Zob xəstəliyi

Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür.
Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.

Endokrinoloq Lena Hacıyeva zobdan əziyyət çəkənləri xaricən tanımağın asan olduğunu söyləyir: "Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələolurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir".
Bu cür əlamətləri hiss edən adam mütləq endokrinoloqa müraciət etməlidir. Çünki zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Amma həkimlər texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamağı tövsiyə edir.

L. Hacıyeva yodun ağzını açıb yataq otağına qoyulmasının və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olduğunu bildirir: "Çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır, daha da böyüdür".
Endokrinoloq məsləhət görür ki, yod çatışmazlığı olduqda həblər şəklində satılan yod preparatları qəbul edilsin. Orqanizmin tələbatını ödəmək üçün yodla zəngin qida məhsullarının istifadəsi də zəruridir. Dəniz heyvanları, dəniz məhsulları yoda zəngindir. Məsələn, laminariya adlı dəniz yosunu yodla zəngindir. Yodlaşdırılmış duzdan da istifadə olunur. Duz ağzı bağlı qabda saxlanmalıdır.

Həmçinin orqanizmdəki yod çatışmazlığını aradan qaldırmaq üçün gündəlik qida rasionunda tərkibi yodla zəngin qidalara - süd və dəniz məhsulları, balıq, ikra, eləcə də qarabaşaq, buğda, kələm, qoz, xirnik, feyxoa kimi meyvə - tərəvəz əlavə olunmalıdır.

Zob xəstəliyinin müalicə  üsulları:


1)      1 stəkan ilıq suya , 2 çay qaşığı alma sirkəsi  töküb və bu qarışığa 3 damcı yod əlavə edib ,10 gündən 1 içmək.Ayda 3 dəfə...
2)      Dəniz kələmindən istifadə  etmək (apteklerdə satılır ,istifadə etmə qaydaları qutunun üstündə yazılıb.)
3)      Hər  yemək  yeyəndə  baş soğanı  salat  kimi yemək.  Nə  qədər  yeyə bilsən...
4)      1 vanna  təxminən 40dərəcə suya  3 xörək qaşığı dəniz  və ya  xörək  duzu töküb,üstünə  kənarda bir  qabda  marqanisi suya qarışdırıb,həmin  vannaya əlavə edirsən.Suyun rəngi açıq gül rəngində olmalıdır.5-7 dəqiqə uzanmaq.Həftədə  2  dəfə...
5)      1 vanna suya 3 xörək qaşığı dəniz və ya  xörək  duzu  əlavə edib,üstünə  5-6 damcı yod töküb  5 dəqiqə uzanmaq.Həftədə  2 dəfə...
6)      Yodun səviyyəsini  bədəndə  yoxlamaq üçün axşam  yatmazdan  əvvəl  bədəninin  görünməyən  bir  yerində  ya  böyründə,  yada  qolun  altında  yoddan + şəkilli  bir neçə  isarə qoyub  ,quruyana  qədər  gözləyib,(yorğan döşeyi  yodlamamaq  üçün)  yatırsan. Səhər duranda  həmin  o  +  səkilli  işarələr  tam sovrulubsa  deməli  bədəndə  yod  çatəşmamazlığı  var. Belə olan  halda  yuxarıda  göstərilən  əməliyyatları  həftədə  4 dəfə təkrar  etmək  lazımdır.Yox  əgər  səhər-səhər  duranda  axşamdan  çəkdiyin  + işarələri  səhər-səhər   az  da  olsa  bilinirsə,onda  əməliyyatları  dayandırmaq  lazımdır...
Ümumiyyətlə  hər  bir  kəs  bədəndə  yodun  səviyyəsini  ən  azı  hər  6 aydan bir yoxlamalıdır...Əgər  ehtiyac olarsa  lazımi  tədbirləri  görmək  lazımdır.

Mənbə: http://anspress.com
 

0 şərh