ya vəzin funksiyasının artması ilə müşahidə olunan sindrom. Hipertireoz aşağıdakı xəstəliklərin ayrılmaz sindromudur:

Toksiki diffuz zob və ya Qreyvs, Bazedov xəstəliyi.

Tireotoksik kriz

T3 toksikoz və ya intoksikasiya

Toksiki düyünlü zob ya qalxanabənzər vəzin toksiki adenoması və ya Plümmer xəstəliyi.

Süni hipertireoz

Müxtəlif formalı tiroidit

Hipofizin şişi, metastatik embrional karsinoma və ya xoreokarsinoma, yumurtalıq teratoması ilə əlaqədar meydana gələn ikincili hipertireoz.
Klinika: taxikardiya (tez-tez ürək döyünməsi ),tərləmə, zəiflik, ümumi halsızlıq, yuxunun pozulması, əsəbilik, tremor, iştahanın artması, bədən kütləsinin azalması, ishal, gözlərin qıcıqlanması, göz suyunun axması, fotofobiya, (işıqdan qorxma), ekzoftalm (göz bəbəklərinin qabarması), aybaşı tsiklinin pozulması və s. Hipertireoz ciddi müalicə tələb edir, belə ki, xəstəlik xəstənin vəziyyətini pisləşdirməkdən əlavə, ürək əzələsinə çox ciddi ziyan vura bilər, bu da sonra qulaqcıqların fibrillyasiyasına gətirib çıxara bilər.

Hipotireoz qalxanabənzər vəzin hormonların sintezinin azalması ilə xarakterizə olunur. İlkin hipotireozun ən çox rast gəlinən forması Xaşimoto tireoditi və ya autoimmun tireoditdir. Xəstəlik immun sistemin genetik hissəvi deffekti ilə əlaqədardır. Bu halda immun sistemin antitelləri qalxanabənzər vəz tərəfindən istehsal olunan hüceyrələri yad hüceyrə kimi qəbul edib onları məhv edir. Bu da getdikcə vəzin hormon sintez etmə qabiliyyətini aşağı salır. Bundan başqa, zob hipotireozu, endemik kretinizm, anadangəlmə miksedema, əməliyyat sonrası hipotireoza rast gəlinir. Hipotireozun ikincili formaları isə adətən, hipotalamus-hipofizar sistemin çatmamazlığı fonunda meydana çıxır.

Hipotirezun klinikası: sifətin ödemi, səsin xırıltılı olması, danışığın yavaşıması, yaddaşın zəifləməsi, ümumi halsızlıq və zəiflik, dərinin quruluğu, dırnaqların və saçların nazikləşməsi və qırılması, qəbizlik, aybaşı tsiklinin pozulması, ürək ritminin pozulması, qanda xolesterinin artması, ətrafların ödemi, yuxu pozğunluğu ,depressiya, bədən kütləsinin artması və s. Hipotireozun uzunmüddətli və ağır formaları geri dönməyən dəyişikliklərə gətirib çıxara bilər, belə ki, hormonlar universal olduğundan bütün orqan və sistemlər zədələnmiş olur. Qalxanabənzər vəzin hormonlarının dərman formaları hazırlanmayan dövrlərə qədər bu xəstəlik ölümlə nəticələnən formalarına rast gəlmək olurdu.

Hiperteriozun müalicəsi: Müalicə qalxanabənzər vəz hormonlarının əvəzedici preparatları ilə aparılır. Hormonal preparatların qəbulu da müxtəlif xarakter daşıyır, belə ki, bu vəzin funksional vəziyyətinin yoxlanılması üçün müəyyən müddətlik, ya diaqnostik məqsədlə, ya da bədxassıli düyünlər olduğundan vəzinin kəsilib götürülməsi nəticəsində təyin edilir. Sonuncu halda xəstə hormonal preparatları ömür boyu qəbul etmək məcburiyyətindədir.

Qalxanabənzər vəzin xəstəlikləri: Qalxanabənzər vəz xəstəliklərinin içərisində ən çox rast gəlinən toksiki diffuz zob və autoimmun tiroiditdir. Bunlar oxşar patogenezə malik xəstəliklər olub, qohumlar içərisində ən çox rast gəlinən, müxtəlif kliniki simptomlara malik olan autoiimun xəstəlik kimi qiymətləndirilirlər.

Qalxanabənzər vəzin əsas xəstəlikləri aşağıdakılardır:

1. Hipertireoz

2. Hipotireoz

3. Endemik zob

4. Düyünlü zob

5. Diffuz toksiki xob

6. Autoimmun tiroidit və ya Xoşimoto tireoditi

7. Yarımkəskin tireodit

8. Simptomsuz tireoidit

9. Tireotoksiki adenoma

10. Qalxanabənzər vəzin xərçəngi

Xəstəliklərdən əlavə, vəzin qüsurlarına da rast gəlinir. Bunlara vəzin aplaziyası və ya tamamilə olmaması aiddir. Aplaziya nadir halda rast gəlinib embrional dövrdə tiroid toxumanın düzgün inkşaf etməməsi ilə əlaqədar meydana çıxır. Adətən, çox kiçik dövrdə anadangəlmə hipotireoz fonunda və ya skrininq test zamanı aşkarlanır. Uşaqlarda anadangəlmə hipotireoz ana hamilə olan zaman yod çatmazlığı nəticəsində meydana çıxır. Kliniki olaraq, uşaqda kritinizm və fiziki inkişafdan geri qalma kimi simptomlarla özünü göstərir. Hər iki patoloji vəziyyətin əsas müalicəsi ömür boyu hormonları əvəz edəcək preparatların qəbul edilməsidir.

 

2 şərh

Zeyneb_Ehmedova
evvala maraqli movzudu.endemik zobdan anlayiwim var amma duyunlu zobdan yox bu movzuya toxunsaz daha yaxwi olar
Dr_Həkim
Çox saqolun Zeyneb xanim. Çalışıb bu mövzularda da məqalələr yerləşdirərəm.