Рейтинг
+11.47

daxili sekresiya xəstəlikləri

17 üzv, 31 topik

Şəkərli diabet

Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur. Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.

Qlükoza orqanizm üçün çox vacib kimyəvi birləşmə olub, muxtəlif proseslərdə “yanacaq” kimi istifadə olunur. Qlükoza yoxdursa – enerji də yoxdur, enerji yoxdursa – həyat da yoxdur. İnsulin hormonu qlükozanı orqanizmdəki hüçeyrələrə çatdırır. İnsulin hormonu mədəaltı vəzidəki xüsusi hüceyrələrdə istehsal olunur.


Ardı →

Daxili sekresiya vəziləri

Vəzi epitel toxumasından əmələ gəlmiş və özündən şirə ifraz edən orqandır. Vəzilər birləşdirici toxumadan əmələ gəlmiş kapsulla əhatə olunur. Onlar morfoloji-fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür:
1) xarici sekresiya, yaxud ekzokrin vəzilər;
2) daxili sekresiya və ya endokrin vəzilər. Qarışıq vəzilər də vardır.
Axacağı olan vəzilərə xarici sekresiya vəziləri deyilir. Bu vəzilər öz şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən orqanlara tökür və ya xaricə çıxarır. Xarici sekresiya vəzilərinin ifraz etdikləri məhsul iki növdür:
Davamı →

Vəzlər və hormonlar

Orqanizmdə hüceyrələr, toxumalar, orqanlar və orqanlar sistemi vəhdət halında işləyir. Onların uzlaşması 2 üsulla tənzim olunur. Humoral və sinir sistemi ilə tənzim olunur. Kimyəvi maddələr hüceyrələrdə, toxumalarda, orqanlarda və bütün orqanizmdə gedən müxtəlif prosesləri tənzim edir. Bu maddələrin bir çoxunun miqdarı müəyyən fizioloji təsir göstərir. Buna görə də onlara bioloji fəal maddələr deyilir. Bioloji fəal maddələri  orqanizmin bir çox hüceyrələri hazırlayır. Orqanizmdə bioloji fəal maddələri hazırlayan orqanlar – vəzlər vardır. Bu vəzlər 3 cür olur.


Ardı →

Hipoqlikemiya. Hipoqlikemik sindromlar

Hipoqlikemiya – qanda şəkərin normadan az olmasıdır. Sağlam insanda sutka ərzində qanda şəkər acqarına 3,3-5,5 mmol/l arasında dəyişir. Qanda şəkərin miqdarı 3,3 mmol/l-dən (60 mq %) az olduqda hipoqlikemiya yaranır. O bir neçə səbəbdən yarana bilər:

1.karbohidratların kifayət qədər istifadə olunmaması
2.insulinin yüksək dozada vurulması
3.böyük fiziki aktivlik
4.alkoqolun qəbulu
Bundan başqa hipoqlikemiya qanda şəkərin səviyyəsinin kəskin düşməsindən də yarana bilər. Hiperqlikemiyadan fərqli olaraq hipoqlikemiya qəfildən və çox kəskin şəkildə başlayır.Qanda şəkərin miqdarı tədricən düşərsə o hətta 3 mmol/l-dən aşağı olduqda belə xəstə ozünü yaxşı hiss edir.


Ardı →

Zob xəstəliyi

Yod insanın inkişafı üçün vacib elementdir. Yod çatışmazlığı yarananda zob əmələ gəlir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün yodlaşdırılmış duzdan istifadə etmək məsləhət görülür.
Qeyd edək ki, ölkəmizdə yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o normadan ya çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə büruzə verir. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.
Ardı →

Özünü yeniləmə bacarığına malik yeganə orqan: Qaraciyər

500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyər hüceyrələri enerji üçün ehtiyacları olan şəkər olmadıqda hansı metoddan istifadə edirlər?

İnsan orqanizmi öz-özlüyündə bir aləm, sanki bir şəhərdir. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, kanalizasiya sistemləri, üstün texnologiyalardan daha mükəmməl cihazlar, şüurlu davranan hüceyrələr, öz sahəsində peşəkarlaşmış mütəxəssislər (hüceyrələr, hormonlar, ifrazat vəziləri), tam təchizatlı əsgərlər və s. mövcuddur. Bu qüsursuz yaradılmış aləmin içində Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və orqanlar yaratmışdır. Sağlam bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir.

 Qaraciyərin təqlidedilməz funksiyaları

Qan dövranı sistemində mükəmməl filter funksiyasını yerinə yetirir: suda həll olan, orqanizmin tullantıları olan sadə maddələr böyrəkdə təmizlənir, dərmanlar və hormonlar kimi mürəkkəb kimyəvi quruluşlu tullantıları isə ancaq qaraciyər təmizləyir. Qaraciyər olmasaydı və ya bu xüsusiyyətindən məhrum olsaydı, sözügedən kimyəvi tullantılar orqanizmdə ciddi zəhərlənmələrə səbəb olardı.


Ardı →

Qalxanabənzər vəzin xəstəlikləri

Qalxanabənzər vəzi daxili sekresiya vəzilərindən olub, tiroksin, triyodtironin hormonları ifraz edir ki, onlar da öz növbəsində boyatma, toxuma və orqanların inkişafı, enerji və maddələr mübadiləsi proseslərini tənzim edir. Vəzin funksiyasının artması və azalması müxtəlif xəstəliklərə gətirib çıxarır. Səbəblər isə müxtəlif ola bilər, ekoloji pozğunluqla əlaqədar radiasiya, genetik faktorlar, qidada yod çatışmazlığı və zərərli vərdişlər xəstəliyə yol aça bilər. Hətta vəzin çox kiçik funksional pozğunluqları zamanı, hormonlarda da bir dəyişiklik olmadığı təqdirdə digər orqanlarda əlavə xəstəliklər meydana çıxa bilər.


Ardı →

Hipofiz, qalxanabənzər, böyrəküstü və çəngələbənzər vəzlər

Bildiyimiz kimi hipofiz, qalxanabənzər, böyrəküstü və çəngələbənzər vəzlər daxili sekresiya vəzlərdir. Çünki bu vəzlərin axarı birbaşa qanadır. Bu  vəzlərin ifraz etdiyi hormonlar hər hansı orqanlar sisteminin funksiyalarına təsir göstərir. Bu hormonlar orqanizmdə maddələr mübadiləsi, böyümə və inkişaf proseslərini tənzimləyir.


Ardı →

Endokrin xəstəliklər

Bazedov xəstəliyi

Bazedov xəstəliyi (tireotoksikoz, diffuz toksik/tireotoksik ur, ekzoftalmik ur, Qreyvs xəstəliyi) geniş yayılmış endokrin xəstəliklərdən olub, qalxanabənzər vəzinin hiperfunksiyası nəticəsində sekresiyası artmış tiroksinin və triyodtironinin orqanizmə göstərdiyi toksik təsirlə əlaqədardır.

Xəstəliyə çox vaxt psixi travmalar, həmçinin infeksiyalar, hipofizin ön payında tireotrop hormonun sekresiyasının artması səbəb olur; irsi amillərin əhəmiyyəti vardır. Ən çox 20-50 yaşlarda, xüsusən qadınlarda təsadüf edir.


Ardı →

Boğaz uru

Boğaz uru (adi insanlar ona “zob” deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur.


Ardı →